Fransız yazıçısı Aleksandr Dümanın  nigahdan kənar oğlu Aleksandr Düma 1824-cü il iyulun 27-də Parisdə  Aleksandr Dümanın ailəsində dünyaya göz açıb.

Atası ilə dəyişik salmamaq üçün oğul Aleksandr Düma adı ilə tanınır. 18 yaşında dövri mətbuatda ilk şeiri dərc olunub. 15-ə yaxın roman, eyni zamanda bir çox pyeslər qələmə alıb. Onun ən məşhur əsəri Mari Duplessi adlı məşuqəsindən təsirlənərək yazdığı “Kameliyalı Qadın” romanıdır. 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə kimi Qafqaz da daxil olmaqla Çar Rusiyası ərazisində, o cümlədən Dərbənd, Quba, Bakı, Şamaxı, Nuxa və Tiflisdə olub. Vətənə qayıtdıqdan sonra səfər qeydlərini 68 fəsildən ibarət "Qafqaz səfəri" adlı əsərində oxucuları ilə bölüşüb. Əsər boyu azərbaycanlılardan tatarlar deyə bəhs edən Aleksandr Düma 1895-ci il noyabrın 27-də vəfat edib.

Aforizmlər,fikirlər 

  • Oxunan əsərin indisi, təkrar oxunan əsərin isə gələcəyi var.
  • Hörmətsiz sevgi nə uzağa gedə, nə də yüksəyə qalxa bilməz. Çünki, o,tək qanadlı mələkdir.
  • Əgər yalan danışdığını bilirsənsə, o zaman sənin üçün susmaq heç vaxt gec olmayacaq.
  • Qadın kişini böyük işlərə həvəsləndirir, sonra isə onun həyata keçirilməsini çətinləşdirir.
  • Mən (qadın) darıxırdım. Ona görə də bu başlandı. O (kişi) məni darıxdırdı. Ona görə də bu sona çatdı.
  • Adama ağır gələn odur ki, insan ağlının hüdudları var, insan axmaqlığı isə sonsuzdur.
  • Kədərli olan qocalığın yaxınlaşması yox, gəncliyin uzaqlaşmasıdır.
  • Hansı qadının bəxş etməsindən asılı olmayaraq, əsl sevgi bizi həmişə yaxşı edir.
  • Evlilik əlaqələri o qədər ağırdır ki, onları yalnız iki, bəzən də üç nəfər daşıya bilər.
  • Məktubda ifadə olunan sevgi təhlükəli, həm də faydasızdır.
  • Əgər kişilər qadın qəlbini tamamilə anlamırlarsa, qadın da kişi şərəfini anlamır.
  • Qısqanclıq, başqalarından çox özünə pislik etmək sənətidir.
  • Mən atəş açdım, amma gülləm boşa çıxdı.
  • Mübahisədə həmişə ağıllı olan günahkar olur.
  • Qadınlar sevmədikləri kişilərə qarşı çox amansız olurlar.
  • Mənim dostum, həyat çox valehedici bir şeydir. Hər şey ona hansı gözlə baxmağından asılıdır.
  • Səma (Cənnət) heç vaxt günah etməyən yüz salehdən çox, tövbə edən bir günahkara daha çox sevinir.
  • “Mən şəkər qatılmış üzümü sevirəm. Çünki, şəkərsiz onun dadı yoxdur. Kameliyaları sevirəm. Çünki, onların iyi yoxdur. Mən bir də varlıları sevirəm. Çünki, onların ürəyi yoxdur”.
  • Əgər mənə aşiq olanların hamısına qulaq assaydım, nahar etməyə vaxtım çatmazdı.
  • Elə insanlar var ki, bizə görə müflisləşir və heç nə almırlar. Elələri də var ki, bizi bir dəstə gülə alır.
  • Kişilər, əlbəttə ki, nəyin onlara ağrı verə biləcəyini bilmək istəyirlər.
  • Səbirsizliklə gözlədiyin cavab həmişə sən evdə olmayanda gəlir.
  • Qədim insanlar tacirlər və oğrular üçün ümumi bir allah müəyyən etməklə nə qədər haqlı imişlər.
  • Qadının bir-birini tamamlaya biləcək iki cür sevgisi olur : ruhi və cismani sevgi.
  • Əgər qızda etibarsızlıq yoxdursa, o silahsızdır.
  • Belə şeyləri düşünmək olar, amma yazmaq yox.
  • Nə qədər yaşamağımdan asılı olmayaraq, məni sevdiyinizdən çox yaşayacağam.
  • Həyat yoldaşımızı niyə də sevməyək? Başqa qadınları ki, sevirik.
  • Nahardan sonra üç kişini yalnız buraxın. Söhbətin qadınlardan gedəcəyinə və bu söhbəti kişilərdən ən yaşlısının başlayacağına əmin ola bilərsiniz.
  • Kommersiya? Bu çox sadədir. Bu, başqa insanların puludur.
  • Necə adam olmalı? Əgər bunu istəmirsənsə, o zaman bundan çətin, istəyirsənsə, asan şey yoxdur.
  • İncəsənət ya təklik, ya ehtiyac, ya da ehtiras tələb edir .
  • Qadından niyə ağladığını soruşmaq olar. Amma ondan heç vaxt niyə ağlayırdı soruşmayın. Çünki, o bunu xatırlamır.
  • İnsanlar sevgiyə utancaqlıq, poeziya, özünü qurban vermə, fədakarlıq verdilər. Amma bununla yanaşı, ona ifratçılıq, məkrlik, pozğunluq, riyakarlıq kimi heç bir heyvanın vermədiyi şeylər də daxil etdilər.
  • Sevgi, iki cinsin çarpışmasıdır. İlk növbədə qadınlar , sonra isə kişlər qorunmalıdır. Məğlub olanın vay halına.
  • Pulu dəyərindən nə çox, nə də az qiymətləndir. Çünki, o yaxşı qulluqçu, pis ağadır.
  • Anonim məktublar ona görə yaxşıdır ki, onlara cavab vermək lazım deyil.
  • Bütün səmimi hisslər sadəcə olaraq pis oynanılmış hisslərdir.
  • Heç vaxt- çox uzun bir müddətdir!
  • Qısqanclıq başqasının üstünlüyündən qorxmaqdır.
  • Müqəddəs İncilə görə, Allah qadını beşinci günün axşamı yaratmışdır.Aydındır ki, O artıq yorulmuşdu.
  • “Beləliklə, siz bütün həyatınızı 55 yaşlı kişi ilə yaşamağa razısınızmı ?” – “Yox, yox! Onun bütün həyatı ilə”.
  • Maraqlı olan qadının sənə söylədiyi yox, söyləmədiyidir.

 Tərcümə etdi: Şakir QURBANOV

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA