booked.netbooked.net booked.net  

İyulun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Pin It

Qurban bayramıİslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Bu bayram artıq bir neçə əsrdir ki, bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Hər il Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edən ölkə Prezidenti cənab İlham Əliyev bu müraciətlərindən birində belə demişdir: “Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməlisaleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir.

"Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qoruyub saxlayıb və bu günümüzə gətirib". Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Onun sözlərinə görə, bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir: “Azərbaycan xalqı müqəddəs dinimizin humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirib. Hələ sovet dönəmində, istənilən dini mərasimlərə qarşı ən ağır qadağaların hökm sürdüyü bir dövrdə də xalqımız Qurban bayramını qeyd etmişdir. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Son dərəcə təqdirəlayiq bir haldır ki, müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ən ali təzahürlərindən biridir.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsubları Azərbaycanda mehriban ailə kimi yaşayırlar. Bu gün isə ölkəmizdə tarixən mövcud olan və qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan nümunəvi birgəyaşayış mühiti Azərbaycan dövləti tərəfindən həyata keçirilən milli siyasət sayəsində daha da genişlənir, inkişaf edir və möhkəmlənir. Ölkəmizdə yaşayan çoxsaylı millətlərin etnik-mədəni müxtəlifliyinin qorunub saxlanmasına xidmət edən bu siyasət eyni zamanda da milli həmrəyliyin və birliyimizin ən yüksək səviyyədə mövcudluğunu təmin edir. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Öz çıxışlarının birində Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritetlərindən biridir, milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir”. Həqiqətən də ölkəmizdə bütün xalqların və dini icmaların nümayəndələri tarixən dinc yanaşı yaşayıblar və bu ənənələr çoxəsrlik tarixə malikdir. Bu gün də bu tendensiya uğurla davam etdirilir.”

K.Qafarov qeyd edib ki, bu gün ölkəmizdə dini bayramlarla bağlı ənənələrin davamlılığı və inkişafı birbaşa siyasi varislik xarakteri daşıyır: “Müstəqil Azərbaycana əhbərlik etdiyi illərdə ümummilli lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqımızı təbrik edir, o cümlədən Qurban bayramını tez-tez məcburi köçkün soydaşlarımızla birgə keçirirdi. Bu gün Azərbaycan artıq öz vətəndaşlarının köçkün statusuna son qoymuşdur. Lakin xalqı bayram münasibətilə təbrik etmək ənənəsi Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etmişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində atdığı nnövbəti əməli addımlardan biri olmuşdur.”

Kamaləddin Qafarov Azərbaycanın tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsinin mahiyyətində məhz Qurban bayramı fəlsəfəsinin də aparıcı yerlərdən birini tutduğunu vurğulayaraq bunları deyib: “Qurban bayramının fəlsəfəsinin əsasında müsəlmanların Allah yolunda hər bir fədakarlığa hazır olmalarının nümayişi durur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının tarixi zəfərlə başa vurduğu Vətən müharibəsinin mahiyyətində də bu fəlsəfə özünü ən qabarıq şəkildə büruzə vermişdir”.

ELBAR

Pin It

Bu yaxınlarda "Kanal-13" internet kanalında və bir neçə saytda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı "İcra başçısı otağında şəhid anasını döydü" başlıqlı videosüjet yer almışdı.

Pin It

Avropanın qərbindəki ekstremal hava şəraiti nəticəsində soydaşlarımız arasında zərər çəkənlər olmayıb. Avropanın qərbindəki ekstremal hava şəraitinin dağıdıcı nəticələri insanların həyatı üçün ciddi narahatlıq yaradıb.

Pin It

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN