“Bu davranışın “Qalatasaray”a yox, Türkiyəyə qarşı edildiyi aşkardır”.

Apa-nın məlumayına görə, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Yunanıstanda qarşılaşdıqları problemə aydınlıq gətirərkən deyib.

“Olimpiakos”la yoxlama görüşü üçün dünən Afinaya yollanan, lakin oradakı hava limanında yenidən koronavirus testindən keçmələri tələb olunan İstanbul təmsilçisi vətənə dönmək qərarına gəlib.

Terim bu hörmətsizliklə barışmayacaqlarını söyləyib: “Nə üslub, nə münasibət, nə də davranış tərzi xoş deyildi. Biz bunlara boyun əyəcək insan və klub deyilik. “Qalatasaray” beynəlxalq qaydaları çox yaxşı bilən klubdur. 24 saat əvvəl hamımız testdən keçdik və əlimizdəki sənədlə yollandıq. Amma ora çatdığımız zaman sürətli test aparacaqlarını dedilər. Halbuki anlaşmaya görə, hər iki ölkə test sənədini qəbul edir. Bizi deportasiya etmək istədilər, pasportlarımızı vermədik. Dostluq oyunu dostlarla olur. Ancaq bu, dost hərəkəti deyildi. Dönməklə bağlı qərarın doğru olduğunu düşündük”.

Türkiyənin Afinadakı səfiri Burak Özügergin də hadisəyə münasibət bildirib. O da Terim kimi, bu hərəkətin Türkiyəyə qarşı edildiyini düşünür: “Bu yaşadıqlarımıza dəyərdimi? Buradakı sistematik problemin səbəbi Türkiyədən bir nümayəndə heyətinin gəlməsi idi. Yalnız “Qalatasaray”a yox, istənilən komandamıza qarşı ola bilərdi. Yəni problem “sarı-qırmızı” yox, “qırmızı-ağ”dır. Formal bir test edəcəklərini dedilər. Fatih Terim əvvəlcə etiraz etmədi. Sonra hər kəsi testdən keçirmək istədilər. Futbolçular avtobusdan endirildi. Terim də tapşırıq verdi ki, təyyarəni hazırlayın, geri qayıdırıq”.

Yunanıstanın mülki müdafiə naziri Nikos Çardalias da baş verənlərlə bağlı fikirlərini bölüşüb. O isə günahı Türkiyə klubunda görüb: “Yunanıstan qaydalarına əsasən, “Qalatasaray” sürətli testə girməli idi, ancaq qəbul etmədilər. Bu səbəbdən mənim əmrimlə ölkəyə girişlərinə icazə verilmədi. Avropa Birliyi ölkəsi kimi, həm vətəndaşlarımızın, həm də qonaqların insan haqlarına hörmətlə yanaşırıq”.

Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu hadisə ilə bağlı yunanıstanlı həmkarı Nikos Dendiasla telefon vasitəsilə danışıb.

Qeyd edək ki, “Olimpiakos” - “Qalatasaray” matçı bu gün keçirilməli idi.

TEZADLAR.AZ


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA