booked.netbooked.net booked.net  

Qazaxıstanın "Kayrat" komandasını Bakıdan Almatıya aparan təyyarə qəzaya uğrayıb.

 Sports.ru-nun məlumatına görə, fövqəladə hadisə Almatı beynəlxalq aeroportunda baş verib. "FlyJet" aviaşirkətinə məxsus təyyarə "Renault" avtomobili ilə toqquşub. Hadisənin təfərrüatları öyrənilir. Faktla əlaqədar Hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi qaldırılıb, istintaq araşdırmaları aparılır.

Xatırladaq ki, oktyabrın 21-də "Kayrat" Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçında "Qarabağ"ın qonağı olub. "Kayrat" Bakıda  “Qarabağ”a  1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki,  “Kayrat” klubu yayılan xəbərlərlə bağlı açıqlama yayıb. Klub açıqlamada hadisəni təsdiqləyib, lakin heç kimin xəsarət almadığını və oktyabrın 24-də “Astana” ilə keçiriləcək vacib matçın hazırlığına başlayacaqlarını bildirib.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN