booked.netbooked.net booked.net  

Bakıda daha iki məktəbin şagirdləri arasında koronavirusa yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.

Əldə etdiyimiz məlumata görə, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Qeyd edək ki, koronavirusa yoluxma halı Baku-Oxford School-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.

Xatırladaq ki, dünəndən 162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Onu da qeyd edək ki, sözügedən hər üç təhsil müəssisəsində əyani təhsil davam edir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN