Qəzetmizin elektron poçtuna təhsil eksperti, "Astaranın Gənc Alimləri"ndən Zaur Hüseynovun QHT-lərdən birinə verdiyi "şok açıqlama" ilə bağlı məlumat daxil olub.

Məlumata görə, həmin açıqlamada Astara təhsilinin vəziyyətini tənqid edən Z.Hüseynov vaxtilə rayonun Artupa kənd məktəbinin direktoru vəzifəsindən necə çıxarılmasına da toxunub.

Müstəqil QHT olduğu bildirilən "Təhsil Araşdırmalar Mərkəzi"nin suallarını cavablandıran Z.Hüseynov rayon təhsilindəki son durum barədə öz mövqeyi belə olub: "Astara təhsilində olan bərbad və dəhşətli vəziyyət, əlbəttə, göz önündədir. Məsələ o qədər ciddiləşib ki, hətta Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovun ətrafının da əl-qolu bağlanıb, onu müdafiə etməyə həvəsləri qalmayıb. Artıq R.Həsənovun rəsmi feysbuk profili demək olar ki, ictimaiyyətə bağlı durumdadır, yalnız "təhlükəsiz" adamları dostluğuna qəbul edir. Arabir də Astara Təhsil şöbəsinin səhifəsindən bəzi paylaşımlar edilir. Son bir ildə isə, üslubuna və sahəsinə qətiyyən aidiyyəti olmayan hansısa məqalələr onun adından paylaşılır. Amma, nədənsə, biologiya diplomlu olduğu halda koronavirus, sağlamlıq haqqında indiyə qədər bircə dənə də məsləhət verə bilməyib.

Son vaxtlar diqqəti cəlb edən digər nüans bəzi qruplarda (məsələn, "Şahağac-Astara", "Təhsil Forumu", "Cənub Bölgəsinin Ziyalıları") onun əleyhinə yazılan paylaşımların rədd olunması və qrupun rəhbərinin onun tərifinə yer verməsidir.

Təəssüf edirəm ki, bəzi astaralılar da bu yalançı təriflərə aldanıb R.Həsənovun toruna düşməkdə və yalanlara inanmaqdadır.

Sual edirəm: R.Həsənov necə yaxşı müdirdir ki, gəldiyi ilk ayda - 2018-ci ilin iyulunda 2 peşəkar işçini (Daşqın Əliyev və Fuad Mehrəliyev) işdən çıxartdı? Yox, əgər bu işçilər peşəkar deyildilərsə, niyə onları 2 ildən sonra yenidən xahiş-minnətlə işə qaytardı? Belə çıxır ki, ya onları işdən çıxararkən səhv edib, ya da geri qaytararkən.

Hələ onu demirəm ki, Artupa məktəbinin uğurlu direktoru ikən, kollektiv məndən tam razı ikən, 2019-cu ildə məni də işdən çıxartdı!

R.Həsənov özünü "islahatçı" adlandırır, amma görünür ki, islahatları tərsdən keçirir: yaxşıları çıxarıb, pisləri saxlayır.

R.Həsənov gəldiyi ilk aylarda əgər bütün ümidini hansısa "adam"na, "yuxarılar"a bağlamışdırsa, mediada və ictimaiyyətdə ciddi tənqid olunandan sonra "strategiya dəyişdirərək" bu dəfə ümidini feysbukda hansısa qrup rəhbərinə, ya da saytlara bağlamağa başladı.

Ancaq, necə deyərlər, "Qorxunun əcələ faydası yoxdur". Artıq "Ox yaydan çıxıb". Bu qədər özbaşınalıqdan, biabırçılıqdan sonra R.Həsənov səhvlərini düzəltmək barədə düşünməməlidir.

O, astaralıları avam hesab edərək, onlara 3-5 məktəblinin olimpiadada yer tutmasını uğur kimi sırıyır. Lakin biz təhsil ekspertləri gözəl bilirik ki, 100 minlik əhalinin, minlərcə şagirdin içindən cəmi 3-5 nəfərin yer tutması nəinki uğurdur, əksinə, BİABIRÇILIQDIR!".

Z.Hüseynov sonda qeyd edib ki, növbəti açıqlamalarında 2019-cu ildə onun Artupa məktəbinin direktorluğundan necə qanunsuzluqla çıxarmasından söz açacaq, özü də əlində olan sənədlərlə, faktlarla: "Mən sırf "ağa"nızın xahişi ilə indiyə qədər susmuşam, artıq bundan sonra heç nə və heç kimin xahişi məni susdura bilməyəcək".

Məsələ ilə bağlı Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovun münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

ELBAR


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA