booked.netbooked.net booked.net  

Hollandiyada yaşayan və hamımızın yaxşı tanıdığı “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, Avropada nəşr olunan “Xudafərin” jurnalının, həmçinin eyni adlı saytın təsisçi və baş redaktoru Elman Mustafazadə q’zetimizl’ yaxından əməkdaşlıq edir. Uzaqda olsa da, hər gün, hər an Azərbaycanın dərdləri, problemləri ilə yaşayır. Azərbaycan həqiqətlərinin Avropada yayılmasında, 44 günlük II Qarabag savaşında qazanılan tarixi qələbəmizin, Ali baş komandan, prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, internetin imkanlarından istifadə edərək təbliğində mühüm rol oynayır. E. Mustafazadənin bir fikri çox maraqlıdır:” Qarabağı işğaldan azad edən kəs, atamın qatili də olsa, onu dəstəkləyib, hər yerdə təbliğ etmək üçün əlimdən gələni əsirgəməyəcəyam. Bu gün Azərbaycanda lider kimi İlham Əliyevə alternativ yoxdur”.  Çox gözəl fikirlərdir.  Bununla belə, respublikamızda olan ayrı- ayrı problemlər, neqativ hallar, bəzi məmurların rüşvətə qurşanması və s. E.Mustafazadəni, elini, obasını, vətənini, dövlətini hədsiz dərəcədə sevən biri kimi narahat edir. Elə təzəlikcə redaksiyamıza göndərdiyi iki yazı, müxtəlif mövzularda olsa da, maraq doğurur. Məşhur kinorejissor Rasim Ocaqovun ad günü və ana dilimizə olan etinasızlıqla bağlı hər iki yazını “Tazadlar” da oxucularına təqdim edirəm.

***

Nəfsinin qurbanı...

E.Mustafazadə: “Ssenaridə olmayan və guya rejissor tapıntısı kimi “Ad günü” filmində, gürcü millətindən olan baş qəhrəmanın, Bakının küçələrinə düşüb dükanlardan "Yerevan konyakı" axtarması heç bir məntiqə sıgmır.

Noyabrın 22-də istedadlı operator, rejissor və ssenarist Rasim Ocaqovun 88 yaşı tamam oldu. R. Ocaqov 1933-cü il noyabrın 22-də Şəki ( keçmiş Nuxa) şəhərində anadan olub. O “Azərfilm”də operator kimi işə başlasa da, sonradan rejissor olmağa müvəffəq olmuşdu... Onun çəkdiyi fillimlər SSRİ məkanında ən populyar fillimlər sırasında olub və çoxsaylı mükafatlar alıb. Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi R.Ocaqov Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980) adlarına layiq görülüb.

Rasim Ocaqov Gorgi Daneliya səviyyəli, bəlkə də ondan da istedadlı olsa da, Batoni Gorgi gürcü idi, Rasim müəllim isə, bütün yaşadığı ömrü boyu milli mənsubiyyətini səmimi olaraq müəyyən edə bilmədi...Doğrudur Gorgi Daneliya hələ sovet vaxtı da BATONI idi, Rasim Ocaqov isə BƏY ola bilmədi... Naxçıvanlılar demiş:"mallım gəlib, elə mallım da getdi"...

“Qatır Məmməd” filmi ilə operatorluqdan rejissorluğa gələn R. Ocaqov  bir-birinin ardınca “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “Ölsəm bağışla”  və digər uğurlu fillimlər çəkmişdir. Gorgi Daneliyanin “Mosfilm”in sifarişi ilə çəkdiyi filmlərin hamısında gürcü ruhu olduğu halda, Rasim Ocaqovun “Azərfilm”də çəkdiyi filmlərin heç birində milli kolorit deyilən sey  yox idi...Ssenaridə olmayan və guya rejissor tapıntısı kimi “Ad günü” filmində,  gürcü millətindən olan baş qəhrəmanın, Bakının küçələrinə düşüb dükanlardan "Yerevan konyakı" axtarması heç bir məntiqə sıgmır.

Bu barədə ssenarinin müəllifi Rüstəm İbrahimbəyovdan soruşanda deyib ki, mən belə epizodu yazmamışam, Rasimin öz əlavəsidir…

“Ölsəm bağışla” filmində isə, heç bir istedadı olmayan daşnak-erməni müğənnisi Bokani filmə çəkib. Özü də bu daşnakın obrazını yox, birbaşa özünü, oxuduğu mahnı ilə bir yerdə canlı çəkib.   Bu da Rasim Ocaqovun  ssenaridən kənar özfəaliyyətinin nəticəsi idi…Əslində bunlar heç birisi səbəbsiz deyildi... Uzun illər “Azərfilm”də Adil İskəndərovun rəhbərlik etdiyi millətçi qrupa qarşı, “Mosfilm” də başda olmaqla, erməni lobbisi mübarizə aparıb. Artıq A.İskəndərov komandası qocalmış və yeni kosmopolit rejissorlar meydanı yavaş-yavaş ələ alırdılar... Əlbəttə, bu arada, həyat yoldaşı erməni olan, arvad qohumlarının çoxu Moskvada və Bakıda mühüm vəzifələr tutan Rasim Ocaqovun xəncərinin dalı da kəsirdi, qabağı da… Doğrudur, Eldar Quliyevin də həyat yoldaşı  erməni idi, ancaq Eldar Bəy həmişə milli ruhlu və millətə yaxın olub...

Məhz həmin çəkilişdə filmin operatoru olan Rasim Ocaqovun əli ilə, son millətçi rejissor Hüseyn Seyidzadəni vurmaq planını, Moskvadan və Bakıdan erməni lobbisi əli ilə düzüb qoşurlar...Burada bir haşiyə çıxım ki, “Azərfilm”də millətçi qanadın da əksəriyyətinin xanımları qeyri-azərbaycanlı millətlərdən olsa da, erməni deyildilər. Məsələn,Adil İskəndərovun da, elə Hüseyin Seyidzadənin də, hər ikisinin xanımları Moskva yəhudiləri idi.

1974-cu ildə peşəkar rejissor Huseyin Seyidzadə “Qatır Məmməd” filmini çəkməyə başlayır. Filmə Fuad Poladov, Əlabbas Qədirov, Sahmar Ələkbərov və digər istedadlı aktyorlar çəkilir. Demək olar ki, filim çəkilib başa çatanda, BOY!!!...Sən demə Hüseyin Seyidzadə ssenaridən kənara çıxaraq Müsavat hökumətinə geniş yer verib, Fətəli Xan Xoyskini mübariz, cəsarətli müsbət bir qəhrəman kimi çəkib, Qatır Məmməd isə kölgədə qalıb, olub, necə deyərlər, qotur Məmməd...

Moskva işə qarışır  və böyük qalmaqal yaranır. Əslən İrəvanın zadəgan nəslinə mənsub olan Hüseyin Seyidzadəni hətta həbs etmək belə istəsələr də, deyilənə görə, ulu öndər Heydər Əliyev onu xilas edə bilib...Bununla da “Azərfilm”də millətçi qanada son verilir və studiya kosmopolitlərin əlinə keçir...

Necə deyərlər, filmin sonu...

P.S. Noyabrın 22-də  Rasim Ocaqovun ad günü idi... Ruhu şad olsun! Amma qeyrətiniz olsun... və nəfsinizə hakim olun ki, sonradan onun qurbanı olmayın…

Elman Mustafazadə

Hazırladı və təqdim etdi:

Elçin Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN