Artıq belə məlum olur ki, koronavirusla zarafat keçmir...

Bir aylıq yumşalma da öz sözünü deməkdədir. Məsələn, bu gün 468 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən bu qanqaraldıcı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. 

Bəs nə baş verir? Dünən sərtləşmə ilə bağlı xəbərdarlıq da diqqətli olmağa bir siqnaldır. Əhali yumşalmadan sui-istifadənin harada olduğunu dəqiqləşdirməli və nəticə çıxarmalıdır. Əks halda, daha sərt qaydaların tətbiqinə zərurət yaranacaq.
A.Məmmədli