booked.netbooked.net booked.net  

“Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
Heydər Əliyev

"Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir və biz buna nail olmaqdayıq".
Prezident İlham Əliyev

«Təzadlar»ın Araşdırma Qrupu Prezident İlham Əliyevə və Baş nazir Əli Əsədova hesabat hazırladı…
Xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun namizədlik və doktorluq dissertasiyası, həmçinin monoqrafiyası Azərbaycanda yoxa çıxarılmışdır. Gənc alimlərin “Təzadlar”a müraciətini nəzərə alaraq Araşdırma Qrupumuz bu elmi vəsait və dissertasiyaların tapılaraq onların istifadəsinə verilməsi üçün Ukraynaya ezam olunmuşdu. Və onları tapıb Azərbaycana gətirdik. Həmin vəsaitlər Azərbaycanda tanınmış üç rusdilli iqtisadçı alimin şərhinə və müzakirəsinə verilmişdir. Artıq onların şərhini almışıq.
***
Biz hələ Kiyevdə ezamiyyətdə olarkən Ə. Muradovun əldə etdiyimiz doktorluq dissertasiyasının və monoqrafiyasının məzmunu ilə tanışlıq əsasında onların niyə yoxa çıxmasının səbəbini və ya ən azından, səbəblərindən birini aydınlaşdırdıq. Belə ki, həm dissertasiya işində, həm də monoqrafiyada Azərbaycan hökumətinin ünvanına, hətta radikal müxalifətin belə səsləndirmədiyi, demədiyi ifşaedici tənqidlər yer almışdır. Belə ki, Ə.Muradov dissertasiya işində və monoqrafiyasında Azərbaycanda siyasi qeyri-sabitliyin mövcud olduğunu, iqtisadiyyatın, o cümlədən xarici iqtisadi əlaqələrin idarə edilməsinin elmi nəzəriyyələr əsasında deyil, ənənəvi təcrübəyə əsaslanmaqla həyata keçirildiyini, ölkədə investisiyalar üçün mövcud olan stimul və zəmanətlərin xarici investorların maraqlarını təmin etmədiyini və bu sahədə “oyun qaydalarının” mütəmadi dəyişdirildiyini yazır.
Rektor adı çəkilən dissertasiyasında və monoqrafiyasında Azərbaycan iqtisadiyyatının mövcud birtərəfli strukturunun dərinləşməsinə gətirib çıxaracağını və ölkənin “banan” respublikasına çevrilməsi təhlükəsinin yaradılacağını, dövlət idarəetmə orqanlarının davranışının xalqın gələcəkdə rifah halının yaxşılacağına olan bütün ümidləri öldürəcəyini proqnozlaşdırır. Rektor aparılmış hərtərəfli dərin təhlili ilə gözlənilən kiçik faydanın belə olmamasını aşkar etdiyini də açıq şəkildə bildirir.
Bununla kifayətlənməyən Ədalət Muradov daha sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1995-ci ildə belə ölkə üçün hər hansı bir müsbət nəticəsi olmayan xarici borcun iki yüz faizlik artımının baş verdiyini irəli sürür, vergi sisteminin dərin böhran keçirdiyini və özünün başlıca funksiyalarını yerinə yetirmək qabiliyyətində olmadığını göstərir, 5 illik “reformadan” sonra isə iqtisadi vəziyyətin pisləşməkdə davam etdiyini söyləyir və s. Hansı ki, onun təhlil etdiyi və tənqidlədiyi, hətta deyərdik ki, əsaslı şəkildə dirəniş göstərərək biabır etdiyi dövr, təkrar edirik, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ən məsuliyyətli dövrünü əhatə edir. Bax elə bir məsul tarixi günlərdə hakimiyyətə mənəvi-elmi təsəlli vermək, təklif irəli sürmək əvəzinə, bu cür yanaşma ilə yazılan namizədlik və dissertasiya işi Azərbaycanda bütün mənbələrdə yoxa çıxarılmışdır.
Daha geniş təhlilli, originalın rus dilində olan sitatlarının paralel təqdimatının verilməsi ilə hazırlanmış apaşdırma yazını aşağıda təqdim edirik. Oxuyub özünüz nəticə çıxarın.
Təkrar edirik, həmin monoqrafiya və dissertasiya dövlət səviyyəsində araşdırılıb tədbir görülməsi üçün Prezidentə, Baş nazirə, eləcə də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə, Təhsil Nazirliyinə göndəriləcək.
***
Beləliklə, ADİU rektoru Ədalət Muradovun Azərbaycanda yoxa çıxarılmış, lakin “Təzadlar”ın əməkdaşları tərəfindən Kiyev şəhərindən tapılıb gətirilmiş doktorluq dissertasiyasındakı Azərbaycan iqtidarının iqtisadi siyasətini ifşa edən tezisləri:
1. Ныне экономика Азербайджана объективно нуждается в прямых иностранных инвестициях для подъема технического уровня производства, освоения современных управленческих и информационных технологии и повышения на этой основе конкурентоспособности азербайджанских предприятий и товаров. Недостаточно рациональной, с точки зрения реализации основных целей использования в стране иностранного капитала, представляется отраслевая структура иностранных инвестиций: основная часть всех инвестиции направлены в топливную промышленность. Приток иностранного капитала в другие отрасли Азербайджана в значительной степени тормозится отсутствием благоприятного инвестиционного климата. Это касается как общей политической и экономической нестабильности в стране, так и недостаточной разработанности механизма привлечения иностранных инвесторов (1, с. 65; 2, с. 25).
-Hal-hazırda Azərbaycan iqtisadiyyatı obyektiv olaraq istehsalın texniki səviyyəsinin yüksəldilməsi, müasir idarəetmə və informasiya texnologiyalarının mənimsənilməsi və bunun əsasında Azərbaycan müəssisələrinin və məhsullarının rəqabət qabilyyətliliyinin artırılması üçün birbaşa xarici investisiyalara ehtiyac duyur. Ölkədə xarici kapitaldan istifadə edilməsinin əsas məqsinin realizasiyası baxımından xarici investisiyaların sahə strukturu rasional deyildir: bütün investisiyaların əsas hissəsi yanacaq sənayesinə yönəldilmişdir. Əlverişli investisiya mühitinin olmaması isə xarici kapitalın Azərbaycanın digər sahlərinə axınını həlledici dərəcədə ləngdir. Bu, həm ümumi siyasi və iqtisdi qeyri-stabillik, həm də xarici investorların cəlbedilməsi mexanizminin kifayət qədər hazırlanmaması ilə əlaqəlidir (1, s. 65; 2, s. 25).
2. Анализ показывает, что в настоящее время во внешнеэкономической сфере Азербайджан не имеет четкой долгосрочной концептуальной политики, а использует рычаги то применения, то отмены лицензий, тарифов, пошлин. При этом недостаточно учитывается тот факт, что все поступающие в республику внеш-неэкономические ресурсы (импорт, иностранные инвестиции, так называемая помощь в форме коммерческих кредитов и займов) в конечном счете приходится оплачивать из внутринациональных источников республики. Результат - долговая петля на многие годы вперед со всеми политическими и экономическими последствиями (1, с. 323).
- Təhlil göstərir ki, hal-hazırda Azərbaycanın xarici iqtisadi sferada dəqiq hazırlanmış uzunmüddətli konseptual siyasəti yoxdur, gah lisenziya, tariflər və rüsumların tətbiq edilməsindən, gah da onlardan imtina edilməsi kimi rıçaqlardan istifadə edir. Lakin bu zaman respublikaya daxil olan bütün xarici iqtisadi resursların (idxal, xarici investisiyalar, kommersiya kreditləri formasında yardımlar və istiqrazlar) son nəticədə ölkədaxili mənbələrdən ödənəcəyi heç vaxt nəzərə alınmır. Bunun nəticəsi isə siyasi və iqtisadi aqibətləri ilə birlikdə bir neçə il əvvəl üçün hazırlanmış borc ilgəyidir (tələsidir)(1, s. 323).
3
. Азербайджан внешнюю торговлю со странами СНГ в 1996 завершил с отрицательным сальдо. Такое состояние, является, на наш взгляд, результатом непродуманной внутренней экономической политикой и крайне неэффективной структурой экспорта и импорта. Поэтому не случайно, что отрицательное внешнеторговое сальдо, в 1996 году увеличилось в 2.5 раза и достигло 329.4 млн.дол. США по сравнению 120.3 млн.дол. США в1995 году (1, с. 191).
- 1996-cı ildə Azərbaycan MDB ölkələri ilə xarici ticarətini mənfi saldo ilə başa vurdu. Bizim fikirmizcə, bu vəziyyət düşünülməmiş daxili iqtisadi siyasətin və idxal və ixracın son dərəcədə qeyri-effektiv strukturunun nəticəsidir. Buna görə də heç də təsadüfi deyildir ki, mənfi xarici ticarətin həcmi 2,5 dəfə artmış və 1995-ci ildəki 120,3 mln dolarla müqayisədə 329,4 mln. dollara çatmışdır (1, s. 191).
4. Анализ товарной структуры экспорта- импорта в целом и в страны Европы, в частности, показывает, что основу экспорта Азербайджана составляет энергоносители и сырье. В связи с этим, по нашему мнению, важно иметь в виду, что если доля нефтепродуктов в общем объеме экспорта в 1993 году составила 27.8%, в 1994 - 32.1%, в 1995 - 43.1%, то уже в 1996 году она достигла 66.8%. В то время доля готовой продукции в экспорте Азербайджана продолжала сокращаться. Наряду с этим, из-за неспособности удовлетворять потребности республики в продуктах питания импорт продовольственных товаров из других стран продолжал расти. Так, если доля продовольственных товаров в общем импорте Азербайджана составила 20%, то в 1996 году эта цифра составила уже 39.8%.
В-третьих, анализ структуры, тенденций и перспектив развития основных направлений внешнеэкономической деятельности показывает, что продолжение сегодняшней экспортно- импортной политики в недалеком будущем приведет к углублению существующей однобокой структуры экономики Азербайджана и угрожает превращению в “банановую” республику (1, с. 145-146; 2, с. 84-85).
- Ümumilikdə və qismən də Avropa ölkələrinin idxal-ixrac əməliyyatlarının məhsul strukturunun təhlili göstərir ki, Azərbaycan ixracının əsasını enerji daşıyıcıları təşkil edir. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ixracın ümumi həcmində neft məhsulları 1993-cü ildə 27,8%, 1994-cü ildə 32,1%, 1995-ci ildə 43,1% təşkil edirdisə, artıq 1996-cı ildə onun payı 66,8% olmuşdur (dissertasiya 1998-ci ildə yazılmışdır.Red.). Həm də həmin dövrdə idxal-ixrac əməliyyatlarında hazır məhsulun payı azalmaqda davam etmişdir. Həmçinin respublikanın qida məhsullarına tələbatı ödənilmədiyindən digər ölkələrdən ərzaq məhsullarının idxalı artmaqda davam etmiçdir. Belə ki, Azərbaycanın ümumi idxalıında ərzaq məhsullarının payı 20% təşkil edirdisə, 1996-cı ildə bu göstəricinin səviyyəsi 39,8% olmuşdur... Üçüncü, xarici iqtisadi fəaliyyətin strukturunun, meyllərinin və onun əsas istiqamətlərinin inkişaf perspektivlərinin təhlili göstərir ki, bugünkü idxal-ixrac əməliyyatları siyasətinin davam etməsi uzaq olmayan gələcəkdə Azərbaycan iqtisadiyyatının mövcud birtərəfli strukturunun dərinləşməsinə gətirib çıxaracaq və ölkənin “banan” respublikasına çevrilməsi təhlükəsi yaradacaqdır (1, s. 145-146; 2, s. 84-85).
