booked.netbooked.net booked.net  

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” - “Qarabağ” matçı 2:1 hesabı ilə ağdamlı futbolçuların qələbəsi ilə başa çatıb. 

Bəli, " Qarabağ" dünən keçirilən matçda tarixi qələbə qazandı və qrup lideri oldu. Səfərdə Qazaxıstanın "Kayrat" komandası ilə qarşılaşan futbolçularımız əsl peşəkarlıq göstərərək oyunun elə ilk dəqiqələrindən təşəbbüsü öz əlinə alaraq inamla oynadı və oyunu gözəl bir sonluqla- 2:1 hesabı ilə başa çatdırdı.

Bununla da 4 oyundan sonra 10 xalı olan Ağdam təmsilçisi bir oyun artıq olmaqla qrup liderliyinə yüksəlib. 

Konfrans Liqası
H qrupu, IV tur
4 noyabr

“Kayrat” - “Qarabağ” - 1:2
Qollar:
 Joze Kante, 68 - İbrahima Vadji, 58, Abdullah Zubir, 72
Baş hakim: Dumitri Muntean (Moldova)

1

Qarabağ

4

3

1

0

8-3

10

2

Bazel

3

2

1

0

7-3

7

3

Kayrat

4

0

1

3

4-8

1

4

Omoniya

3

0

1

2

2-7

1

 “Kayrat”: 1. Stas Pokatilov, 4. Nuralı Alip, 6. Yatsek Quralski, 9. Vaqner Lav, 11. Yan Voroqovski, 13. Kamo Ohanesyan, 15. Frenki Banyak, 16. Rikardu Alveş, 18. Joze Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç

Ehtiyat oyunçular: 30. Danil Ustimenko, 3. Sergey Keyler, 7. Quljikit Alıkulov, 8. Aybol Abiken, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 28. Yerkebulan Seydaxmet, 29. Daniyar Usenov, 33. Denis Polyakov, 46. Arsen Burançiyev

Baş məşqçi: Kurban Berdıyev

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

 Təqdim etdi: Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN