"İranın Azərbaycanla münasibətdə səbəbkar olduğu gərginliyin aradan qalxmasında Azərbaycanın prinsipiallığı, ölkə rəhbərinin regionla bağlı risklərin zamanında və mükəmməl dəyərləndirməsi və bu risklərin likvidasiyası üçün bazaların daha öncədən formalaşdırması rol oynadı".

Bunu politoloq Yeganə Hacıyeva deyib.

Bu prosesdə ən əsas məqamın regionda yeni şərtlərdə risklərin düzgün dəyərləndirilməsi olduğunu vurğulayan politoloq deyir ki, onların ilkin fazada həlli taktikasının uğurlu qurulması idi: "Etiraf etmək lazımdır ki, Azərbaycan prezidenti belə taktikaların qurulmasının mahir ustasıdır. Elə bu səbəbdən də Qoşulmama Hərəkatının ikinci dönəm üçün sədri Azərbaycandır, İqtisadi Əməkdaşlıq Təşkilatının beyin mərkəzi olan İƏT- Tədqiqat Mərkəzi Bakıdadır. Amma, bu bəzi reallıqları dəyişmir. İranın xarici siyasətində, xüsusi ilə Azərbaycana münasibətində riyakarlıq həmişə əsas xətti təşkil edir. Baxmayaraq ki, ikili münasibətlərdəki gərginliyin aradan qaldırılması, qarşılıqlı münasibətlərin sonrakı fəaliyyətində xoşməramlı əlaqələr haqqında razılaşma var, amma nə İranın Azərbaycana qarşı təbliğatını aparan geniş media, nə sosial şəbəkələrdəki, nə də ölkə daxilindəki şəbəkəsi xoşməramlı fəaliyyətdə deyillər. Onlar təbliğatını necə aparırdısa elə də davam edirlər".

Y.Hacıyeva xüsusilə qeyd edib ki, bu dairələrin hara bağlılığı məlum olduğu üçün sifarişin də hardan gəldiyi məlumdur.

"Əgər İran doğrudan da xoşməramlı münasibətdə maraqlı və ən əsası səmimidirsə, bu şəbəkələrin də anti-Azərbaycan təbliğatı, Azərbaycan rəhbərliyinə qarşı çirkin təbliğatı dayandırmalıdır"- deyə politoloq fikirlərini yekunlaşdırıb.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 18 January 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA