booked.netbooked.net booked.net  

AMEA Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” jurnalının “Nizami Gəncəvi İli”nə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb. Xüsusi buraxılış Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına əsasən hazırlanıb.

Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığının müxtəlif aspektlərdən araşdırıldığı məqalələr toplusu yeni və nəşr olunmamış maraqlı sənədlər, çoxsaylı elmi-ədəbi, fəlsəfi faktlarla, spesifik məlumatlarla zəngindir.

Topluda institutun direktoru tarix elmləri doktoru Məryəm Seyidbəylinin “Nizami Gəncəvinin əsərlərində elmi biliklərin əksinə dair”, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Böyük azərbaycanlı şair Nizami Gəncəvi haqqında ilkin farsdilli qaynaqlar”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Nizami Gəncəvi və onun doğum yeri haqqında mübahisəli məsələlərə dair”, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinskinin “Nizami Gəncəvi dövründə elmə və elm adamlarına verilən dəyər” məqalələri yer alıb.

Bundan əlavə, jurnalda dosent Səadət Məmmədovanın “Nizami Gəncəvi yaradıcılığında ideal dövlət”, Tərcümə və informasiya şöbəsinin müdiri Aynur Nəzərovanın “Nizami Gəncəvi və onun əsərlərində Azərbaycan türkcəsi”, elmi işçilər – Aybəniz Osmanovanın “Nizami Gəncəvi poeziyası dəqiq elmlərin dili”, Röya Mirzəbəyovanın “Yan Rıpkanın tədqiqatlarında “Azərbaycan məktəbi” və Nizami Gəncəvi”, Elxan Quliyevin “Nizami Gəncəvi yaradıcılığında insan kimliyini formalaşdıran amillər”, Solmaz Namazovanın isə “XII əsr Azərbaycan intibahı və Nizami Gəncəvi” mövzusunda məqalələri ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, ədibin dünya və Azərbaycan ədəbiyyatında, fəlsəfə və elmi tarixindəki özünəməxsus yerini əks etdirən toplu Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə maraqlanan bütün oxucular üçün uyğundur.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN