booked.netbooked.net booked.net  

Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda fəxri qonaq qismində iştirak edəcək.

Bu barədə forumun təşkilatçılarına istinadən xəbər veririk ki, rəsmi nümayəndə heyətini Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun başçlıq edəcəyi gözlənilir.

“Forumda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun şəxsən iştirak etməsi yaradıcılıq, mədəni irsin öyrənilməsi və təbliği sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini nümayiş etdirir” – məlumatda deyilir.

Forum çərçivəsində Dövlət Ermitaj Muzeyində Azərbaycanın daimi ekspozisiyasının təntənəli açılış mərasimi keçiriləcək, həmçinin 2020-ci ildən etibarən Üzeyir Hacıbəylinin adını daşıyan bağda görkəmli bəstəkarın abidəsinin təməli qoyulacaq.

Məlumata görə, Sankt-Peterburqun Mariinski Teatrının səhnəsində bəstəkar Fikrət Əmirovun “1001 gecə” baletinin nümayiş olunacağı, həmçinin azərbaycanlı caz ifaçılarının konsertinin keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu 2021-ci il noyabrın 11-dən 13-dək keçiriləcək.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN