Dünən Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son oyunu keçirilib.

Belə ki, Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park"da İsveç və Ukrayna milliləri üz-üzə gəlib. İtaliyalı referi Daniele Orsatonun idarə etdiyi qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 27-ci dəqiqədə ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurduğu qola 43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq cavab verib. Əlavə vaxtda skandinaviyalılar azlıqda qalıb. 99-cu dəqiqədə Markus Danielson ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Onun sərt oyunu nəticəsində Artyom Besedin dizindən dəhşətli zədə alıb. Orsato Danielsona əvvəlcə sarı vərəqə göstərsə də, video-təkrara baxdıqdan sonra qırmızı vərəqəyə əl atıb. Beləliklə, Ukrayna millisi Avropa çempionatında tarixi nailiyyətə imza ataraq, 1/4 finala yüksələn sonuncu komanda olub. Bu komandanın rəqibi isə İngiltərə olacaq.


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA