Bir neçə gündən sonra  Gürcüstanda  ABŞ və

NATO üzvü və tərəfdaş olan ölkələrin iştirakı ilə “Agile Spirit 2021” (“Çevik ruh”) hərbi təlimlərinə start veriləcək. NATO-nun mətbuat xidmətinin məlumatında bildirilib ki, bu, çoxmillətli hərbi təlimlər iyulun 26-dan avqustun 6-dək davam etdiriləcək. ABŞ və NATO əməkdaşlığı çərçivəsində hər il keçirilən bu təlimlər artıq 10 ildir ki, davam edir.

Bu dəfəki təlimlərdə də bir çox ölkələrin, o cümlədən Azərbaycan və Türkiyə hərbçilərinin də iştirak edəcəyi bildirilib. Maraqlısı budur ki, erməni hərbçiləri  NATO-nun Gürcüstada keçiriləcək hərbi təlimlərində iştirak etməyəcəklər. Ermənistan mətbuatının Ermənistan Müdafiə Nazirliyinə istinadən yaydıqları məlumatda bildirilib ki, əvvəllər Ermənistan hərbçiləri bu təlimlərdə dəfələrlə iştirak ediblər, lakin son illər bu praktika faktiki olaraq dayandırılıb.

Yəqin ki,  Ermənistan Müdafiə Nazirliyinin son bir neçə ildə bu təlimlərdə iştirak etməmələrinin və əsl məğzini açıqlamaq istəmədikləri başqa səbəbləri var – hərbi, siyasi, iqtisadi və digər...

Lakin bu dəfə Azərbaycan və Türkiyə ordusunun iştirak etdiyi hərbi təlimlərə qatılmamağın daha bir səbəbi isə işğalçı ordunun məğlubiyyətidir, utanc hissidir.  Düşünürəm ki, heç nəyə yaramayan, artıq çoxdan varlığı fiaskoya uğramış və dəbilqələri, dağıdılmış hərbi texnikaları Bakıdakı “Hərbi Qənimətlər Parkı”nın eksponatına çevrilmiş Ermənistan silahlı qüvvələrinin belə bir təlimlərə qatılmaması Ermənistan tərəfindən verilmiş ən düzgün qərardır. Nəhayət anladılar ki, güclü və qüdrətli orduları olan ölkələrin arasında belə nimdaş hərbi qüvvəsi olan bir ölkənin olması ayıbdır, yamaq kimidir.

JASMİN

P.S. Yeri gəlmişkən, deyəsən 44 günlük  Zəfər Müharibəsində Azərbaycandan aldığı "Dəmir Yumruq"un zərbəsindən Ermənistanın ağlı yerinə gəlməyə başlayıb. 


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA