"Uzunnamlı silahlardan 20 erməni maşınını vurmaq lazımdır".

Bunu mətbuata açıqlamasında deputat Fazil Mustafa deyib. O, bildirib ki, Azərbaycan dövləti Gorus-Qafan yolunda xarakter qoyduğu kimi, dünən Suqovuşanda mülki maşınımızın düşmən yaraqlıları tərəfindən atəşə tutulmasına da sərt reaksiya verməlidir.

Deputat bu kimi addımların atılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin "NİVA" markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib.

E.ŞİRİNOV