booked.netbooked.net booked.net  

Nazirlər Kabinetinin Operativ Qərargahı toylara icazə verilməsi barədə o əndrabadi qərarı verəndə bilmirdi ki, bu qadağalar pozulacaq?

Operativ Qərargahın toylara  müəyyən şərtlər daxilində icazə verməsi qərarını tənqid edən yazıma belə başlıq qoymuşdum:” Nazirlər Kabinetinin toy məntiqsizliyi”.

Bu günlərdə DİN-nin bir neçə şadlıq saraylarını karantin rejiminin qaydalarını pozduqlarına görə cərəmələməsi, həqiqətən də  Nazirlər Kabinetinin toy məntiqsizliyini bir daha ortaya qoyur. Yaxşı, şadlıq sarayları hansı qaydaları pozub?

  1. Şadlıq sarayları toyların təşkili barədə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməyib:
  2. Toyda icazə verilən saydan artıq qonaq iştirak edib:
  3. Mərasimlərə qatılan bəzi şəxslərin vaksinasiya olunmaqlarını təsdiq edən sənəd olmayıb:
  4. Şənliklər gecə saat 24:00-dan sonra da davam edib:

Nazirlər Kabinetinin Operativ Qərargahı toylara icazə verilməsi barədə o əndrabadi qərarı verəndə bilmirdi ki, bu qadağalar pozulacaq?  Əlbəttə bilirdi! Onlar yaxşı bilirdi ki, 50-150 nəfərin iştirakı ilə toy yox, nişan, xınayaxdı, ad günü keçirirlər. Toy isə 250-500 nəfərin iştirakı ilə təşkil edilir. Çünki toy edən adam illərlə məhz o qədər insanın toy məclisində iştirak edib və həmin insanlar də gəlib borcların qaytarmaq istəyir. İndiki anormal qayda ilə toy edən adam gərək üç gün dalbadal toy edə ki, nəzərdə tutulan qonaqların hamısı toyda iştirak edə bilsin. İndiki zamanda üç gün dalbadal toy eləmək isə, hər adamın hünəri deyil.

Toyların  gecədən keçənə qədər davam etməsi də adi haldır. Vaksinasiya isə cərimə üçün  bir bəhanədir. Bütün bunları Operativ Qarargahın üzvləri çox gözəl bilirdilər. Bəs onda niyə belə məhdudiyyətlərlə toylara icazə verilirdi? Ona görə ki, bu gün onları cərəmələyib, əlavə gəlir mənbəyi əldə etmək və toy yiyəsinin şalvarını da çıxarıb, cəriməni ödəməyə mücbur etmək üçün.

Yuxarıda adını çəkdiyim yazımda qeyd etmişdim ki, bu şərtlər daxilində edilən toydan, toy yiyəsinə video kasetdən başqa heç nə qalmayacaq. Maşallah olsun, Operativ Qərargah yazdığımı sətirbəsətir döğruldur.  Sukanı belə saxlayın, ardımcaaa... yeni cəriməli toylara doğru, irəli!

ELÇİN M.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN