İrandan Ermənistana keçərək Qarabağa istiqamətlənən müəmmalı yük maşınlarının yaratdığı narahatlıq ciddi müzakirə mövzusudur. O dərəcə də ki, İranın Azərbaycandakı səfiri dünən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdü...

Strateji Planlaşdırma və Araşdırmalar İnstitunun rəhbəri, politoloq Azad Məsiyevin bu barədə maraqlı fikirlərini oxuculara təqdim edirik:

-Avqust ayının 11-dən sentyabr ayının 10-dək İran İslam Resublikasına məxsus 58 yük maşını, müxtəlif təyinatlı yüklər- yanacaq, sürtkü materialları ilə Xankəndinə daxil olub. İran dövlətinin bu cürə addımları Azərbaycan tərəfi ilə razılaşdırmadan atması qonşuluq münasibətinə zərbə vurmurmu?

-İran dövləti həmi Azərbaycanla, həm də Ermənistanla qonşudur, hər iki dövlətlə sərhəddi mövcuddur. Azərbaycan hər zaman İran dövləti ilə qonşuluq münasibətini yüksək səviyədə qoruyub saxlamış və inkişaf etdirməkdə maraqlıdır, qonşuluq münasibətinə xələl gəlməsin deyən bütün vastələrdən istifadə edir. Hətta üçüncü dövləti Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməyəcyi də  bəyan edilib. İran xalqı bizin əzəli və əbədi qonşumuzdur, bizim iqtisadi və siyasi münasibətlərimizdən başqa mənəvi, dini, yaxınlığımız, eyni zamanda İranda on milyonlarla soydaşlarımız var. Bu insanlar arasında qohumluq əlaqəsində onlarımız var, gediş- gəlişimiz mövcüddür. İran dövləti də qonşuları ilə, xüsusilə də Azərbaycanla münasibəti elə yüksək səviyyədə qurmalıdır ki, həm  siyasi, həm iqtisadi, həm də milli təhlükəsizlik baxımından qarşılıqlı maraqlara uyğun olsun. 44 günlük müharibənin nəticəsindən asılı olaraq dolayısı ilə İranın da milli təhlükəsizliyini təmin etməli oldu. Belə ki, ABŞ Ermənistanda inqilab yolu ilə  Paşinyanı hakimiyyətə gətirdi və onun vastəsi ilə erməni dövlətini klonlaşdırmaq və bu istiqamətdə öz layihəsini həyata keçirirdi, Paşinyan ABŞ-dan gələn təlimatları həyata keçirməkdə idi. Ermənistanın NATO-ya inteqrasiya etmə siyasi fəaliyyətini açıq bəyan etmişdi, bir sözlə, Ermənistan ABŞ üçün ən yaxın müttəfiqi olmalı idi. Azərbaycanın qələbəsi ilə ABŞ Sənubi Qafqazda, xüsusilə də Ermənistandakı planları pozuldu. Paşinyanın yenidən Baş Nazir seçilməsi isə ona dəlalət edir ki, ABŞ-ın Ermənistan vasitəsi ilə İran projesindən əl çəkməyib. Bildiyiniz kimi, ABŞ İran dövlətini düşmən elan edib, bütün fəaliyyətini bu istiqamətə yönəldib. Qeyd etmək yerinə düşər ki, Ermənistanda ABŞ-ın iki mindən artıq olan diplomatik korpusu kadrları bu istiqamətdə fəaliyyət göstərməkdədir. Bu kadrlar içərisində Mərkəzi Kəşfiyat İdarəsinin əməkdaşlarının fəaliyyəti şübhəsizdir. Bir sözlə, ABŞ Ermənistandan trampilin kimi istifadə etməklə İranın daxili işlərinə müdaxilə  ehtimalı böyükdür. İranda yaxşı bilirlər ki, Ermənistan ərazisindən ABŞ xüsusi xidmət orqanlarının kəşfiyyat  xarakterli əməlyyat fəaliyyəti mövcuddur. Bu fəaliyyət İran dövlətinin bütün sahələrini əhatə etməkdədir. Sualınıza gəlincə, qeyd etmək istərdim ki, indiki zamanda, həssas bir dönəmdə Ermənistanla  Azərbaycan arasında böyük sülh sazişi olmadığı halda, İrana məxsus yüklərin Xankəndinə getməsi, bu yükərin Azərbaycan dövləti ilə razılaşdırılmadan daşınması qonşuluq münasibətinə xələl gətirir. Düzdü,  İran tərəfi qeyd edə bilər ki, bu yüklər özəl şirkətlərə  məxsusdur, erməni mənşəli İran vətəndaşlarının işidir və.s. Bunlara baxmayaraq, İranın iş adamlarının fəaliyyəti dövlətin siyasətinə xələl gətirməməlidir.  Özəl şirkətlərin bu cürə əməlləri dövlətin qonşuluq  münasibətinə kölgə salacaq hallara gətirib çıxardırsa,    bu halda bunun qarşısını almaq dövlətin işidir. İstər bilərəkdən, istərsə də bilməyərəkdən. Ola bilər ki, üçüncü qüvvələr Azərbaycan-İran münasibətlərinə xələl gəlsin deyə bu cürə təxribat xarakterli işlər görsünlər, istənilən halda bu hadisə bizim üçün incə məsələdir. Hesab edirəm ki, Azərbaycan tərəfi  diplomatik kanallarla bu məsələyə İran tərəfinin aydınlıq gətirməsini, gələcəkdə bu cürə hadisələrin təkrarlanmamasını tələb etməlidir.

Təqdim etdi: A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA