booked.netbooked.net booked.net  

 Politoloq Azad Məsiyev “Təzadlar”ın suallarını cavablandırır:

-Azad müəllm, 27 sentyabr Azərbaycan tarixində önəmli günlərdən biri oldu... Bildiyiniz kimi, həmin gün işğal olunmuş torpaqlarımızın azad edilməsi əmrinin verildiyi gündür. Azərbaycan Resublikası Prezidentinin əks-hücum əmri tarixdə- yaddaşlarda necə qalacaq?

- Qeyd edim ki, erməni cəmiyyətində uzun müddət formalaşmış bir sərsəm, utopik ideya var idi: “Dənizdən-dənizə “Böyük Ermənistan”!”. Tarix boyu bu ideologiyanın təsirindən psixoz halına gətirilmiş etmənilər qonşuların ərazisinə iddia etmək planlarını həyata keçirməklə məşğul idi. Bu istəklərinə də ötən illər ərzində qismən də olsa, havadarlarının sayəsində nail olmuşdular. Bildiyiniz kimi,  yaxın keçmişimizdə Azərbaycan torpaqlarının iyirmi faiz ərazisi ermənilər tərəfindən işğal edildi, təxminən 30 il işğal altında qalan ərazilərmiz talan edilmiş və dağıdılaraq xarabalıq halına gətirilmişdir. Bu illər ərzində xalqımız mənəvi cəhətdən əzab içində yaşayırdı, qüruru tapdalanmışdı, beynəlxalq aləmdə haqqı eşidilmirdi. Əksinə, ermənilərin işğalçılıq siyasətinə beynəlxalq aləm göz yumurdu, bəzi hallarda bəzi xarici dövlətlər ermənilərin hərəkətlərinə bəraət qazandırmağa çalışırdı, hətta onların işğalçılıq siyasətini beynəlxalq hüququn müddəalarına uyğunlaşdırmağa  çalışırdılar. Bu barədə uzun-uzadı təhlillər vermək olar. Mən bir məsələni vurğulamaq istərdim: 27 sentyabrda əks-hücüm əmrinin verilməsi təkcə işğal olunmuş ərazilərimizin azad olunması ilə nəticələnmədi. Eyni zamanda, bununla Cənubi Qafqazda geosiyasi vəziyyət köklü surətdə dəyişdi, beynəlxalq baxımdan yeni siyasi situasiya yaradılmaqla yanaşı, xalqımızın qüruru özünə qaytarıldı. Xüsusilə, 44 günlük müharibə ermənilərin “Böyük Ermənistan” ideyasını darmadağın etdi. 

-Bəli, Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr əmri Cənubi Qafqazda geosiyasi vəziyyəti köklü surətdə dəyişdi, beynəlxalq baxış dəyişdi...

-Bilirsiz, Cənubi Qafqaz Rusiya ilə ABŞ-ın maraqlarının toqquşduğu  bir bölgədir,  məsələyə daha qlobal yanaşsaq, görərik ki, müharibə və münaqişə Ermənistanla Azərbaycan arasında deyil, ABŞ-la Rusiya arasında gedir. Yəni, bölgədə kimin nəzarəti altında sülh təmin ediləcək? Məlum məsələdir ki, Ermənistan-Azərbaycan münaqişəsi hansı qüvvənin təşəbbüsü ilə sülhlə nəticələnəcəksə, Cənubi Qafqaz da  həmin qüvvənin siyasi nüfuz dairəsinə daxil ediləcək. Ən vacibi, 44 günlük müharibənin sonunda Rusiya-Türkiyə münasibətlərinin daha da yaxınlaşması baş verdi. Türkiyə Prezidentinin təklif etdiyi və bölgənin inkişafı üçün “3+3” formatı ideyası gündəmə gəldi və bu istiqamətdə bir sıra vacib proseslərin getməsini müşahidə edirik.

-Dediyiniz kimi, 44 günlük müharibənin nəticəsi olaraq ABŞ-n bölgədəki starateji maraqları və planları pozuldu. İndi ABŞ seyrçimi qalacaq?

- ABŞ Ermənistana milyardlarla dollar yardım edir və bu maddi dəstək elə belə edilməyib. Hesab edirəm ki, bu yardımın qarşılığı olaraq ABŞ-ın ermənilərə tapşırığı olacaq ki, “3+3” formatı Rusiyanın təşəbbüsü ilə edilən sülh sazişinə mane olsun, ATƏT-in Minsk Qrupunun fəaliyyəti yenidən fəallaşdırılsın və s. ABŞ hər vəchlə Türkiyə və Azərbaycana qarşı siyasi  təzyiqlərə əl atacaq. Konqresin Nümayəndələr Palatası ermənipərəst konqresmenlərin və erməni lobbisinin təxribatına gedərək Azərbaycan və Türkiyəyə qarşı sənəd qəbul edib. Sənəddə Azərbaycandan “erməni hərbi əsir və mülki girovların dərhal və qeyd-şərtsiz azad edilməsi” tələb olunur. Habelə, Pentaqona 6 ay ərzində “Azərbaycan və Türkiyənin Qarabağa qarşı hərbi cinayətlərini araşdırmaq üçün hesabat hazırlamaq” çağırışı edilib.  Bu cür çağırışlar göstərir ki, ABŞ Cənubi Qafqazda  sülhün bərqərar olmasında maraqlı deyil və ABŞ-ın hazırki siyasəti sülhün və sabitliyin yaranmasına mane olmaqdan başqa bir şey deyil. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərlə söhbətində ABŞ prezidenti Cozef Baydenlə münasibətlərinin heç də yaxşı olmadığını deyib. Bu ondan xəbər verir ki, Türkiyənin dünyada, o cümlədən Cənubi Qafqazda yeritdiyi müstəqil siyasəti ABŞ üçün məqbul sayılmır. Ola bilsin ki, 3+3 formatının baş tutmaması üçün ABŞ Gürcüstan rəhbərliyinə təlimat versinGürcüstan da Rusiya faktorunu bəhanə edərək bu formatda iştirak etməkdən imtina etsin...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN