Qarabağ məsələsi həll olunub, Azərbaycan işğal olunmuş ərazilərin problemini hərbi yolla həll edib, nəticədə bu qurum nə ilə məşğul olduğunu anlamır və bilmir.

ATƏT-in Minsk Qrupuna həmsədrlik edən üç ölkənin ABŞ, Fransa və Rusiyanın səfirləri azad edilmiş Şuşaya səfər etmək təklifindən imtina edərək, əslində, vasitəçilik formatına çox böyük bir badalaq vurublar. Aydındır ki, üç nəfərin eyni davranışı onların eyni vaxtda Azərbaycanın mədəniyyət paytaxtına səfərdən imtina etməsi təsadüfi ola bilməzdi. Onlar hər şeyi əvvəlcədən öz aralarında müzakirə ediblər və hər şey haqqında çoxdan razılığa gəliblər ki, Azərbaycanın təklifinə məhəl qoymasınlar və Şuşaya getməkdən imtina etsinlər.

Bu üç ölkə arasında kifayət qədər gərgin münasibətlər mövcuddur. Onların arasında "soyuq müharibə"gedir. Şuşaya səfərdən imtina etmək onların konsensusa gələ biləcəyi yeganə məsələ oldu. Niyə? Bunun çox sadə bir cavabı var: Ermənistanı incitməmək üçün.

Belə olan halda belə bir sual yaranır: səfirlərin Şuşaya səfərləri Ermənistanın xətrinə necə dəyə bilər? Məgər Şuşa "erməni" şəhəridir? Yoxsa hansısa mübahisəli ərazi?

Xeyr. Şuşa Azərbaycan Silahlı Qüvvələrinin qalib Ali Baş Komandanının əmri ilə igid Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilmiş əsl və əzəli Azərbaycan şəhəridir.

Ermənilər Şuşanı "Azərbaycanın işğal etdiyi" şəhər kimi təqdim edirlər. Azərbaycanın bu qədim şəhərinə səfərdən imtina edən Rusiya, ABŞ və Fransanın səfirləri faktiki olaraq ermənilərin bu sayıqlamalarına dəstək verir.

Ümumiyyətlə, Azərbaycanın Şuşaya getmək təklifindən imtina etməsi bu üçlüyün böyük səhvi oldu.

Bu, Azərbaycan cəmiyyətinin, xalqının ATƏT-in Minsk qrupuna inamsızlığını ikiqat artırmış və belə bir qurumun ləğv olunması gündəmə gəlmiş bir məsələ olmuşdur.

Minsk qrupu münaqişə dövründə təsis edilmişdir. Bir halda ki, münaqişə qurtarıbdır, müharibə qurtarıbdır, bu təşkilatın bundan sonra fəaliyyət göstərməsinə lüzum varmı?

Lakin təşkilat süni üsulla münaqişənin "sonsuzluğu" illüziyasını bundan sonra da davam etməyə çalışır, mövcud olmayan və heç vaxt olmayacaq "status" ideyasını müzakirə etmək istəyir. Bununla da sülh işinə xidmət etməli olan Minsk qrupu mənəviyyatsız işə xidmət edir, yeni münaqişə, yeni toqquşmalar, yeni qan tökülməsi yaratmağa çalışır. Əgər

belədirsə, bu üç  müftəxoru yeniləri ilə əvəz etmək  yox, tamamilə ləğv etmək lazımdır.

Şakir QURBANOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA