booked.netbooked.net booked.net  

Bu gün Azərbaycan Milli Mətbuatının 146-cı ildönümüdür.

İlk sayı Azərbaycanda gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə - 1993-cü ildə işıq üzü görən "Təzadlar" qəzeti qısa zamanda əsl müstəqil və obyektiv mətbuat nümunəsinə çevrildi. Həmin illərdə sağlam düşüncəli vətənpərvər ziyalıların, alimlərin, yazıçıların, şairlərin, digər sənət sahiblərinin tribunasına çevrilən, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemi – işğal olunan torpaqlarımızla bağlı Qarabağ məsələsini "Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək!" şüarı ilə cəsarətlə ictimai müzakirəyə çıxaran, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq, öz mübariz mövqeyindən geri çəkilməyən "Təzadlar"ın üvanına bu gün - 22 iyul Milli Mətbuat günü münasibətilə çoxsaylı təbriklər, təltiflər, mükafatlar, xüsusi diplomlar, hədiyyələr təqdim olunur. Ancaq bu təbriklərin, diplom və hədiyyələrin müəllifləri haqda açıqlama verməyə lüzum görmədik. Əgər həmin şirkət və cəmiyyətlərin, dövlət qurumlarının adını yazmalı olsaydıq, uzun bir siyahı alınardı.

Lakin "Təzadlar"ın əməkdaşlarının əksəriyyətinin məcburi köçkün olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsindən ünvanımıza gələn "Təzadlar" tortunu xüsusi dəyərləndirərək təqdim etmək istədik.

Milli Mətbuat günü münasibətilə "Təzadlar"ın kollektivini təbrik edən sözün əsl mənasında dostlarımıza təşəkkürümüzü bildirir, eyni zamanda jurnalistikamıza, mətbuatımıza dəyər və hörmət gətirən həmkarlarımızı təbrik edirik!

Bir daha Milli Mətbuat günümüz, bayramımız mübarək olsun!

ELBAR

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN