booked.netbooked.net booked.net  

Sentyabr ayı üzrə xaricdə təhsil alan 310 müraciətçinin 239-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin diplomu isə tanınmayıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 30, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 19, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 12, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 101, Rusiya Federasiyasından 80, Ukraynadan 61, Gürcüstandan 18, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 42 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 37, iqtisadiyyat üzrə 28, tibb üzrə 22, biznesin idarə edilməsi üzrə 18, menecment üzrə 11 nəfər müraciətçi qeydə alınıb.

Qeyd olunub ki, sənədlərə ortalama baxılma müddəti 22 gün təşkil edib.

Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az keçidinə daxil ola bilərlər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN