"Tehranın əsas məqsədi Azərbaycana qarşı erməni separtaizmini ayaqda saxlamaqdır"

"İran İslam Respublikasının yük maşınlarının "Laçın" dəhlizindən qanunsuz şəkildə keçərək erməni separatçılarına lojistik dəstək verməsi Azərbaycana qarşı Rusiya- İran tandeminin bigə olduğunu göstərir. Birbaşa Rusiyanın göstərişi ilə İran maşınları Qarabağa hərərkət edir. Halbuki 10 noyabr Birgə Bəyannaməsinə uyğun olaraq xarici ölkə vətəndaşlarının dəhlizdən keçib Azərbaycan ərazisinə daxil olmasına Rusiya sülməramlı qüvvələri icazə verməməlidir".

Bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya "sülhməramlı" qüvvələri "Laçın" dəhliznin açıq bazar elan edib və istənilən ölkənin nümayəndəsi və yük maşınları Azərbaycan ərazinə keçərək təhlükəsizliyimizi təhdid edirlər. Bunun qarşısı alınmasa, Azərbaycana qarşı separtizm inkişaf edəcək: "Azərbaycan ötən ay İrana nota vermişdi. Görünüən odur ki,  İran verilən notalara əməl etmir. Rəsmi Tehranın əsas məqsədi Azərbaycana qarşı erməni separtaizmini ayaqda saxlamaqdır. Rəsmi Bakı İranın bu desutriktiv siyasətinə qarşı Qafan-Gorus yolunu İran TIR-larına bağlamalıdr. Həmçinin "Laçın" dəhlizində İran TIR-larının mümkün şəkildə istənilən variantla qarşısını alsın. "Laçın" dəhlizində postumuz olmayınca, Azərbaycana qarşı bu kimi təxribatlar davam edəcək".

E.ŞİRİNOV