Xəbər verdiyimiz kimi, tədris ili başlayandan ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.

Bəs, görəsən, məktəblərdə yenidən tədris dayandırıla bilərmi?

Məsələyə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov münasibət bildirib.

Onun sözlərinə görə, nazirliyin yaydığı məlumat o demək deyil ki, məktəblər bağlanır: “Pandemiya dövründə yaşadığımız üçün məktəbdə müəlim də, şagird də koronavirusa yoluxa bilər. Biz sadəcə ictimaiyyət üçün ümumi məlumat yaymışıq. Bu, o demək deyil ki, məktəblər yenidən bağlanır. Məktəblərin bağlanması ilə bağlı qərarı vermək Operativ Qərargahın səlahiyyətindədir Təhsil Nazirliyinin yox”.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA