booked.netbooked.net booked.net  

 "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze “Vahid Milli Hərəkat” partiyasının lideri, ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin Gürcüstana mümkün qayıdışına münasibət bildirib.

Onun sözlərinə görə, Saakaşvili Gürcüstana gələcəyi təqdirdə birbaşa sərhəddən cəzaçəkmə müəssisəsinə göndəriləcək və hər şey çox gözəl şəkildə icra ediləcək...

O, Saakaşvilinin tərəfdarlarına Gürcüstana illərlə gələcəyini vəd etdiyini, lakin insanları dəfələrlə məyus etdiyini də qeyd edib.

Kobaxidze 40 min insanın müdafiə etməyə hazırlaşdığı sabiq prezidentə qarşı hakimiyyətin güc tətbiq edib-etməyəcəyini də açıqlayıb: "Güc tətbiq etmək, hər hansı bir cinayətkarı tutmaq üçün hüquq -mühafizə orqanlarına lazımdır.”

Partiya sədrinin iddiasına görə, aksiyalar zamanı 5 min nəfər toplaya bilməyənlərin 40 min insan toplayacağı mümkünsüzdür.

Qeyd edək ki, bir neçə gün öncə Gürcüstanın  müxalifyönümlü “Qanun və ədalət” partiyasının lideri, Gürcüstan parlamentinin deputatı Tako Çarkviani sabiq prezident Mixeil Saakaşvilinin Gürcüstana sülh yolu ilə qayıtmasına kömək etmək üçün “Ümumxalq Hərəkatı” təşkilatını təsis edib.

Partiya lideri brifinqdə  “ Ümumxalq Hərəkatı " təşkilatının qurulduğunu,  Mixeil Saakaşvilini sülh yolu ilə ölkəyə qaytarmağın vacibliyini, onun gürcü dövlətini inkişaf etdirən, dağıdılmış Gürcüstanı investisiyalarla dövlətə çevirən və ayağa qaldıran adam olduğunu bildirib: “Koalisiya hökuməti gəlir və o, sülh yolu ilə qayıtmalıdır. Mixeil Saakaşviliyə qarşı siyasi təqiblər dayandırılmalıdır. Haqsız olaraq məhrum edilmiş vətəndaşlığı geri qaytarılmalıdır. Gəlin ona işləmək imkanı verək. O, parlaq islahatçıdır və o, bunu artıq sübut etmişdir ", - deyə  Çarkviani vurğulayıb.

Xatırladaq ki, sentyabrın 6-da Mixail Saakaşvili oktyabrın 2-nə təyin edilmiş yerli özünüidarə orqanlarına seçkilər üçün Gürcüstana qayıtmaq niyyətində olduğunu bəyan etmişdi.

Y.MƏMMƏDLİ

P.S. Göründüyü kimi, Gürcüstanda Saakaşvilini qarşılamağa çoxları hazırlıqlıdır, əlbəttə ki, özünəməxsus tərzdə...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN