booked.netbooked.net booked.net  

Bəzi ölkə vətəndaşları üçün qadağalar başladı...

 Avstriyada koronavirusun yeni “omikron” ştammına ilk yoluxma halı qeydə alınıb. Bu barədə respublikanın səhiyyə nazirliyi tərəfindən məlumat yayılıb.

Bildirilib ki, şənbə günü Avstriyanın Tirol əyalətində koronavirusun “omikron” variantına yoluxma ehtimalı qeydə alınıb.

Qeyd olunub ki, Tirolidəki vəziyyətlə bağlı tam əminik ki, söhbət B.1.1.529 variantından gedir.  Məlumatda “Omikron”un  Cənubi Afrikadan gələn bir kişidə aşkarlandığı və hazırda həmin şəxsdə heç bir əlamət müşahidə edilmədiyi bildirilib.

Artıq noyabrın 27-dən “omikron” ştammının yayılması səbəbindən Avstriya CAR-ın Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya və Esvatinidən gələn təyyarələrin enişinə qadağa qoyub. Səhiyyə Nazirliyinin əmrinə əsasən, bu ölkələr artıq koronavirus variantlarının yayıldığı bölgələrə aiddir. Ölkəyə gələn və 10 günlük karantinə getməli, həmçinin PCR testi təqdim etməli olan Avstriya vətəndaşları istisna olmaqla, hamı üçün girişə qadağa qoyulub.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına “Omikron” adını verib. Onun daha yüksək yoluxuculuq qabiliyyətinə malik olduğu və daha ağır xəstəliklərə səbəb olduğu bildirilib.

Qeyd edək  ki, “omikron” səbəbindən artıq bəzi  ölkələr CAR-dan gələn təyyarələrə qadağa qoymağı düşünür. Bəziləri isə həmin ölkədən gələn şəxslərə 14 günlük məcburi karantin tətbiq etməyi planlaşdırır.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN