booked.netbooked.net booked.net  

Bu yerdə "Məscidin qapısı açıqdır, itin abrına nə gəlib" atalar sözünü heç söyləmək istəməzdim, amma buna məcburam…

Məhərrəm ayı ərzində, eləcə də Aşura günündə ehsan vermək, imkansızlara yardım əli uzatmaq imandan sayılır.

Bu gün paytaxtdakı əksər restoran, kafe, yeməkxana, market və digər iaşə obyektlərinin sahibləri küçədə stollar düzərək ehsan süfrəsi açıb, əzadarlıq iştirakçılarını, yoldan keçənləri bu süfrəyə dəvət edir.

Xeyir əməl sahiblərinin sözlərinə görə, onlar böyüklərindən görüb öyrəndikləri bu adəti on illərdir saxlayırlar.

Ancaq bir çox hallarda biz fərqli hadisələrin şahidi oluruq. Bu gün seyr etdiyim bir mənzərəni sizə deyim. Qeyd etdiym ehsan süfrələrinidən biri də metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı kafelərdən birinin qarşısında açılıb. Həmin kafenin qarşısından keçərkən yanlarında azyaşlı uşaq olan bir neçə qadının ehsan süfrəsindəki qida məhsullarını və şirniyyatları necə acgözlüklə selofan torbalara yığdıqlarını görəndə ayaq saxladım və bu mənzərəni sonadək izləmək marağında oldum. Qadınların və uşaqların birlikdə olduğu açıq-aydın görünürdü. Qadınlar bir əli ilə süfrədəki çeşidli qida məhsullarını selofan torbalara doldurur, o biri əlləri ilə isə həm çayı, həm də sərinlədici suları gözlərinə təpirdilər. Uşaqlar isə bacardıqları qədər şirniyyatlarla əllərini doldururdular. Bu zaman qadınlardan biri zəng çalan telefonuna cavab verdi və arxaya çevrildi. Deyəsən, telefon zəngi sifariş verdikləri taksi sürücüsündən idi. Qadın yaxınlaqda dayanan taksi sürücüsünə əl edib, sifarişçinin onlar olduğunu bildirdi. Qadınlardan biri uşaqları taksiyə tərəf apardı. Telefonla danışan qadın isə taksiyə yaxınlaşarkən qəflətən geri dönüb ehsan süfrəsinə tərəf getdi. Süfrədəki şiriniyyatdan bir ovuc da götürüb bayaqdan bu mənzərəni təəssüfedici baxışlarla izləyən kafe sahibinə utancverici təşəkkürünü bildirib, taksiyə oturdu…  

Mənim dediklərim bu qədər, özünüz bir nəticə çıxarın.

ELBAR

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN