Almaniyanın görkəmli siyasi xadimi Otto fon Bismarkın anım günüdür. O, 1815-ci il aprelin 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda kiçik zadəgan ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1832-ci ildə Gettingendəki Georq Avqust Universitetində hüquq elmini öyrənib. 1847-ci ildə 32 yaşında ilk dəfə olaraq yeni yaradılmış Prussiya Landtaqına (parlamentinə) deputat seçilmək arzusuna düşüb, bunun üçün hətta toyunu da müvəqqəti olaraq təxirə salıb və 11 may 1847-ci ildə parlamentə seçilib. 26 fevral 1849-cu ildə yenidən deputat olub. 1851-ci ildə Frankfurt Landtaqında Prussiyanın rəhbərlik etdiyi Alman İttifaqının təmsilçisi təyin edilib. 1862-1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti, sonra isə həm Prussiyanın, həm də Şimali Alman İttifaqı və Almaniyanın kansleri olub. Onun Prussiyası Danimarka, Avstriya və Fransa ilə apardığı müharibələrdən qalib çıxaraq Avropada ən güclü dövlətə çevrilib. Apardığı siyasət nəticəsində Almaniya həm birləşərək güclənib, həm də qonşuları ilə münasibətlərini qaydaya salıb. Bismark 1898-ci ilin iyulunda vəfat edib.

Aforizmlər, fikirlər 

  • Rusiyaya qarşı heç vaxt bir şey düşünməyin, çünki o sizin istənilən hiyləgərliyinizə gözlənilməz axmaqlığı ilə cavab verəcəkdir.
  • Dövlətin müəllimə münasibəti dövlətin gücünü və ya zəifliyini sübut edən dövlət siyasətidir.
  • Pis qanunlarla və yaxşı məmurlarla ölkəni idarə etmək tamamilə mümkündür. Amma məmurlar pis olarsa, ən yaxşı qanunlar belə kömək etməz.
  • Rusları məğlub etmək mümkün deyil, biz bunu yüz il ərzində gördük. Ancaq onlara yalan dəyərlər aşılaya bilsəniz, onlar özləri-özlərini məğlub edəcəklər.
  • Kimsə heç olmasa bir dəfə döyüş meydanında ölmüş bir əsgərin şüşəyə dönmüş gözlərinə baxsaydı, müharibəyə başlamazdan əvvəl yaxşı düşünə
  • Hökumət tərəddüd etməməlidir. Bir yol seçdikdən sonra o, sağa və sola baxmadan sona qədər getməlidir.
  • Siyasət, şəraitə uyğunlaşmaq və hər şeydən, hətta bədbəxt hadisələrdən faydalanmaq sənətidir.
  • Centlmenlə mən həmişə qismən böyük centlmen, fırıldaqçı ilə qismən fırıldaqçı olacağam.
  • Elə öyrən ki, sanki əbədi yaşayacaqsan; elə yaşa ki, sanki, sabah öləcəksən.
  • Axmaqlar öz təcrübələrindən öyrəndiklərini söyləyirlər, mən isə başqalarının təcrübəsindən öyrənməyə üstünlük verirəm.
  • İnqilabı dahilər hazırlayır, fanatiklər həyata keçirir, fırıldaqçılar isə bəhrələnir.
  • Dövrün böyük məsələləri əksəriyyətin çıxışı və qərarı ilə deyil, dəmir və qanla həll edilir.
  • Kiminlə istəyirsiniz ittifaq bağlayın, müharibə edin, amma ruslara heç vaxt toxunmayın.
  • Hətta qalib müharibə pisdir və xalqların müdrikliyi ilə onun qarşısı alınmalıdır.
  • "Prinsipcə, mən razıyam" ifadəsi o deməkdir ki, siz buna yol vermək niyyətində deyilsiniz.
  • Əgər siz sosializm qurmaq istəyirsinizsə, heyfslənmədiyiniz bir ölkə seçin.
  • Heç vaxt müharibə zamanı, ovdan sonra və seçkidən əvvəlki qədər yalan danışmırlar.
  • Hər bir tapşırılan işə görə bir nəfər və yalnız bir nəfər cavab verməlidir.
  • Almaniyanı ata mindirin, çapmağı özü bacaracaq.
  • Həyat mənə çox şey bağışlamağı öyrətdi, amma daha da çox bağışlanmağı axtarmağı.
  • Ruslara heç vaxt inanmayın. Çünki, ruslar hətta özlərinə inanmırlar.
  • Önləyici müharibə - ölüm qorxusuna görə intihardır.
  • Axmaqlıq Allahın bir hədiyyəsidir, amma ondan sui-istifadə edilməməlidir.
  • Pivə sizi tənbəl, axmaq və gücsüz edir.
  • Bütün dünyanı aldatmaq istəyirsənsə, həqiqəti söylə.
  • Mətbuat hələ ictimai rəy deyildir.
  • Bizim hamımız xalqıq, elə hökumətin özü də.
  • Siyasət dəqiq elm deyil.
  • Güclü həmişə haqlıdır.
  • Kolbasanı sevən və qanuna hörmət edənlər hər ikisinin necə hazırlandığını görməsələr yaxşıdır.
  • Almaniya ilə Rusiya arasında müharibə böyük axmaqlıqdır. Məhz buna görə, o, mütləq baş verəcək.
  • Məmurlar-insanın necə yaşaması üçün qanunlar yazan eşşək arılarıdır. Nazirlərin maaşı niyə daimidir və Prussiya xalqının yaxşı və ya pis yaşamasından asılı deyil? Əgər bu bürokratların maaşı xalqın yaşayış səviyyəsindən asılı olaraq aşağı və yuxarı dəyişərsə, onda bu axmaqlar az qanunlar yazar, çox düşünərdilər.
  • Diplomat olmaq mənə təbiət tərəfindən verilib: mən 1 apreldə anadan olmuşam.
  • Ruslar atlarını gec qoşur, amma tez çapırlar.
  • Hər bir insanda elə olur ki, bəxti gətirir və xoşbəxtlik onun lap yanından keçir. Vacibdir ki, onu vaxtında görməyi və paltarının ətəyindən yapışmağı bacarasan.
  • Məni təbrik edin - komediya bitdi.
  • Rusiya öz tələbatlarının cüzi olması ilə təhlükəlidir.
  • Serbiya- ot tayasında kükürd kibritidir.
  • Gecə düşəndə kişi ilə qadın arasındakı dostluq çox zəifləyir.
  • Böyük bir dövlətin yeganə sağlam təməli romantizm deyil, dövlət eqoizmidir və böyük dövlətin öz marağı ilə bağlı olmayan iş uğrunda mübarizə aparması ləyaqət
  • Siz bu publikanı tanımırsınız. Nəhayət, yəhudi Rotşild… sizə deyirəm, bənzərsiz heyvan. O, birjada möhtəkirlik naminə bütün Avropanı dəfn etməyə hazırdır, amma günahkar mənəm?
  • Dəlillər qurtaranda, toplar danışmağa başlayır. Güc, kütbeyinin son arqumentidir.
  • Azadlıq, hər kəsə nəsib olmayan bir sərvətdir.
  • Biz tarix yaza bilmərik, yalnız onun baş verməsini gözləyə bilərik.
  • Müharibədə müvəffəqiyyət qazanmaq iki amildən asılıdır: yeni tipli silahdan və məktəb müəllimindən.
  • Vay o dövlət xadiminə ki, müharibə üçün elə bir əsas tapa bilmir ki, onun müharibədən sonra da əhəmiyyəti olsun.
  • Məktəblərdə qənaət edənlər həbsxanalar tikəcək.
  • Müasir tarixin ən vacib faktı Şimali Amerikanın ingilis dilində danışmasıdır.
  • Həyatda-diş həkiminin kreslosunda olduğu kimidir: adama elə gəlir ki, əsas şey hələ qabaqdadır, amma o artıq geridə qalıb.
  • Adamı əldən salan iş yox, məsuliyyətdir.
  • Əgər siyənək adi balıq olmasaydı, delikates olardı.

Tərcümə etdi: Şakir QURBANOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA