Xatırlayırsınızsa, bu yaxınlarda saytların birində "Rektor təhsil qaydalarına qarşı" başlıqlı məqalə dərc edilmişdi. Məqalədə qeyd edilirdi ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərovun  dostu, Aqronomluq fakültəsində 13 ildir dekan işləyən Məhərrəm İsmayılov təhsil ocağındakı bütün qanunsuzluqlarda fəal iştirak edir.

O da qeyd edilmişdir ki, Məhərrəm İsmayılovu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun xahişi ilə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalovun ona tapşırdığı üçün işdə saxladığını İbrahim Cəfərov daim öz yaxın ətrafına çəkinmədən deyir. Maraqlı burasındadır ki, hal-hazırda dekan vəzifəsini müvəqqəti icra edən Aynur Həsənova da onun öhdəsindən gələ bilmir. Belə ki, bu yaxınlarda qiyabiçilərin sessiyasından M.İsmayılov rektorun adı ilə kütləvi pul yığıb(?). V kurslardan 26 nəfərdən cəmi 6-sı sessiyada iştirak etməsinə baxmayaraq, verdikləri 600 manat pulun(?) müqabilində qiymət ala biliblər. Ümumiyyətlə isə ADAU üzrə qiyabiçilərin cəmi 20-25%-i dərslərdə iştirak etsə də, sonda kəsiləni olmur. Səbəbini isə yuxarıda qeyd etdik.

Sözügedən məqalədə həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş, Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarına əsasən dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər və eyni şəxs bir ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz. Dekanlıq müddətinin həmin qaydaya əsasən 5 il olduğunu nəzərə alsaq, aydın olur ki, M.İsmayılov 3 ildir qanunsuz işləyir və üstəlik, yenidən namizədliyini vermək istəyir. ADAU-da onu da deyirlər ki, rektor İbrahim Cəfərov Məhərrəm İsmayılovu yenidən dekan seçdirəcək(?).

Gözləyək, görək deyilənlər doğru çıxırmı?

Məsələ ilə bağlı yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV


Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA