booked.netbooked.net booked.net  

NATO- nun Baş katibi Yens Stoltenberq Brüsseldə İsveç və Finlandiya xarici işlər nazirləri ilə danışıqların yekununda bildirib ki,

NATO Rusiyanın genişlənməmək öhdəliyi ilə bağlı  təklifinə, Alyansın qapılarının açıq qalacağına dair cavab verəcək.

"Rusiya NATO-nun heç bir ölkəyə genişlənməməsində israrlıdır... Mesajımız o olacaq ki, NATO-nun qapıları açıq qalacaq”, - deyə o, bildirib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Rusiyanın təhlükəsizlik zəmanətləri barədə təklifləri ilə bağlı ABŞ-ın mövqeyindən danışarkən, cavab gözləmək lazım olduğunu bildirib:

“Mən hələ heç nəyi formalaşdırmaq istəmirəm və cavab almadan əvvəl, heç bir mənası da yoxdur. Gəlin əvvəlcə cavab alaq, o təhlil ediləcək, sonra dövlət başçısının konseptual göstərişləri əsasında mövqe formaladırılacaq”, -deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya  Qərb tərəfdaşlarından NATO-nun Şərqə doğru genişlənməsindən, o cümlədən Ukraynanın ona daxil olmasından imtina, həmçinin ciddi hücum silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin qoyulması barədə hüquqi zəmanət tələb edir.

Və xatırladaq ki, bu günlərdə Almaniya kansleri Olaf Şolts da bildirib ki, NATO genişlənməməyə zəmanət verə bilməz, lakin Şərqi Avropanın yeni ölkələrinin alyansa daxil olması məsələsi də gündəmdə deyil.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN