booked.netbooked.net booked.net  

Bu status sabiq Baş Prokuror, sabiq səfir... Eldar Həsənovun qızı Səbinə Hüseynovaya məxsusdur: "Bu gun atam Eldar Həsənovun qondarma itthamlarla bağlı novbeti mehkemesi oldu. Sehheti o geder ağır idi ki, ne ozu, ne de vekilleri prosesin kecirilmeyeceyine emin idiler. Ancaq onu ele ağır vəziyyətde mehkemeye getirdiler. Prosesin ilk anındaca hushunu itirdi. Atamı muayine etmek ucun gelen tecili yardim işçileri özleri bele şokda idiler . mehkemenin dehlizinde atama suni nefes aparatı qosuldu ve sistem goyuldu. Bu hansi edalete sığır? Bunu o adama edirler ki, musteqillikden sonra olkenin huquq-muhafize orqanlarinin qurucularindan olub. Bir ovlad kimi onun dilinden "Qizim menim sonum yaxinlasir" ifadesini esitmek cox ağır idi...".
Nə baş verir? Çox maraqlıdır... Ya ortada nəsə siyasi məsələ var, real və ya uydurulma olmasından asılı olmayaraq... Həqiqət aydınlaşdırılmalıdr. Ölkənin sabiq Baş Prokuroru, sabiq səfir... Tanınmış bir insana qarşı bu necə məhkəmədir? Dövlətin milyonlarını mənimsəyən Yevlaxın sabiq başçısı Qoca Səmədov dünən ev dustaqlığına buraxılır, Eldar Həsənov isə... Heç nə başa düşmürəm. Prezidentə, dövlətə sadiq olmuş bir şəxsin ətrafında nə baş verir???
 Baxıram, hamı Eldar Həsənovla bağlı FB-dəki statusuma cavab kimi yazır ki, "Allah kömək olsun!". Ay balam, başına döndüyümün işi-gücü başdan aşır, vaxtı yoxdur belə "zakaznoy" işlərə müdaxilə eləsin, əlində daha ciddi-dünyəvi işlər var. Düzdür, nəzarətindədir, amma vəkillər, tanınmışlar, vaxtilə Eldar Həsənovun əllərindən, ayaqlarından öpənlər... başına döndüyümə yaxın olanlar vasitəsilə ona namə çatdırmalıdırlar ki, ey yeri-göyü, bizi, Azərbaycanı-Qarabağı, Naxçıvanı, Şuşanı, Ağdamı... yaradan, bu məsələyə müdaxilə elə, böyüklüyün eşqinə tədbir gör, bu qədər də olmaz axı... Bunu yazıb deyən isə hələki görünmür. Hansı ki, mən 1996-97-də redaksiya ilə bağlı bir cinayət işinə görə E.Həsənovun qəbuluna getmişdim, qapısında bir dəstə tanınmış vardı. İndi o tanınmışlar yoxa çıxıb, Eldar Həsənovu tanımırlar... Sonra da deyirlər ki... Ki...
*** 
...Şəxsən mən Eldar Həsənovun işindəki elan olunmuş ittihamdan başqa daha nəyin olduğunu bilmirəm... Amma bütün hallarda, ölkənin kifayət qədər tanınmış bir şəxsi ilə istintaq zamanı və məhkəmə prosesində belə davranma cəmiyyət üçün zərərlidir. Tariximizdə tarix yazan Ali Baş Komandan İlham Əliyevin komandasında zərgər dəqiqliyi ilə görülən işləri və fəaliyyəti belə bir narahat notlarla zədələməyə çalışan azmıdır! Bilirsiniz... 30 il ərzində torpaqlarımızı işğal etmiş, əsir və girovlarımıza olmazın işgəncələr vermiş, qeyri-insani davranışlar etmiş, şəhər və kəndlərimizi dünyanı şoka salan səviyyədə dağıdıb viran qoymuş, dövlətçiliyimizə ağır zərbələr vurmuş, Azərbaycanın məhvinə hesablanmış əməllər törətmiş... ermənilərin istintaqı və məhkəməsi də yadımızdadır... Livanlı terrorçu Maralın dərhal buraxılmasını da unutmamışıq... Deməli, Eldar Həsənov onlardan betər qatı və zərərli cinayətkar imiş!!! Başqa sözüm yox.
 Amma inanıram ki, Prezident İlham Əliyev bu məsələyə mütləq müdaxilə edəcək, Eldar Həsənovun günahlarına görə cəzalandırılmasına göstəriş verəcək. Burada söhbət Eldar Həsənovun özünün deyil, Konstitusiyamızda və Azərbaycan CPM-də yazılmış hüquqlarından gedir... Göydə Allahın, yerdə isə Prezidentin bu məsələdə qərarı isə çox vacibdir!!! Mən şəxsən şahidiyəm və bilirəm ki, İlham Əliyev həmişə ədalətin və haqqın tərəfində olub!
Asif MƏRZİLİ
 
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN