Xəbər verildiyi kimi,dünən Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilib.

“Qarabağ” növbəti avrokubok matçına çıxıb.

Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi qitənin üçüncü dərəcəli klub turnirində Kipr “Omoniya”sı ilə görüşüb. Birinci turda İsveçrə “Bazel”i ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri ilk səfərdən qələbə ilə dönməyi bacarıb.

Kiprlilər birinci hissədə hesabı açsa da, fasilədən sonra buna 4 qolla cavab verən “Qarabağ” möhtəşəm geridönüş edərək, aktivindəki xalların sayını 4-ə yüksəldib.

00:46

“Qarabağ” Kiprdə “Omoniya”ya qarşı UEFA Konfrans Liqasının qrup oyununda üçüncü qolu vurub.

79-cu dəqiqədə penaltidən fərqlənən Maksim Medvedev komandasının üstünlüyünü 2 topa çatdırıb - 3:1.

00:37

Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda hesab dəyişib.

İkinci hissədə meydana daxil olan Ramil Şeydayev 73-cü dəqiqədə Ağdam klubunu önə keçirib - 2:1.

00:19

Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda hesab bərabərləşib.

52-ci dəqiqədə Ağdam klubunun heyətində Kadi Borges baxımlı zərbə ilə tarazlığı bərpa edib - 1:1.

23:48 (30.09.2021)

Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda ilk qol vurulub.

40-cı dəqiqədə Nikosiya təmsilçisinin heyətində Yan Letsyaks hesabı açıb - 1:0.

23:04

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyunu start götürüb.

22:57

Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Omoniya" (Kipr) - "Qarabağ" matçı üçün heyətlər açıqlanıb.

Komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

“Omoniya”: 40. Fabiano, 15. Tomaş Huboçan, 22. Adam Lanq, 2. Paris Psaltis, 17. Yan Leçyaks, 19. Fouad Baçirou, 16. Xordi Qomes (k), 21. Marinos Tzioni, 20. Panagiotis Zaxariu, 13. Fotis Papulis, 80. Andronikos Kakulli

Ehtiyat oyunçular: 23. Fransis Uzoho, 74. Kaçper Çorazka, 4. Abdullahi Şehu, 5. Kiko, 6. Ektor Yuste, 8. İyayi Atiemven, 11. Erik Butyak, 18. Mixal Duris, 30. Nikolaos Panagiotu, 44. Marko Skepoviç, 75. Loyzos Loyzu, 76. Çaralampos Çaralampus

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

Təqdim etdi:Şakir QURBANOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər