MƏDƏNİYYƏT https://tezadlar.az/index.php/en/video-news/culture.html Fri, 29 Mar 2024 06:29:06 +0000 Joomla! - Open Source Content Management en-gb "YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ" LAYİHƏSİ UĞURLA DAVAM EDİR... https://tezadlar.az/index.php/en/video-news/culture/26029-yasil-dunya-nami-n-h-mr-yli-k-i-li-layi-h-si-ugurla-davam-edi-r.html https://tezadlar.az/index.php/en/video-news/culture/26029-yasil-dunya-nami-n-h-mr-yli-k-i-li-layi-h-si-ugurla-davam-edi-r.html

Yazıçı və şairlər, yadıcı insanlar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar keçirilən layihəyə qısahəcmli əsərlərini təqdim edirlər.

]]>
Mədəniyyət Thu, 28 Mar 2024 09:03:12 +0000
BEYNƏLXALQ TEATR GÜNÜ BAKIDA QEYD EDİLDİ https://tezadlar.az/index.php/en/video-news/culture/26015-beyn-lxalq-teatr-gunu-bakida-qeyd-edi-ldi.html https://tezadlar.az/index.php/en/video-news/culture/26015-beyn-lxalq-teatr-gunu-bakida-qeyd-edi-ldi.html

Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında  Beynəlxalq Teatr Günü qeyd edilib. ]]> Mədəniyyət Thu, 28 Mar 2024 03:58:08 +0000 HƏR ANIMIZ ÖMÜRDƏN GEDİR https://tezadlar.az/index.php/en/video-news/culture/25965-h-r-animiz-omurd-n-gedi-r.html https://tezadlar.az/index.php/en/video-news/culture/25965-h-r-animiz-omurd-n-gedi-r.html

Məncə, həyatımızın bir dəqiqəsini də boş keçirməməliyik. Düşüncələrimiz belə fəaliyyətimizə, əməllərimizə, öyrəncələrə xidmət etməlidir. Boş keçən hər ana heyfsilənməliyik.

]]>
Mədəniyyət Mon, 25 Mar 2024 11:59:47 +0000
QƏNİRƏ https://tezadlar.az/index.php/en/video-news/culture/25964-q-ni-r.html https://tezadlar.az/index.php/en/video-news/culture/25964-q-ni-r.html

(49-cu Baharı sənsiz qarşıladıq, əzizim)

Doğum günün sənsizləyib,

Sənsizliyi əzizləyib...

Torpağın buzu gizləyib,

Qənirə.

 

Ağlamaqda yaşıllığın,

Göyərməzdir yaxşılığın...

Olmayacaq yaşlılığın,

Qənirə.

 

Baharda payız kimisən,

Bəxti sönmüş qız kimisən...

El üçün ulduz kimisən,

Qənirə.

 

İlin olacaq payızda,

Göz yaşı tökər payız da...

Adın - duadır ağızda,

Qənirə.

 

Ahu-zarın yoxdur yeri,

Qayıtmayacaqsan geri...

Givinin Əbədi Şeiri,

Qənirə, ah Qənirə.

 

Giya Paçxataşvili

23.03.2024

]]>
Mədəniyyət Mon, 25 Mar 2024 11:43:08 +0000
ARNOLD ŞVARTSENEGGER ÜRƏYİNDƏN ƏMƏLİYYAT OLUNUB https://tezadlar.az/index.php/en/video-news/culture/25962-arnold-svartsenegger-ur-yi-nd-n-m-li-yyat-olunub.html https://tezadlar.az/index.php/en/video-news/culture/25962-arnold-svartsenegger-ur-yi-nd-n-m-li-yyat-olunub.html

Aktyor Arnold Şvartsenegger “Men's Health”ə açıqlamasında ürəyindən əməliyyat olunduğunu deyib.

]]>
Mədəniyyət Mon, 25 Mar 2024 11:28:11 +0000
HƏFTƏBECƏR https://tezadlar.az/index.php/en/video-news/culture/25871-h-ft-bec-r-31.html https://tezadlar.az/index.php/en/video-news/culture/25871-h-ft-bec-r-31.html

Müğənni sayılan Aygün Ağayeva “ATV” kanalında yayımlanan verlişdə maraqlı belə bir açıqlama verib: “Enerjidən yata bilmirəm. 48 saat ərzində 2-3 saat, ancaq yatıram. Mənim enerjim çoxdur.

P.S. Həə... Deməli, bu qız enerjisinin çoxluğundan yata bilmir. Maraqlıdır, görəsən indiyə qədər bu qızın enerjisini niyə bir sahəyə sərf edən olmayıb? Bilmirəm, bəlkə də olub. Belədirsə, onda bu müğənni Aygün Ağayeva enerjinin çoxluğundan qızışıb alovlana bilər və sonra onu söndürmək də çətin olar. Elə rəhmətlik Nəsibə Zeynalova da “İstintaq davam edir” filmində belələrini nəzərdə tutub demişdi:

Əzizinəm qız qıza,

Oğlan qıza, qız qıza.

Oğlan qızsa tez sönər,

Vay o gündən qız qıza.

İndi vallah, bu Aygün xanımı enerjisi yaman qızışdırıb. Bu səbəbdən ona yaxın duranı alışdırıb yandırar və onu heç “pojarnı” maşın da söndürə bilməz.

***

Qəzetlərin birində Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın Qarabağ ermənilərinin geri qaytarılması üçün “Artsax üzrə beynəlxalq komitə” yaratmasından və Avropa İttifaqını Bakıya sanksiyalar tətbiq etməyə çağırmasından bəhs edilən yazıya belə başlıq qoyulub: “Azərbaycana qarşı yeni çirkin plan - Oskanyan Avropada niyə sülənir?..”

P.S. Əvvəla, ac toyuq yuxuda darı görən kimi Oskanyan da yuxuda “artsax”, daha doğrusu sarsax ermənilərinin geri qaytarılmasını görür. İkincisi də, ermənilərin kökü Hindistan qaraçılarıdır ki, qaraçıların da işi-peşəsi sülənmək və dilənmək olub. Oskanyan da qədim adətlərinə uyğun olaraq Avropada sülənməklə məşğul olur dəə...

***

Həmkarımız Məhəmməd Qəribli Fransanın türk və islam dünyasına qarşı aqressiya göstərməsindən bəhs edən yazısına belə başlıq qoyub: “Fransa nədən dünyanın “ən böyük islamofob ölkəsinə” çevrilib?”...

P.S. Ona görə ki, Fransanın prezidenti Emmanuel Makron vaxtilə Türkiyədən qovulmuş Hrant Makronyanın qızı Emma Makronyanın oğludur. Bu səbəbdən də damarında erməni qanı axan Makrondan türkə və islam dünyasına qarşı düşmən münasibət görmək təbiidir. Bu azmış kimi, damarındakı erməni qanına görə, o boyda Fransanın da dünyada nüfuzunu yerlə bir eləyib. Fransızlar ayılıb nəhayət, erməni dığası olan bu prezidenti rədd eləməsələr, Fransa dünyada hələ bundan da betər günə qalacaq.

***

Baş Nazir Əli Əsədov ölkədə karantin rejiminin 2024-cü il iyunun 1-nə kimi uzadılması barədə qərar imzalayıb.

P.S. Çox gözəl, çox pakizə! Amma bildiyimizə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) karantin rejimini artıq 2 ildir ləğv edib və korona ilə mübarizə üçün heç bir dövlətə vəsait ayırmır. Görəsən, Nazirlər Kabinetindəki bəzi səlahiyyətli şəxslər ÜST-ün bu qərarını hörmətli Əli Əsədova niyə çatdırmayıblar? Əli müəllim də ÜST-ün bu qərarından xəbərsiz olduğuna görə, karantin rejimini uzada-uzada gedir. Əli müəllimin ətrafındakılar heç yaxşı iş görmürlər haa...

***

Məlumatlara görə, erməni lobbisi bir bolqar deputatı Azərbaycan əleyhinə işə cəlb edib.

P.S. Əlbəttə, o bolqar deputat erməninin ala gözünə, qara qaşına aşiq olmayıb. Lobbinin puluna görə bizim əleyhimizə danışır. Bəs bizim pulumuz,  pullu məmurlarımız və ya iş adamlarımız yoxdur? Hardasan, ay Londonda 5,6 milyon fund-sterlinqlik pulu batan deputat Cavanşir Feyziyev? Bu qədər pula ən azı 56 əcnəbi deputatı xeyrimizə danışdırda bilərik… Heç olmasa, bəzi məmurlar xalqdan oğurladıqlarının cüzi bir hissəsini bu dövlətin, vətənin yollarında, yəni əcnəbi deputatı, jurnalisti, siyasətçini, senatoru xeyrimizə danışdırmaq üçün xərcləsinlər dəə... Sizə sərvət yığmaq, var-dövlət qazanmaq üçün şərait yaradan dövlətin yolunda, xərcləyin də bu pullardan... Gərək mən deyəm?

***

Məlum olduğu kimi, ötən həftə ATV, Xəzər, ARB və Space televiziyalarının rəhbərləri Prezident Adminstrasiyasına çağırılıb. Onlara “Səni axtarıram”, “Elgizlə izlə”, “Yaxşıya doğru”, “Bizimləsən”, “Həmin Zaur” verlişləri ilə bağlı xəbərdarlıq edilib. Bundan əlavə, televiziya rəhbərlərindən efirdəki bu biabırçılığa tezliklə son qoyulması qəti şəkildə tələb olunub.

P.S. Həə... Salam məleyküm! Bəs mən yazıq bu “Həftəbecər” rublikasında neçə illərdir adı çəkilən verlişləri və onların ağzının danışığını bilməyən aparıcılarını- Elgizi, Xoşqədəmi, hər iki Zaurları, danışıqlarını bilməyən düşük, səviyyəsiz adamlar adlandırmışam. Amma əhəmiyyət verən yox idi. Axır ki, yazdıqlarımız cəmiyyətdə öz sözünü dedi və xalqımızın adət-ənənəsinə, mentalitetinə, gənclərimizin mənəviyyatına zərbə vuranlar nəhayət, efirlərdən uzaqlaşdırılacaqlar. Bildiyimiz kimi, dövlətin, xalqın, malını, pulunu yeyənlər həbs edilir. Onda bəs niyə xalqın mənəviyyatını oğurlayıb məhv edənlər həbs edilmir? Aidiyyəti qurum rəhbərləri bu barədə düşünsələr pis olmazdı.

***

Üçü birində, bəstəkar, müğənni, şairə  və hər üçündən də alayarımçıq olan Elza Seyidcahan, Odlar Yurdu Universitetində çıxışı zamanı bu təhsil ocağına restoran deyib: “Mən keçən il Novruz bayramında Odlar Yurdu restoranında idim... Restoran dedim, bağışlayın. “Odlar Yurdu” restoranı da var idi...”.

P.S. Mən deyəndə ki, Elza sənətdən yarımçıqdır bəziləri bəstəkarlığını qabardırlar ki, pis deyil. İndi məlum olur ki, bu Elza xanım həyatda da yarımçıqdır. O boyda təhsil olcağı olan ali məktəbə durub restoran deyir. Elza və onun kimiləri elm, təhsil, mədəniyyət qətiyyən maraqlandırmır. Onlar həyata, harada olmalarından asılı olmayaraq, pulun gözü ilə baxırlar. Bu şou əhli xalqa hansı sənəti göstərəcəklərini yox, bədən əzalarının hansı hissəsini daha çox göstərəcəklərini və  buna görə sonda alacaqları pulu düşünürlər. Hər yer onların gözündə restorandır. Çünki onların sənəti də və geyindikləri paltarlar da yarımçıqdır. Necə deyərlər, dad yarımçıq əlindən. Belə yerdə Nizami Gəncəvinin məşhur beyti yada düşür:

“Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan”.

Bizim şou əhli də nə palançı olmaq istəyir, nə də papaqçı.

ELÇİN

elcinmemmedli58@gmail.com

]]>
Mədəniyyət Tue, 19 Mar 2024 07:14:36 +0000
NOVRUZ OVQATLI ŞEİR VƏ MƏQALƏLƏR TƏQDİM EDİLDİ https://tezadlar.az/index.php/en/video-news/culture/25866-novruz-ovqatli-sei-r-v-m-qal-l-r-t-qdi-m-edi-ldi.html https://tezadlar.az/index.php/en/video-news/culture/25866-novruz-ovqatli-sei-r-v-m-qal-l-r-t-qdi-m-edi-ldi.html Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” layihəsi beş ildən arıqdır ki, uğurla davam edir. Şair və yazıçılar, jurnalistlər, yaradıcı insanlar yeni yazdıqları əsərləri ilə oxucuları və izləyiciləri tanış edirlər.

]]>
Mədəniyyət Tue, 19 Mar 2024 04:18:28 +0000
"ZAQATALA" – 100 YAŞLI MÜDRİK https://tezadlar.az/index.php/en/video-news/culture/25834-zaqatala-100-yasli-mudri-k.html https://tezadlar.az/index.php/en/video-news/culture/25834-zaqatala-100-yasli-mudri-k.html

Bir əsrlik yubileyin mübarək, arzularımızın qəzeti!

]]>
Mədəniyyət Mon, 18 Mar 2024 05:45:48 +0000
"YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK!" ŞEİRLƏRDƏ https://tezadlar.az/index.php/en/video-news/culture/25830-yasil-dunya-nami-n-h-mr-yli-k-sei-rl-rd.html https://tezadlar.az/index.php/en/video-news/culture/25830-yasil-dunya-nami-n-h-mr-yli-k-sei-rl-rd.html

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına

]]>
Mədəniyyət Mon, 18 Mar 2024 04:45:09 +0000