5. Учитывая вышеизложенное, следует подчеркнуть, что продолжающийся в течение долгого времени глубокий кризис в кредитно-денежной и финансовой системах, является результатом ошибки в самой философии проведения реформы в Азербайджане в указанных сферах, а именно ставки на монетарный подход (1, с. 314-315; 2, с. 155).
- Yuxarıda izah edilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Azərbaycanın pul -kredit və maliyyə sistemində uzun zaman ərzində davam edən böhran- ölkədə qeyd edilən sferalarda həyata keçirilən islahatların fəlsəfəsində (Hansı ki, bu iqtisadi fəlsəfənin müəllifi Ulu Öndər Heydər Əliyevdir.Red.) yol verilən səhvlərin, məhz monitar yanaşmaya edilən stavkanın nəticəsidir(1, s. 314-315; 2, s. 155).
6. Весьма важным компонентом инвестиционного климата является налоговый режим. В Азербайджане пока сохраняется весьма сложная и тяжелая система налогообложения. Законодательными актами Азербайджана предусмотрена возможность льготного налогообложения для частного иностранного капитала, который действует в приоритетных отраслях хозяйства и отдельных регионах.
По свидетельству иностранных предпринимателей, отношение азербайджанских властей к зарубежным инвестициям декларативно чрезвычайно благоприятное. Фактически же стимулы и гарантии Для иностранных инвестиций не удовлетворяют интересы иностранных инвесторов. Власти не могут предложить ни адекватной структурной политики, ни долгосрочных льгот (по налогам, таможенному режиму, реинвестированию, репатриации прибылей и др.). Кроме того, они постоянно меняют “правила игры” в зависимости от изменения экономической и политической ситуации (1, с .286-87; 2, с. 137-138).
- İnvestisiya mühitinin ən mühüm elementi vergi rejimidir Azərbaycanda hələlik çox mürəkkəb və ağır vergitutma sistemi qorunub saxlanılır. Azərbaycan qanunvericilik aktlarında təsərrüfatın prioritet sahələri və ayrı-ayrı regionlar üzrə özəl xarici kapital üçün güzəştli vergitutma imkanı nəzərdə tutulmuşdur.
Xarici sahibkarların dediklərinə görə Azərbaycan hakimiyyətinin xarici investisiyalara münasibəti deklarativ olaraq həddən artıq əlveriçlidir. Həqiqətdə isə xarici investisiyalar üçün mövcud olan stimul və zəmanətlər xarici investorların maraqlarını təmin etmir. Mövcud hakimiyyət nə adekvat struktur siyasəti, nə də uzunmüddətli güzəştlər (vergi, gömrük rejimi, reinvestisiya, mənfəətin repatriasiyası və s. üzrə) təklif edə bilmir. Bundan başqa, hakimiyyət iqtisadi və siyasi situasiyadan asılı olaraq “oyun qaydalarını” daima dəyişir (1, s. 286-287; 2, s. 137-138).

7. Доходы Азербайджана от реализации нефти не беспредельны, как это кажется многим, а строго ограничены. К тому же существует эмпирически выведенная закономерность: страна в состоянии обслуживать лишь те долги, которые составляют 10% от ее валютных прибылей. Валютная прибыль Азербайджана в перспективе ближайших 30 лет будет формироваться из доходов от продажи нефти. Ее общая сумма, по прогнозам составит около 2 млрд, долларов минус отрицательное сальдо платежного баланса. Ориентировочно чистая валютная прибыль, на наш взгляд, составит 800-859 млн. долларов.
Это те средства, которые Азербайджан будет получать всего лишь 30 лет, и которые должны ему компенсировать безвозвратную потерю нефтеуглеродов в будущем. Но если существующая динамика роста внешней задолженности сохранится, то мы станем свидетелями того, как эти средства будут расходоваться в основном на погашение долгов и процентов по ним. Ежегодные выплаты по внешней задолженности могут составить искомые 800 млн. долларов и лишат страну, на наш взгляд, не только доходов от реализации нефтяных ресурсов, но вообще каких бы то ни было надежд на будущее. (1, .с. 295-296; 2, .с. 142-143).
- Bir çoxlarının düşündüyü kimi, Azərbaycanın neft satışından əldə etdiyi gəlirləri sonsuz deyildir, ciddi surətdə məhduddur. Bundan başqa, təcrübə əsasında aşkar edilmiş qanunauyğunluq mövcuddur: hər bir ölkə yalnız özünün valyuta mənfəətinin 10% həcmində borclarına xidmət etmək gücündədir. Azərbaycanın valyuta gəlirləri yaxın 30 il ərzindən neft satışından formalaşacaqdır. Poqnozlara görə onun ümumi məbləği 2 mlrd. dolarlıq tədiyyə balansının mənfi saldosunun fərqinə bərabər olacaqdır. Bizim fikirmizcə, xalis valyuta gəliri təxminən 800-859 mln. dolar təşkil edəcəkdir. Bu, Azərbaycanın yalnız 30 il ərzində əldə edəcəyi və gələcəkdə geri qaytarılmayacaq neft karbohidrogenlərinin itkisini kompensasiya etməli olan vəsaitinin həcmidir. Əgər xarici borcların artımının mövcud tempi gələcəkdə saxlanılarsa, biz bu vəsaitin əsasən borcların və onların faizlərinin ödənilməsinə yönəldildiyinin şahidi olacağıq. Xarici borclara görə hər il ödənilən 800 mln. dollar təşkil edəcək və bizim fikirimizcə, ölkəni yalnız neft resurslarının satışından əldə edilən gəlirlərdən deyil, həm də gələcəyə olan bütün ümidlərdən (yəni hakimiyyətə - Red.) mərhum edə bilər (1, .s. 295-296; 2, .s. 142-143).
8. Что касается крупных иностранных инвестиций в Азербайджане, то следует упомянуть так называемый “контракт века”. капитальные вложения должны составить 8 долларов, ожидаемая прибыль рассчитывается в размере 100 млрд, долларов США. Проект рассчитан на 30 лет, в течение которых планируется добыть 550 млн. тонн азербайджанской нефти. При этом необходимо отметить, что в последние годы доля Азербайджана была уменьшена в три раза. Первоначально в “контракте века” доля Азербайджана было определена в размере 30%, а в дальнейшем Азербайджан передал 10% изсвоей доли Российской нефтяной компании “Лукойл”, 5% “Эксон” и еще 5 % - турецкой нефтяной компании. По мнению аналитиков эти уступки были вызваны необходимостью сбалансировать геополитические факторы, а также отсутствием в Азербайджане возможностей вложения необходимого объема инвестиций. Предполагаемая относительно маленькая польза Азербайджана от данного контракта при его детальном анализе исчезает (1, с. 287-288; 2, с. 137-138).
- Azərbaycana yatırılan iri xarici investisiya “Əsrin müqaviləsi” adlandırılan bir neft kontraktlarıdır (İronik tonda adı çəkilir.Red.).... Ümumi kapital qoyuluşu 8 milyard amerika doları, gözlənən mənfəət 100 milyard ABŞ doları həcmində hesablanır. Lahiyə 30 ilə hesablanmışdır. Bu müddət ərzində 550 milyon ton Azərbaycan neftinin çıxarılması planlaşdırılır. İlkin olaraq “Əsrin müqaviləsi”sində Azərbaycanın payı 30% həcmində nəzərdə tutulmuşdur. Sonra Azərbaycan özünün payının 10%-ni Rusiyanın neft kompaniyası Lukoyla, 5%-i - Eksona və 5%-i də Türkiyənin neft kompaniyasına verdi. Analitiklərin fikirincə bu güzəştlərin edilməsi gepolitik amillərin balanslaşdırılması zərurətindən, həmçinin Azərbaycanda tələb edilən həcmdə investisiyanın olmamasından irəli gəlir. Azərbaycanın bu kontraktdan əldə ediləcəyi gözlənilən kiçik faydanın ətraflı dərin analizi isə onun yoxluğunu göstərir (1, s. 287-288; 2, s. 137-138).
9. Продуманная политика привлечения иностранного капитала - самый прямой и достаточно эффективный путь выхода из кризиса, рычаг ускорения социально-экономического развития страны и включения в мирохозяйственные связи. В то же время, наряду с положительными моментами участие иностранного капитала в развитии азербайджанской экономики вызвало ряд отрицательных последствий, которые не следует сбрасывать со счетов. К ним по нашему мнению следует отнести:
1) приоритетное внимание зарубежных фирм к добыче и экспорту энергоносителей способствовало не только ускоренной исчерпаемости невозобновляемых ресурсов, но и дальнейшей гипертрофии добывающих отраслей;
2) слабость государственного регулирования процесса привлечения иностранного капитала, отсутствие жесткого экологического контроля за действием ряда предприятий с иностранными инвестициями;
3) участие зарубежного капитала в приватизации государственной собственности на крайне заниженном курсе маната позволило ему за бесценок скупить ряд важных объектов и др.
Непродуманная политика в привлечении иностранных инвестиций не сможет обеспечить экономические интересы принимающей стороны (1, с. 291;, 2, с. 139-140).
-Xarici kapitalın cəlb edilməsinin düşünülmüş siyasəti böhrandan çıxışın, ölkənin sosial-iqtsadi inkişafının sürətləndirilməsinin və onun dünya təsərüffat əlaqələrinə qoşulmasının ən effektli və birbaşa yoludur. Xarici kapitalının Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərməklə yanaşı, nəzərə alınması zəruri olan bəzi mənfi nəticələri də olmuşdur:
1) xarici firmaların prioritet olaraq diqqətlərinin enerji daşıyıcılarının hasilatına və ixracına yönəltmələri yalnız bərpa edilməyən resursların sürətlə tükənməsinə deyil, həm də hasilat sənayesinin hiberthofiyasına çərait yaratmışdır;
2) xarici kapitalın cəlb edilməsinin dövlət tənzimlənməsnin zəifliyini, bir sıra xarici investisiyalı müəsissələrin fəaliyyətinə ciddi ekoloji nəzarətin olmamasını üzə çıxarmışdır;
3) yolverilməz haldır ki, xarici kapitalın dövlət mülkiyyətinin özəlləşdirilməsində manatın son dərəcədə aşağı kursu ilə iştirakı ona bir sıra vacib obyektləri və s. demək olar ki, havayı almağa imkan vermişdir.
Xarici investisiyaların cəlb edilməsi ilə bağlı düşünülməmiş siyasət ölkənin iqtisadi maraqlarını təmin edə bilməz!
(1, s. 291;, 2, s. 139-140)
10. Таким образом, подобного рода долги, нанесли значительный ущерб азербайджанской экономике. Помимо своих абсолютных величин, которые вместе с процентами придется выплачивать Азербайджану, они отрицательно воздействовали на внутриэкономическую ситуацию, так как снижали возможности местных производителей потребительских товаров реализовать свою продукцию (1, с. 293-294; 2, с.141).
-Beləliklə, bu cür borclar Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur. Azərbaycanın bu borcun mütləq miqdarı ilə birlikdə onun faizini də ödəməsi yerli istehlak malları istehsalçılarının öz mallarını realizə imkanlarını azaltdığından daxili vəziyyətə də olduqca mənfi təsir etmişdir (1, s. 293-294; 2, s.141).
11. Если подсчитать объемы заключенных государственными органами с различными иностранными компаниями сделок, нуждающихся в коммерческом кредитовании, то сумма превысит 20 млрд, долларов. К числу этих проектов можно отнести инвестиции по реконструкции инфраструктуры, покупки большого количества самолетов “БОИНГ” и другие грандиозные проекты.
Иной раз иностранная сторона настолько активно продвигает различные проекты, что совмещает в одном лице функции консультанта, продавца и кредитора сделки. Фактически ни один инвестиционный проект не был тщательно проанализирован, а большинство тендеров на их исполнение выигрывается второсортными турецкими фирмами, которые, по мнению наших чиновников, “хорошо изучили специфику” Азербайджана. В итоге 80% взятых кредитов возвращается обратно на территорию тех стран, которые эти кредиты предоставили, Азербайджану же остаются долги с процентами.(1, с. 294-295; 2, с. 142).
-Müxtəlif xarici kompaniyaların dövlət orqanları ilə satışa dair bağladıqları müqavilələrin həcmini hesablasaq onun məbləği 20 mlrd. dolardan çox olacaqdır. Bu layihələrə infrastrukturun rekonstruksiyasına yönəldilən investisiyaları, eləcə də çoxlu sayda “BOİNQ” təyyarələrinin alınmasını və digər iri layihələri aid etmək olar.
Bəzi hallarda xarici tərəfdaş müxtəlifliyi o qədər aktiv irəlilədir ki, bir şəxsin timsalında məsləhətçi, satıçı alqı-satqının kreditoru funksiyalarını da yerinə yetirir (?). Faktiki olaraq heç bir investisiya layihəsi diqqətlə təhlil edilməmiş, onların yerinə yetirilməsi üçün elan edilən tenderlər, bizim məmurların rəyinə görə, Azərbaycanın “spesfikasını yaxşı öyrənmiş” ikinci sort türk firmaları tərəfindən udulmuşdur. Son nəticədə götürülmüş bu kreditlərin 80%-i onu verən ölkənin ərazisinə qayıdır. Azərbaycana isə bu krediti faizi ilə birlikdə ödəmək qalır.(1, s. 294-295; 2, s. 142).

12. Наиболее же опасной нам кажется сама логика поведения органов государственного управления. Рассуждения типа, Азербайджан очень богатая страна, что ему стоит расплатиться с кредитами, часто можно услышать от чиновников различных рангов. Если подобная логика развития событий сохранится и в дальнейшем, то это перечеркивает все надежды азербайджанского народа на будущее благополучие. (1, с. 295; 2, 142).
- Bizə elə gəlir ki, ən təhlükəlisi- dövlət idarəetmə orqanlarının davranışının məntiqi sonluğudur. Tez-tez müxtəlif yüksək ranqlı məmurlardan “Azərbaycan çox varlı ölkədir, o aldığı kreditləri asanlıqa ödəyə bilər” kimi mülahizələr eşitmək olar. Əgər hadisələrin gedişi belə bir məntiqlə davam edərsə Azərbaycan xalqının gələcəkdə rifah halının yaxşılaşacağına olan bütün ümidlərini öldürəcəkdir (1, s. 295; 2, 142).
(Davamı var)

"Təzadlar"ın Araşdırma Qrupu
P.S.Sual olunur: Ulu Öndərin iqtisadi fəlsəfəsini ələ salan, sərt tənqid edən, "Əsrin müqaviləsinin" səmərəsizliyini önə çəkən... bir dissertasiyaya Prezident yanında AAK-da kim rəy yazıb və onu rastrifikasiya etdirərək Ədalət Muradova əvvəlcə qanunsuz olaraq professor, sonra isə doktorluq diplomu verdirib???

Pin It

Tezadlar Arxiv

İDMAN