booked.netbooked.net booked.net  

"Karantin tədbirləri fəsli infeksiyalarda “aqressivləşməyə” səbəb olub"

Dünya ölkələrində, eləcədə Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq edilən sərt karantin tədbirləri makro və mikroorqanizmlər (viruslar) arasında simbioz yaşam qaydasını pozub. Nəticədə, virusla makroorqanizm arasında “neytrallığa” xidmət edən əks qütblü dəyişikliklər baş verib. Bu, məlum fəsli infeksiyalarda “aqressivləşməyə” səbəb olub. Pandemiyadan əvvəlki illərlə müqayisədə, hazırda ağır virus infeksiyalarının kəskin artımının yeganə səbəbi budur.

Bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. (AZƏRTAC)

Professor bildirib ki, Britaniyanın “The Telegraph” agentliyi hazırda müşahidə olunan boğazda ağrı, burunun axması, öskürək, yorğunluq və s. kimi COVID-19-a xas klinikası olan bu əlamətləri “super qrip” və ya “super soyuqlama” adlandırıb, onu yeni virus ştamının əmələ gəlməsilə izah edib. İddia olunur ki, bu ştamın törətdiyi kəskin klinik əlamətlər qriplə müqayisədə daha güclü və uzunmüddətlidir. Əslində isə, bu, uzunmüddətli sərt karantin tədbirlərinin tamamilə təbii və qaçılmaz nəticəsidir. Ona görə də bir sıra hallarda həmin klinik əlamətləri COVID-19-a yoluxma bilib, PZR testi verdikdə, nəticə, təbii ki, mənfi olmalıdır. Belə olan halda, testin nəticəsinin düzgün olmadığını düşünüb qorxuya düşmək lazım deyil. Bu gün əhalinin böyük əksəriyyəti “qrippoz” vəziyyətdədir, lakin bu halın “omikron” ştamı ilə birbaşa bağlılığı yoxdur. İndi müşahidə edilənlər əhalinin dövrü olaraq ildə 2-3 dəfə yoluxduğu, patogenlik və yoluxduruculuq qabiliyyəti yüksəlmiş adi virus infeksiyaların əlamətləridir. Həmin simptomların aktiv davametmə müddəti 5-7 gündür”.

M.Qəniyevin dediyinə görə, koronavirus 57 ildir ki tibbə məlumdur: “PZR testinə mütləq selektivlik xas olmadığından yuxarı tənəffüs yollarının kəskinləşmiş virus təbiətli bütün infeksiyaları, o cümlədən “common cold”, yəni “adi soyuqlama”da belə testlərin nəticəsi 1/4 nisbətində müsbət ola bilər. Bu, COVID-19-a yoluxma deyil, virus daşıyıcısı olmaqdır. Yəni, testin nəticəsinin müsbət olması təkcə “omikron” və ya digər patogen ştamın deyil, həm də koronavirusun 229E, OK43, NL63 və ya HUK1 kimi şərti patogen ştamlarından birini daşımağın da göstəricisi ola bilər. Ona görə də PZR testinin hətta müsbət olması belə vaxtından əvvəl qorxuya düşməyə əsas vermir”.

 

"TƏZADLAR"

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN