RABİNDRANAT TAQOR

(1861-1941)

Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqorun xatirə günüdür. O, 1861-ci il mayın 7-də Kəlküttə şəhərinin şimalındakı Corasanko qəsrində zəngin brahman ailəsində anadan olub. Kəlküttədəki Şərq Seminariyasında və Benqal Akademiyasında təhsil alıb. Yerli sakinlər arasında "Zəmindar Babu" kimi tanınan şair çoxsaylı poema, pyeslərin və nəsr əsərlərinin, ilk benqal romanının müəllifidir. 70 yaşında özünü rəssam kimi sınayaraq, Nyu-York, Paris, Moskva və Münhen kimi şəhərlərdə rəsm əsərlərini nümayiş etdirib. Rabindranat Taqor 1941-ci il avqustun 7-də doğulduğu Corasanko qəsrində vəfat edib.

 Aforizmlər,sitatlar 

  • Qardaşı qardaşın üstünə qaldıran müharibəni Allah yüz dəfə lənətləyir.
  • Çox vaxt elə olur ki, oruc və tərkidünyalıq məqsədə, ehtirasların boğulmasına səy göstərmək isə ehtirasa çevrilir.
  • Evlilik bir sənətdir və onu hər gün yeniləmək lazımdır.
  • Yarpaqların yaranması və məhv olması ulduzlar arasında yavaş-yavaş hərəkət edən burulğanın dairələrinin sürətli fırlanmasıdır.
  • Gücünü tətbiq edən kəs zəifliyini sübut edir.
  • İnsanlar qəddar, lakin insan xeyirxahdır.
  • Bədbinlik-ruhi alkoqolizmin formasıdır.
  • Məğlubluğu şər özünə rəva bilməz. amma xeyir bilər.
  • Mən əlbəttə ki, çiçəklərsiz də keçinə bilərəm.Amma onlar özümə hörmət etməkdə mənə kömək edirlər. Çünki,onlar gündəlik qayğıların əl-qolumu bağlamadığını sübut edirlər.Onlar mənim azadlığımın sübutudur.
  • Mənim mövcud olmağım mənim üçün həmişə bir möcüzədir. Həyat elə budur.
  • Həyat dünyadan öz sərvətini alır, ona qiyməti isə sevgi verir.
  • Əgər qapını bütün yanlışlıqlara bağlasan, həqiqət çöldə qalacaq.
  • Qara buludlar işıq öpəndə o, səmavi çiçəklərə çevrilir.
  • Ölü sözlərin tozu sənə yapışdı. Ruhunu sükutla yu.
  • Bir çox insanlar yaxşı şeylər danışa bilər, amma çox az adam dinləyə bilir. Çünki, bunun üçün ağıl gücü tələb olunur.
  • Ailə hər bir cəmiyyətin və hər bir sivilizasiyanın əsas hüceyrəsidir.
  • Ulduzlar işıldaquş hesab edilməklərindən qorxmurlar.
  • Hər hansı bir din bütün bəşəriyyətə öz doktrinasını qəbul etməyə məcbur etmək iddiasına düşərsə, o, tiran olur.
  • Ailədə ərlə arvadın bir-birinə təsir etməsi tez-tez baş verir. Sevgi olan yerdə bu asan olur. Bunun əksinə, ailədə sevgi yoxdursa, zorakılığın tətbiqi faciəyə səbəb olur.
  • Həyat, insanların itirdiyi sevgi ilə zənginləşir.
  • Əzəmətə çevrilən yalan heç vaxt həqiqətə çevrilməyəcək.
  • Mənim göydə ulduzlarım var... amma mən evimdə yandırılmayan kiçik bir lampanın həsrətindəyəm.
  • Ey Yer! Mən sənin sahilinə yad adam kimi gəldim; evində qonaq kimi yaşadım;  səni dost kimi tərk edirəm.
  • Quşun qanadlarına qızıldan üz çək, o heç vaxt səmada süzməyəcək.
  • Heyvan halına gələn insan heyvandan pisdir.
  • Böyük qorxmadan Kiçiklə yanaşı gedir. Orta kənarda dayanır.
  • Qaranlıq işığa, korluq isə ölümə aparır.
  • Çiçəyin ləçəklərini qoparmaqla sən onun gözəlliyini əldə etmirsən.
  • Müdriklər, elm adamları bilik səddini dəf edərək əbədi şöhrətə daimilikləri, cəsarətləri ilə nail olurlar.
  • “Mən şeh damlamı itirdim”, - deyə çiçək bütün ulduzlarını itirən sübh çağına şikayət edir...
  • Mən ağaca dedim: “ Mənə Allah haqqında danış” Və o, çiçək açdı.
  • Əgər günəşi görmürsənsə, ağlama, yoxsa ulduzları görə bilməzsən.
  • İnsan öz sükutunun fəryadını boğmaq üçün kütləyə qarışır.
  • Qabda su şəffaf, dənizdə qaranlıqdır. Kiçik həqiqətlərin aydın sözləri, böyük Həqiqətin isə böyük sükutu vardır.
  • Toxunaraq öldürə , uzaqlaşaraq özümüzü ələ ala bilərik.
  • Qızılgülü görmək üçün gözləri olana tikanları görməyə imkan ver.
  • Biz insanı bir şeyi bildiyinə görə yox, sevindiyi şeyə görə dərk edirik.
  • Həqiqət çayı yanlış fikirlərin kanalları vasitəsilə axır.
  • Hər bir anadan olan uşaq Allahın hələ də insanlara rəğbət bəslədiyini bildirir.
  • Ot, yerdə öz bənzərlərini, ağac isə göydə tənhalığını axtarır.
  • Gecə Günəşə deyir: “ Ayın şüalarında mənə öz sevgi məktublarını göndərirsən, mənim cavabım ot üzərindəki göz yaşlarımdadı”.
  • Kaman oxu buraxaraq ona pıçıldayır:  “Sənin azadlığında mənim də azadlığım var”.
  • Sevginin əsl gözəlliyini əxlaqsız qadın yox, sədaqətli həyat yoldaşı dərk edə bilər.
  • Biz bu dünyada yalnız onu sevərkən yaşayırıq.
  • Hətta quldur dəstələrinin üzvləri də hansısa bir əxlaq normalarına riayət etməlidirlər. Çünki, onlar bütün dünyanı qarət edə bilər, amma bir-birini yox.
  • Sən gülümsədin və mənimlə heç nə haqqında danışdın. Mən isə bu dəqiqəni çoxdan gözlədiyimi başa düşdüm.
  • Həzzə aludə olub hər cür həzzi hiss etmirik.
  • Həyatın insanı öyrətməsinin  əsasını dünyadakı əzablara qatlaşmaq yox, bu iztirabları. əzabları  sevincə , öz xeyrinə çevirmək təşkil edir.
  • Dayanıb suya baxmaqla dənizi keçmək olmaz. Boş arzulara vaxt sərf etməyin.
  • Kişi, qadın üçün, qadın isə kişi üçün sirdir. Əgər belə olmasaydı, təbiət onları bir-birindən fərqli yaratmazdı.
  • Sənin günəş işığın bahar çiçəklərinin açılmasına bir an belə şübhə etmir və qəlbimdəki qış günlərinə gülümsəyir.
  • Əgər həqiqəti deməyi düşünmürsünüzsə, açıq olmağınız asan olacaq.
  • Hədsiz ümid və ruh yüksəkliyi gənclərin əsas sərvətidir.
  • Heç vaxt anlardan qorxma - əbədiliyin səsi belə deyir.
  • Çınqılları mükəmməlliyə çatdıran çəkic zərbələri yox, suyun rəqsidir.
  • Biz vicdanımızın səsini boğmaq üçün səs-küylü kütləyə qarışırıq.
  • Yalan güc alıb böyüsə də, heç vaxt həqiqətə qədər böyüməyəcək.
  • Ölüm, sübh çağında günəşin yox, lampanın işığının sönməsidir.
  • İşıldaquş ulduzlara dedi: “ Alimlər deyirlər ki, əsl gün siz sönəndən sonra başlayacaq”. Ulduzlar cavab vermədi.
  • Əzab- bu dünyada olan qiymətli şeylərin əvəzidir: gücün, müdrikliyin, sevginin.
  • Xoşbəxtlik, ürəyini başqasına verməkdir.
  • Səhvlərdən əvvəl qapını bağlayırıq . Çaşqınlıq içində həqiqət: “indi necə daxil olacağam?”
  • Hər hansı bir din bütün bəşəriyyəti onun doktrinasını qəbul etməyə məcbur etmək iddiasına düşəndə o, tirana çevrilir.
  • Fərdilik özünü nə qədər çox büruzə verirsə, bir o qədər də bütün dünya ilə birləşməyə can atır.
  • Şeh damcısı gölə dedi: “ Sən şanagüllə yarpağının altındakı böyük şeh damcısısan, mən isə onun üstündəki kiçik damlayam”.
  • İşıq üçün alova təşəkkür et, amma kölgədə qalan çırağı unutma.
  • Həyat heç vaxt ölümü ciddi qəbul etmir. O, ölüm qarşısında gülür, rəqs edir və oynayır, qurur, toplayır və sevir. Biz yalnız ölümün ayrıca bir faktı ilə üzləşəndə onun boşluğunu görür və təşvişə düşürük.

 Tərcümə etdi: Şakir QURBANOV