booked.netbooked.net booked.net  

"Ölsəm bağışla" şeirini mənə həsr etmişdi"

Aktrisa Pərvin Abıyeva bu haqda "Onun sirri" verilişində danışıb. Pərvin bildirib ki, Şahin Zəkizadə xəstə olanda ona tez-tez baş çəkib:

"Son nəfəsinə qədər ona baş çəkirdim. Evləndiyi günə qədər məni sevirdi. Gənc idim, karyera hədəfim vardı. Bizim evliliyimiz alınmadı. Birgə proyektimiz də vardı. Mənə qarşı hisslərini biləndə, uzaqlaşdım. İnanclı, imanlı insan idi. Xasiyyətimiz uyğun gəlmirdi. Məni hər cür qəbul edirdi. Həyat yoldaşı ilə onları mən tanış etmişdim. Evliliklərinə mən vəsilə oldum. Mənə çox böyük sevgisi vardı. "Ölsəm bağışla" şeirini mənə həsr etmişdi".  (axşam.az)

Qeyd edək ki, Şahin Zəkizadə model Səbinə Allahverdiyeva ilə ailə qurmuşdu. Cütlüyün bir oğlu var. Zəkizadə uzun sürən xərçəng xəstəliyindən 2017-ci ildə vəfat edib.

Bəli, zaman-zaman aktrisalarımız, müğənnilərimiz öz keçmişləri, bitmiş sevgi macəraları, şəxsi həyatları barədə bu tip açıqlamalar verirlər. Çox zaman özləri bu mövzularda danışmağa, məxfi, şəxsi sirlərini yaymağa maraqlı olurlar. Sanki belə açıqlamalarla özlərinin daha qiymətli olduqlarını bildirmək istəyirlər. Ailəli olan, həmçinin özü bildirdiyi kimi alınmamış münasibət barədə (özü də bu açıqlama birtərəflidir -red), həm də dünyadan köçmüş şəxs barədə bu açıqlamanı vermək, dilə gətirmək nə qədər etikdir bunu Pərvin xanım bilər. Lakin bir uşaq anası olan xanımın hisslərinə qarşı ən azından hörmətsizlikdir.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN