Pakistanın Azərbaycandakı səfiri Bilal Haye: “Sentyabrın 12-də İslamabadda Hindistan tərəfindən qeyri qanuni işğal olunan Cəmmu və Kəşmirdə baş verən müharibə cinayətləri haqqında sənəd təqdim olunub”

44 günlük ikinci Qarabağ savaşında qardaş Türkiyə ilə bərabər Pakistan dövləti də qələbəyə qədər Azərbaycanın yanında oldu və haqq işini dəstəklədi. Pakistanın özünün də ərazilərinin işğal faktı olduğu üçün bizi başa düşüb, dəstək verməsi təbiidir. İtaliyanln yazıçı və rəssamı Covanni Bakkaçonun belə bir kəlamı var: “ Dərdli adama acımaq, təsəlli vermək insana aid xüsusiyyətdir, lakin biz onu o adamlardan gözləyirik ki, onun özünün də nə vaxtsa təsəlliyə ehtiyacı olmuş olsun”.

Bildiyimiz kimi, Pakistanın Cəmmu və Kəşmir əyalətləri uzun illərdir Hindisan dövləti tərəfində işğal olunub. Ona görə də ərazisinin bir hissəsi işğal olunan dövlət kimi Pakistanın bizi başa düşüb, həmişə yanımızda olması başa düşadüşüləndir. Ermənilərin işğal etdikləri Azərbaycan ərzilərində 30 il ərzində etdiklərini demək olar, Hindistan da işğal etdiyi Pakistanın Cəmmu və Kəşmir əyalətlərində təkrar edir. Kəşmirdə baş verən son vəziyyətlə bağlı mətbuata danışan Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye belə deyib: “Hindistan BMT nümayəndələri, müstəqil jurnalistlər, humanitar təşkilatlar, xarici ölkələrdən olan müşahidəçilərin işğal altında olan Cəmmu və Kəşmirə daxil olmasına icazə vermir, oradakı ağır vəziyyəti dünyanın görməsini istəmir”.

Görünür, Ermənistan da bu kimi addımları Azərbaycan ərazisində Hindistana baxıb atırmış. Azərbaycan xalqında Hindistana hind kinoları vasitəsilə yaranan sevgi, məhəbbət siyasi meydanda və erməniləri dəstəkləməsi ilə  heç olub, getdi. Hindistanın Ermənistanı dəstəkləməsi ilk baxışda qəribə görünə bilər. Amma nəzərə alsaq ki, ermənilərin millət olaraq yaranmasının bir kökü gedib Hindistan qaraçılarına çıxır, onda mənzərə aydın olar. Hətta Hindistanın Azərbaycandakı səfirləri ilə görüşlərimizdə də Hindistan-Azərbaycan əlaqələrinin geniş inkişaf etdirilməsi üçün möhkəm baza olduğunu dəfələrlə bildirmişik. Amma çox təəssüf ki, 44 günlük II vətən savaşında Hindistan işğalçı Ermənistanın yanında yer aldı.

İndi məlum olur ki, Hindistan dövləti də işğal etdiyi Cəmmu və Kəşmir bölgələrində Beynəlxalq qanunlara zidd olan hərəkətlər həyata keçirir. Bu barədə səfir Bilal Haye daha sonra deyib: “ Sentyabrın 12-də İslamabadda Hindistan tərəfindən qeyri qanuni işğal olunan Cəmmu və Kəşmirdə baş verən müharibə cinayətləri haqqında sənəd təqdim olunub. 131 səhifəlik sənəd üç fəsildən ibarətdir. Sənəddə Hindistanın törətdiyi müharibə cinayətləri, məhkəmədənkənar qətllər, özbaşına həbslər, işgəncələr, pellet  silahından yaralanmalar, təcavüzlər, 100.000 –dən çox uşağın yetim qalması, axtarış və kordon əməliyyatları, saxta bayraq əməliyyatları, saxta qarşıdurmalar, onları günahlandırmaq və müqavimət hərəkatına zərər vermək üçün günahsız sakinlərə qarşı silah istifadə olunması haqqında ətraflı məlumat yer alıb”.

Səfir sözlərinə əlavə edib ki, “Hindistan işğal etdiyi regionda demoqrafik vəziyyəti dəyişmək üçün ölkənin digər hissələrindən Cəmmu və Kəşmirə insanları köçürdür. 2020-ci ildən bəri 4.2 milyon insan bu bölgəyə köçürülüb. Bununla da Hindistan regionda müsəlmanların sayını azaltmağa, Kəşmirin demoqrafik tərkibini dəyişməyə çalışır. Bu, Cenevre konvensiyasının pozulması deməkdir. Azərbaycan da bu məsələ ilə üzləşib. Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik tərkibi dəyişməyə cəhd edib. Buna görə də Azərbaycan Pakistanı anlayır və dəstəkləyir”.

 BMT və digər beynəlxalq təşkilatlar, Hindistanın bu qanunazidd addımına tezlilklə son qoymalı və Pakistanın işğal etdiyi ərazilərini tərk etməlidir. Ərazisi bütünlüklə İngiltərə tərəfindən işğal olunan Hindistan, uzun müddətli mübarizədən sonra, 1947-ci ildə əsarətdən qurtararaq, öz müstəqilliyinə qovuşdu və ingilis müstəmləkəçilərini ərazidən qovdu. Amma hələ də İngiltərənin təsirindən tam qurtara bilmədiyi üçün rəsmi dövlət dili, Hind dili ilə yanaşı ingilis dilidir. Beləliklə işğalın nə olduğunu öz dərisində yaşıyan Hindistan hökümətinin, başqa bir dövlətin ərazisini işğal etməsi, heç  cür başadüşülən deyil.

Böyük ümidlərlə bildiririk ki, əgər qardaş Türkiyə və Pakistanın siyasi, mənəvi dəstəyi ilə ərazilərimizi 30 illik erməni işğalından sonra azad etdiksə, tezliklə həmişə haqq-ədalətin yanında olan, elə bu qardaşların sayəsində Pakistan torpağının da işğaldan azad olunacağına inanırıq.

                                             Elçin MƏMMƏDLİ