booked.netbooked.net booked.net  

Dietoloq- nutrisioloq  Nadejda Tsapkina Rusiya KİV-nə verdiyi müsahibədə  bildirib ki, yumurta və kərə yağ ən yaxşı səhər yeməyidir.

 O,  yumurtanın tərkibində 40 -dan çox vitaminin - əksəriyyətinin də B, A. E, D, K vitaminləri olduğunu, həmçinin sağlamlığı qorumaq üçün lazım olan mikro və makro elementlərlə: maqnezium, sink, kalium, kalsium, selen, mis, manqan, dəmir və s. zənginliyini, 100 qram yumurtanın tərkibində 11-13 qram protein olduğunu bildirib. 

Mütəxəssis qeyd edib ki, təbii yağ orqanizm üçün super qidadır, A, D, E və K vitaminləri, həmçinin yağ turşuları ilə zəngindir.

Dietoloqun sözlərinə görə, bu komponentlərin birləşməsi qocalma əleyhinə müalicədə əla istifadə olunur : “Qocalmanı yavaşlatdığı üçün hüceyrələrin bərpasına kömək edir, bu da öz növbəsində dırnaqların, saçların böyüməsini və dərinin elastikliyini artırır”. 

Yumurta əzələ kütləsini artırmağa, artıq xolesteroldan qurtulmağa, sümükləri gücləndirməyə və bədən yağını azaltmağa kömək edir. Lakin unutmayın ki, həftədə ən çoxu 3-4 yumurta yemək lazımdır.

 Kərə yağı isə pis xolesterolu zərərsizləşdirməyə kömək edir, toxuma və orqan hüceyrələrinin əmələ gəlməsində mühüm rol oynayır və selikli sistemin işini yaxşılaşdırır. Lakin dietoloq xatırladıb ki,  kərə yağını da orta dərəcədə istifadə etmək lazımdır.

TƏQDİM ETDİ: JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN