Xorvatiyanın Poreç şəhərində 12-21 yaşadək idmançıların Dünya Kuboku yarışı keçirilib.

Turnnirə qatılan milli komandanın 21 üzvündən Nuran Rzazadə (67 kq) və İnci Əzizova (50 kq) gümüş medal, Mədinə Sadıova (55 kq) isə bürünc mükafat qazanıb.

Bu barədə Tezadlar.az-a Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov məlumat verib.

Onun sözləriniə görə, 21 yaşadək qızların kata yarışlarında mükafatsız qalan Emilya Mitilinovaya para-karate çıxışında qızl medal təqdim edilib.

Klubları təmsil edən idmançılardan isə 12 yaşlı uşaqlar arasında Vüsal Qənbərov birinci, Məhyəddin Cəfərli ikinci, Marat Semixov (üçü də 40 kq) üçüncü yeri tutub.

12-21 yaşadək idmançıların Dünya Kuboku yarışında 32 ölkədən 464 karateçi iştirak edib. 14-18 yaşlı yeniyetmə və gənclər seçmə komandalarının üzvləri 2-4 iyul tarixlərində Dünya Karate Federasiyasının seriya turnirlərindən Gənclər Liqasında çıxış edəcəklər.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA