Görkəmli rus yazıçısı Anton Pavloviç Çexovun anım günüdür. O, 29 yanvar 1860-cı ildə Rusiyanın cənubundakı Azov dənizinin liman şəhəri Taqanroqda anadan olub. Taqanroqdakı Yunan məktəbində və Taqanroq Gimnaziyasında (sonradan Çexov Gimnaziyası adlandırılıb), Moskva Dövlət Tibb Universitetinin tibb fakültəsində təhsil alıb. "Anto Ça Chehonte" və "Nəfis adam" kimi təxəllüslər altında müasir rus həyatı haqqında gündəlik qısa, məzəli eskizlər yazıb. Dramaturq kimi klassik rus ədəbiyyatının ən yaxşı nümunələrini yaradıb. 25 illik yaradıcılığı ərzində 300-dən artıq əsər yazıb. "Qağayı", "Vişnə Bağçası", "Üç Bacı", "İvanov", “6 nömrəli palata”, “Duel” və başqa əsərlərin müəllifidir. Anton Pavloviç Çexov 1904-cü il iyulun 15-də Badenvaylerdə (Almaniya) vəfat edib və Uspenski kilsəsindəki monastr qəbiristanlığında, atasının qəbri yanında dəfn edilib.

  • Məsələ bədbinlikdə və nikbinlikdə yox, yüzdə doxsan doqquzunun ağlının olmasındadır.
    • Əgər bir insan siqaret çəkmirsə, içki içmirsə, istəmədən fikirləşirsən ki, görəsən o əclaf deyil ki?
    • Arvadla Parisə getmək, Tulaya öz samovarınla getmək kimi bir şeydir.
    • Elə insanlar olur ki, həmişə yalnız ağıllı və yaxşı sözlər danışır, amma hiss edirsən ki, onlar kütbeyin insanlardır.
    • Əgər arvadın sənə xəyanət edibsə, sevin ki, vətənə yox, sənə xəyanət edib.
    • Universitet bütün qabiliyyəti, o cümlədən axmaqlığı inkişaf etdirir.
    • Deyirlər: sonda həqiqət qalib gələcək,amma bu yalandır.
    • Yalnız adi və heyvan kimi insanlar sağlam və normaldırlar.
    • Özünüzü fasiləsiz olaraq, hətta ən qəmli və kədərli dəqiqələrdə xoşbəxt hiss etmək istəyirsinizsə, olacaqla razılaşmağı bacarmalısınız və sevinməlisiniz ki,bundan da pis ola bilərdi.
    • Barmağınıza tikan batanda sevinin ki, gözünüzə batmayıb.
    • Çox yaxşı insanın elə sifəti olur ki, onu xəfiyyə hesab edirlər və düşünürlər ki, o, taxma düymələri oğurlayıb.
    • Bu gün elə bir gözəl gündür ki, bilmirsən çay içməyə gedəsən, yoxsa özünü asasan.
    • Hər şeyi yalnız axmaqlar və fırıldaqçılar bilir və başa düşür.
    • Həyata uyğunlaşa bilməyən,həyat onun üçün yad bir şey olan adamın məmur olmaqdan başqa çarəsi qalmır.
    • Bir ağrı həmişə başqasını azaldır. Siz ayağınızı dişləri ağrıyan pişiyin quyruğuna basın, o yüngülləşəcək.
    • Əgər səhnədə kimsə atəş açmağı nəzərdə tutmursa, doldurulmuş tüfəngi səhnəyə çıxarmaq olmaz.
    • Yüzlərlə verst boz,susuz səhra, oturub danışan və nə vaxt çıxıb gedəcəyi məlum olmayan insan qədər məyusluq gətirə bilməz.
    • İstəyirsən ki, vaxtın az olsun, heç nə etmə.
    • Özündən qulu damcı-damcı çıxartmaq lazımdır.
    • Heç kim bizi adi insan kimi sevmək istəmir.
    • Əgər hər hansı bir xəstəliyə çoxlu dərman təyin olunursa, deməli xəstəlik sağalmayan xəstəlikdir.
    • İnsanların dəli olmasına mane olmaq lazım deyil.
    • “ Abırsız”- yunan sözüdür və sənin dilində tərcüməsi bütün dünyanın onun donuz olmasını bilməsini istəyən donuzu bildirir.
    • Bu ağıllıların hamısı elə axmaqdırlar ki, söhbət eləməyə belə adam tapılmır.
    • Əgər bütün insanlar bir-biri ilə razılaşıb gözlənilmədən səmimi olsaydılar, onların bütün işləri baş-ayaq gedərdi.
    • Rusiyada istedadlı insan təmiz ola bilməz.
    • Əgər sənin hərəkətin kimisə məyus edirsə, bu o demək deyil ki, o pisdir.
    • Yazıçı olmaq çox da çətin deyil. Elə bir eybəcər, cəfəngiyyat yoxdur ki, özlərinə uyğun cütlük , oxucu tapmamış olsun.
    • Palçıqdan palçıq olmamasını tələb etmək olmaz.
    • “ Özünü dərk et”- gözəl və faydalı məsləhətdir. Amma təəssüf ki, qədim insanlar bu məsləhətdən hansı üsulla istifadə etməyi göstərməyi ağıllarına gətirməmişlər.
    • İnsanlardan uzaqlaşmaq intihara bərabərdir.
    • Yer üzündə elə bir yaxşı şey yoxdur ki, ikin mənbəyində pis olmamış olsun.
    • Mən ağrıya qışqırıqla və göz yaşları ilə, alçaqlığıa hiddətlə, iyrəncliyə nifrətlə cavab verirəm.Məncə, həyat dediyimiz elə budur.
    • Həyat, mahiyyətcə çox sadə bir şeydir və onu korlamaq üçün insan çox səy göstərməlidir.
    • İdarə insanları üzüyola və imtiyazlı şəxslərə bölür... Amma heç bir fərqləndirmə yararlı deyil. Çünki, biz xalqıq və gördüyümüz bütün işlər də xalq işidir.
    • İncə dildən qorun. Dil sadə və zərif olmalıdır.
    • Povest yaza bilməyən qabiliyyətsiz deyil, qabiliyyətsiz onu yazıb gizlədə bilməyəndir.
    • İlk təəssürata, yaxud iki-üç xarici əlamətə görə bir-birimizi tanımaq üçün bizdə çoxlu vint, halqa, qapaqlar mövcuddur.
    • Bütün dövrlərdə dil zənginliyi ilə natiqlik sənəti yanaşı addımlayıblar.
    • İnsanda hər şey gözəl olmalıdır: üzü,geyimi, ruhu, fikirləri.
    • Ailə həyatında ən vacib element sevgidir.
    • Yenicə doğulmuş körpəni yuduqdan sonra təkidlə “ Yazma! Yazma! Yazıçı olma!” sözləini demək lazımdır. Əgər bu səyiniz bir nəticə verməzsə, nəvazişə keçin. Nəvaziş də kömək etməsə, hər şeyə tüpürün və hesab edin ki, bütün səyləriniz boşa çıxdı. Yazıçı qaşınması sağalmazdır.
    • Mən beləyəm: mənim içimdə şeytan var, dayaz düşüncəliyəm, qabiliyyətsiz və koram. Amma professor, siz də qartal deyilsiniz! Buna baxmayaraq, bütün uyezd, bütün qadınlar məni bir qəhrəman, bir qabaqcıl adam kimi tanıyır, siz isə bütün Rusiyaya məşhursunuz.
    • Araq ağdır, amma burnu qızardır, nüfuzu qaraldır.
    • Deyirlər ki, filosoflar və həqiqi müdriklər biganə olurlar. Bu düz deyil. Biganəlik, ruhun iflici, vaxtından əvvəl ölüm deməkdir.
    • Harada incəsənət, istedad varsa, orada nə qocalıq, nə yalqızılıq, nə də xəstəlik yoxdur, ölümün özü isə yarıbayarıdır...
    • Məsləyinizə yalnız şəxsi təcrübə və iztirablarınızla çata bilərsiniz.
    • Uşaqlar müqəddəs və safdırlar. Onları öz əhval-ruhiyyənizin oyuncağı etmək olmaz.
    • Rus malının ucuz olması onun yararsızlıq diplomudur.
    • Həkimlər də vəkildirlər. Fərq ondadır ki, vəkillər qarət edir, həkimlər isə həm qarət edir, həm də öldürürlər...
    • Şəxsi həkimlər, pristavlar və qadın bərbərləri şəxsi həyata müdaxilə etmək hüququna malikdirlər.
    • Əgər özümə üzük sifariş vermək həvəsim olsaydı, üzükdə belə bir yazı yazdırardım: “heç nə keçmir”. Mən inanıram ki, heç nə izsiz keçmir və bizim ən kiçik bir addımımızın həm indiki, həm də gələcək həyatımız üçün əhəmiyyəti vardır.
    • Əgər nikbin olmaq və həyatı başa düşmək istəyirsənsə, o zaman deyilənlərə və yazılanlara inanma, özün müşahidə et və özün dərk et.
    • Əgər təklikdən qorxursansa, evlənmə.
    • Əgər istəyirsən ki, vaxtın az olsun, heç nə etmə.
    • Əgər insan ona yad , məsələn, incəsənətlə məşğul olub rəssam ola bilmirsə, sonda məmur olur. Elmin,teatrın,rəssamlığın ətrafında məmur libası geyinib parazitlik edən nə qədər belə insan var! Həyatı anlamayan, ona uyğunlaşmayan adam üçün də eyni hallar baş verir və belə adamın məmur olmaqdan başqa çarəsi qalmır.
    • Qadın, indiyənə qədər aksiz vergisi qoyulması heç kimin ağlına gəlməyən sərxoş edən məhsuldur.
    • Ümumi mənafeyə xidmət etmək istəyi ruhun tələbatından, şəxsi xoşbəxtliyin şərtindən irəli gəlməlidir.
    • Yalnız sevərək evlənmək maraqlıdır. Qızın gözəl olmasına görə evlənmək isə bazardan lazımsız şeyi yalnız yaxşı olmasına görə almaq kimidir.
    • Qadınlar kişisiz cəmiyyətdə solur, kişilər isə qadınsız cəmiyyətdə axmaqlaşır.
    • Həyat insana bir dəfə verilir. İstəyirsən ki, bu həyatı gümrah, mənalı və gözəl yaşayasan.
    • Xoşbəxt insanın qapısı arxasında kimsə cəkiclə dayanıb dayanmadan qapını döyəcləməli və bədbəxtlərin olduğunu, qısa xoşbəxtlikdən sonra bədbəxtliyin gələcəyini xatırlatmalıdır.
    • Qəzəb, bir növ qorxaqlığın əlamətidir.
    • Başqalarının iztirablarının ələ salınması bağışlanmamalıdır.
    • Sevmək və sevilmək necə də böyük bir xoşbəxtlikdir.
    • Müxtəsərlik istedadın bacısıdır.
    • ...Yaradıcılıqdan həzz alanlar üçün digər həzzlər mövcud deyil.
    • Heç nə istəməyən, heç nəyə ümid etməyən və heç nədən qorxmayan rəssam ola bilməz.
    • Hər bir ziyalı Turgenevi,Lostoyu oxuyub, amma çox az adam onların haqqını ödəyib.
    • Nəvazişlə ala bilməyən ciddiliklə də ala bilməz.
    • Yalan elə həminki alkoqolizmdir. Yalançılar ölərək belə yalan danışırlar.
    • Kişi məntiqi heç vaxt qadın məntiqi ilə bacara bilməz.
    • İnsan əqilcə aydın, əxlaqca saf, fiziki cəhətdən səliqəli olmalıdır.
    • Bu dünyada qadın bir çox pisliklərin mənbəyi olsa da, nəinki biz, günahkar bəndələr, eləcə də müqəddəslər onların təsiri altına düşür.
    • Ağıllı, təhsilli insanlar lazımdır. Bəşəriyyət daha yaxşı həyata yaxınlaşdıqca, bu adamların sayı çoxalacaq və sonda əksəriyyət təşkil edəcək.
    • Həyatınızı zəhmətlə bağlı şəraitə uyğunlaşdırın. Zəhmətsiz nə təmiz, nə də sevincli həyat mümkün deyil.
    • İnsan həyatında elm ən vacib, ən gözəl və ən zəruri bir şeydir. O, sevginin ali təzahürü olmuş və daima olacaq. İnsan yalnız onun köməyi ilə təbiətə və özünə qalib gələcək.
    • Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur.
    • Sakitləşməyin, yatmağa meyl göstərməyin! Nə qədər ki, gəncsiniz, güclüsünüz,gümrahsınız, xeyirxah işlər görməkdən bezməyin.
    • Şekspir yox, ona edilən qeydlər əsasdır.
    • Yaxınlarını itirməyə risk etdiyin zamandakı qədər onları heç vaxt bu qədər sevmirsən.
    • Hər kəs atasının,babasının gördüyündən və bildiyindən çox görməyə və bilməyə çalışmalıdır.
    • Əgər insan zarafatı başa düşmürsə, deməli, hər şey məhv oldu.Bilin: insanın alnı yeddi qarış olsa belə, bu əsl ağıl deyil.
    • Bədbəxtlər axmaqlardan daha az eqoist, qəzəbli, ədalətsiz, amansız olur və bir-birini axmaqlardan daha az başa düşürlər. Bədbəxtlik insanları birləşdirmir, əksinə ayırır...
    • Alman meymun uydurdu. Meymunu uydurmaq onun özünü yaratmaqdan daha maraqlıdır.
    • Elə bir predmet yoxdur ki, yəhudinin familiyası üçün uyğun gəlməsin.
    • Öz misginliyini bilirsən harada dərk etmək lazımdır? İnsanların qarşısında yox, Allahın, ağılın, gözəlliyin, təbiətin qarşısında. İnsanlar qarşısında yalnız ləyaqətini dərk et.
    • (Oksigen haqqında) Ruh kimyaçılar tərəfindən uydurulub. Deyirlər ki, onsuz yaşamaq mümkün deyil. Boş şeylərdir. Yalnız pulsuz yaşamaq mümkün deyil.
    • O üç dəfə evli olmuşdu, ona görə də onun şaxələnmiş üç cüt gözəl buynuzları var idi.
    • Yazıçı çox yazmalıdır, amma tələsməməlidir.
    • Həqiqət və gözəllik insan həyatında, ümumiyyətlə bütün dünyada başlıca rol oynayıb.
    • Mənasız həyat təmiz ola bilməz.
    • Rus adamı xatırlamağı xoşlayır, yaşamağı isə yox.
    • Ölüm qorxuncdur, amma əbədi yaşayacağın və heç vaxt ölməyəcyin fikri isə daha qorxuncdur.
    • Həyatın mənası yalnız bir şeydə-mübarizədədir.
    • Yöndəmsiz, ahəngsiz sözlərdən çəkinmək lazımdır. Mən fişıldayan, fit səsi verən səslərin çoxluğunu sevmir və onlardan uzaq olmağa çalışıram.
    • Bir ər-arvadın xoşbəxt və ya bədbəxt olduğunu heç kim deyə bilməz. Bu, Allahın və onların ikisinin bildiyi bir sirdir.
    • İnsan yaxşı olanda ona kim olduğunu göstərin.
    • Mənənə otu, pas dəmiri, yalan isə ruhu yeyir.
    • Yaxşı tərbiyə süfrəyə sous tökməməkdə deyil, bunu başqası edəndə özünü görməməzliyə vurmaqdır.
    • Kimliyindən asılı olmayaraq, hər bir insan yorulmadan çalışmalıdır. İnsan həyatının mənası, məqsədi, insanın xoşbəxtliyi məhz ondan ibarətdir.
    • İnsan ağlı və mənəviyyatı ilə nə qədər inkişaf edərsə, bir qədər azad olur və həyatdan daha çox həzz alır.
    • Cəsədə 3 arşın yer, insana isə bütün Yer kürəsi lazımdır.
    • Eyni tərzdə yaşayan insanların ruhunda həmişə həvəslə danışmaq istədikləri nə isə bir şey olur.
    • Ağıllı deyir “ bu yalandır, amma xalq bu yalansız yaşaya bilməz. Çünki, xalqın tarixdən xəbəri var. Ona görə də yalanın kökünü dərhal kəsmək təhlükəlidir. Qoy o bəzi düzəlişlərlə mövcud olsun”. Dahi deyir: “ bu yalandır, deməli, mövcud olmamalıdır”.
    Tərcümə etdi: Şakir Millət oğlu Qurbanov

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA