Azərbaycan Daxili İşlər Nazirliyi Bakı Dövlət Universitetində baş verən xoşagəlməz hadisə- bıçaqlanma ilə bağlı rəsmi məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, BDU rektorunun müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Bakı Dövlət Universitetində bıçaqlanan rektor müşaviri və komendantın vəziyyəti normaldır. Bu barədə isə BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib. Hazırda onlar həkim nəzarəti altındadır. Məlumatda qeyd olunub ki, iyulun 27-də saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib. Xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Deyəsən, dava yorğan davasıdır... Və maraqlıdır ki, nüfuzlu bir universitetdə baş verən bu hadisə sıradan biri deyil. Çünki hər üç şəxs statusa malikdir və ortada olan problemi doğrudanmı çözə bilməyiblər??? Və pravdainfo.org-a verilən məlumata görə, mübahisə cari və əsaslı təmirə ayrılan vəsaitin bölüşdürülməsi və şişirdilmiş rəqəmlər üstündə baş verib. Təmiri aparan MMC-nin rəhbərinin də istintaqa cəlb ediləcəyi bildirilir.
Əlavə məlumat veriləcək.
A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA