booked.netbooked.net booked.net  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdindəki Humanitar Kollecin 67 nəfərlik müəllim kollektivi direktor Nərmin Qaralovadan şikayətçidir. Neçə gün öncə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Ombudsman Səbinə Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Baş nazirə, təhsil nazirinə və digər dövlət qurumlarına müraciət ünvanlayan şikayətçilər etiraz əlaməti olaraq Milli Məclisin qarşısına toplaşıblar.

Söhbət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin işdən çıxarılan müəllimlərindən gedir.

Redaksiyamıza daxil olan məlumata görə, 20-yə yaxın müəllimi Milli Məclisin qəbul şöbəsində qəbul ediblər. Onların problemləri dinlənilib.

Bildirilib ki, kollecin direktoru Nərmin Qaralovanın müəllimlərə qarşı etdiyi qanunsuzluqlar təəssüf doğurur. Müəllimlərə söz verilib ki, problemlə bağlı aidiyyəti orqanlar məlumatlandırılacaq.

İşdən qanunsuz olaraq çıxarıldığını iddia edən müəllimlər Milli Məclisdən sonra Təhsil Nazirliyinə yollanıblar.

Qeyd edək ki, Humanitar Kollecdə gərginlik artıq neçə aydır davam edir. Kollecin direktoru Nərmin Qaralova 67 müəllimi işdən uzaqlaşdırıb. Direktor onlardan müddətli müqaviləyə imza atmağı tələb edib. Buna etiraz edən müəllimlər tədris prosesindən uzaqlaşdırılıb. Sonradan müxtəlif üsullarla, təzyiq vasitələrilə bəzi müəllimlər direktorun tələblərini yerinə yetirib. Qalan əksər müəllimlər isə hələ də qeyr-müəyyənlik içərisindədirlər. Onların adları işdə getsə də, kollecə buraxılmır, dərs saatları isə demək olar ki, boş keçir. İşdən əmrlə çıxarılan 2 müəllim isə məhkəməyə müraciət edərək, direktorun əmrini ləğv etdiriblər. Amma məhkəmə qərarının olmasına baxmayarq, həmin müəllimlər hələ də dərsə buraxılmır.

Uzun illər bu təhsil müəssisəsində çalışan müəllimlər bütün aidiyyəti qurumlara müraciətlər ediblər. Onlar direktorun qanunsuz əməlləri ilə bağlı təkzibedilməz faktlar irəli sürüblər. Lakin bunların heç biri nəzərə alınmayıb: "Özünü Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın yaxın adamı kimi təqdim edən Nərmin Qaralovanın bu əməllərinə heç bir hüquqi qiymət verilmir.

Bu ilin fevralında müəllimlərlə ədəbsiz danışması ilə, tələbəyə “şam tutan” deməsilə gündəmə gələn, bununla da Azərbaycanın bütün təhsil sistemini biabır edən bir şəxsin heç nədən çəkinmədən, heç bir qanun tanınmadan, Əmək Məcəlləsinin müvafiq bəndlərini kobudcasına bozaraq onlarla müəllimi işsiz qoyması çox ciddi bir sual yaradır: bir direktorun bu qədər özbaşınalığına göz yumulması nə ilə əlaqədardır? Doğrudanmı onun arxasında elə bir güc dayanır ki, ölkənin bu həssas dönəmində, bu qədər ziyalını işsiz qoyur? Özü də qanunsuz, özü də onlara maddi və mənəvi ziyan vuraraq, onları əskildərək, onlara psixoloji terror edərək, ən nalayiq ifadələr işlədərək".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN