ABŞ-ın Dövlət katibi Entoni Blinken mətbuata son açıqlamasında bildirib ki, ABŞ və Türkiyə arasındakı mövcud fikir ayrılıqları Cozef Baydenlə Rəcəb Tayyib Ərdoğanın görüşündə əsas müzakirə mövzusu olacaq.

Məsələ ilə bağlı Strateji Planlaşdırma və  Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad  Məsiyevin fikirlərini “Təzadlar”ın oxucularına təqdim edirik:

-Fikrimcə, ABŞ-ın Dövlət katibi Entoni Blinken, özünün  dediyi kimi  deyil, ABŞ və Türkiyə arasında  fikir ayrılığı deyil, mövqe, maraq ayrılığı vardır. Bununla bağlı daha aydın olsun deyə, bəzi sahələrə toxunmaq yerinə düşərdi.  Bildiyiniz kimi Türkiyə demokratik və dünyəvi bir dövlətdir, NATO-nun üzvüdür. Türkiyə bir dövlət olaraq Avropa  Birliyinin üzvü olmaq üçün Qərbin tələblərini qəbul etməsinə baxmayaraq, bu quruma qəbul olunmadı və məsələdə ABŞ Türkiyəyə  dəstək vermədi.  ABŞ Türkiyənin inkişafına, təhlükəsizliyinə  mane olan terror təşkilatlarına qarşı mübarizədə də Türkiyəyə dəstək vermir, əksinə, bu və ya digər formada terroru və terrorçuları himayə edir. Türkiyə dövlətinin öz təhlükəsizliyini qorumaq, bunun üçün müasir silah növlərini almaq, istehsal etmək haqqı var,  dövləti maraqlarına uyğun olaraq  müasir  təhlükəsizlik sistemini yaratmaqdadır. Bu məqsədlə Türkiyənin Rusiyadan  S-400 raket sistemini alması ABŞ-da  narazılıqla qəbul edilir və bunun nəticəsi kimi Türkiyə iqtisadi və siyasi  sanksiyalara, təzyiqlərə məruz qalır. Bundan başqa, qondarma “erməni soyqırımı” məsələsi  ilə də ABŞ dövləti Türkiyəni təzyiq altında saxlamaqda, kobud desək,  şantaj etməkdə davam edir, qondarma  “soyqırım” məsələsini  dövlət səviyyəsində gündəmə gətirməklə bundan yararlanmaq istəyir. ABŞ  bu məsələni siyasi alverə çevrib. Xalq tərəfindən seçilmiş prezidenti devirməyə cəhd edən FETO terror təşkilatını və liderini himayə edir. Türkiyənin ərazi bütövlüyünə təhlükə yarandığı zamanda, Suriya məsələsində, İŞİD-lə mübrizədə ABŞ Türkiyənin yanında deyil, qarşısında dayandı.

 Beləliklə, öz iqtisadiyyatını gücləndirmək, enerji təhlükəsizliyini təmin etmək üçün dənizin dibində kəşfiyyat axtarışı işləri apardığına görə  yenə də ABŞ-ın təzyiqləri ilə üzləşən Türkiyə oldu. Türkiyə Cənubu Qafqazda sülhün təmin olunmasında, Ermənistan-Azərbaycan münaqişəsinin həllində fəaliyyətinə görə yenə ABŞ-ın təzyiqləri və hədələri ilə üzləşməkdədir. Belə ki, Türkiyənin  xalqın və dövlətin   maraqlarına uyğun  Rusiya ilə münasibətlərini inkişaf etdirməsi ABŞ tərəfindən narazılıqla qarşılanır. ABŞ Türkiyə dövlətini Rusiyaya qarşı istifadə edə bilmədiyinə görə qəzəblənir. Belə olan təqdirdə bunlar ABŞ və Türkiyə arasında fikir ayrılığının deyil, mövqe və maraq ayrılığının olduğunu deməyə əsas verir.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA