“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq”

 Sərhədlərin açılması xaricdə yaşayan onlarla soydaşlarımızın yay tətilini Azərbaycanda keçirməsinə şərait yaradıb. Diaspor nümayəndələrinin eyni vaxtda vətəndə olmalarını nəzərə alaraq,  Diasporla İş üzrə Dövlət Komitəsi onların Şuşaya səfərlərini təşkil edib. 

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı,  Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcələr. 

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə soydaşlarımıza geniş məlumat veriləcək. 

Diaspor nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana Qələbə sevinci yaşadan rəşadətli ordumuzun əsgərləri ilə görüşləri də planlaşdırılır. 

Bəli, bir zamanlar xatırlayanda qəlbini dərin kədər, qüssə, peşimanlıq hissi bürüdüyü, nə vaxtsa o torpağa ayaq basacağı arzusu ilə yaşayıb, bəzən bu arzunun elə xəyal olaraq qalacağını düşünən bizlər bu gün gerçəkləşmiş xəyallarımızın sevincini yaşayırıq. Həmvətənlərimizin, Şuşanı bizim qədər arzulayanların Şuşaya etdiyi səfərlər bizə təkrar-təkrar qələbə sevincini yaşadır, qəlbimizi fərəh hissi ilə coşdurur. Bu qələbə sevincini bizə yaşadanları minnətdarlıq hissi ilə anırıq.

Nə yaxşı ki, varsan Şuşa, nə yaxşı ki, yenə bizimsən Şuşa!

JASMİN    


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA