booked.netbooked.net booked.net  

Zaman-zaman ev şəraitində müalicə olunan bəzi koronavirus xəstələrini gah marketdə, gah ictimai nəqliyyatda, hətta çalışdıqları iş yerlərində də aşkarlandıqları ictimaiyyətə yaxşı məlumdur. 

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi şəhər ərazisində yerləşən restoranlardan birində keçirilən toy mərasimində iştirak etmək istəyən zaman onun qarşısı alınıb.

Toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Sumqayıt şəhər sakini N.Yarmətova COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

N.Yarmətova barəsində Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Zaman-zaman ev şəraitində müalicə olunan bəzi koronavirus xəstələrini gah marketdə, gah  ticarət mərkəzində, ictimai nəqliyyatda, hətta çalışdıqları iş yerlərində də aşkarlandıqları ictimaiyyətə yaxşı məlumdur. Lakin bu virusun daşıyıcısı olan xəstənin bəzənib-düzənərək, heç nə olmamış kimi toy məclisinə getməsi, yeni evlənən cütlüklə, toydakı digər şəxslərlə təmasda olması heç bir əndazəyə sığmır. Bildiyimiz kimi, toy məclisində heç bir kəs qoruyucu maskadan istifadə etmir və bu mümkünsüzdür. Xəstəliyə yoluxmuş hər hansı şəxsin açıq şəkildə insanları virusa yoluxdurmağa cəhd etməsi qərəzçilik, laqeydlik, məsuliyyətsizlikdir desək, yanılmarıq.

Təsəvvür edin, toy məclisində iştirak etmək üçün restorana gəlmiş həmin şəxsi polis vaxtında oradan uzaqlaşdırmasaydı nə baş verərdi?.. Toyda iştirak edən qonaqlardan neçə nəfərini bu virusa yoluxduracağı da, həmin xəstə sayının həndəsi silsilə ilə artımı da, onlardan neçə nəfərin həyatı ilə vidalaşacığı da qaçılmaz idi...

Ümumiyyətlə, koronavirusa yoluxmuş şəxsin özünütəcrid rejimində olması bu mənada mütləqdir və məcburidir.

Xatırladaq ki, dünyada  koronavirusa yoluxma sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə edilməkdədir. Qonşu Gürcüstan Respublikasında da gündəlik yoluxma sayındakı rəqəmlər heç də ürəkaçan deyil. Qeyd edək ki, ölkədə bu günə olan yoluxma sayı 5739 nəfərədək yüksəlib. Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının rəhbəri Tengiz Çerçvadze Gürcüstanda koronavirusun beşinci dalğasının başladığı barədə xəbərdarlıq da edib.

 Azərbaycanda da koronavirusa yoluxma sayı hər gün artan xətt üzrə davam etməkdədir. Bu günə olan  məlumata görə, son 24 saat ərzində ölkə üzrə 2102  yoluxma halı baş verib, 15 nəfər isə həyatını itirib.

Ona görə də gəlin hər birimiz məsuliyyətli olaq!

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN