İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu gün sentyabrın 14-də Rusiyanın Moskva şəhərində ev tekstili, interyer parçaları və dekor materiallarının nümayiş olunduğu “Heimtextil Russia 2021” sərgisi öz işinə başlayır.

AZPROMO-ya istinadən məlumata görə, sərgidə dünyanın hər yerindən tekstil sahəsində fəaliyyət göstərən şirkətlər öz məhsullarını təqdim etmək, həmçinin təcrübə mübadiləsi və yeni əməkdaşlığın qurulması imkanı əldə edəcəklər.

Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı kimi məhsulların istehsalında fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunacaq.

Eyni zamanda, Azərbaycanın qədim sənət nümunəsi olan, incə ornamentləri və zərif naxışları özündə birləşdirən Azərbaycan xalçaları da xüsusi milli stenddə nümayiş olunacaq.

Qeyd edək ki, sərgi sentyabrın 16-dək davam edəcək.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA