Napoleon Bonapart

  • Napoleon Bonapart(15.08.1769-05.05.1821) – Fransa imperatoru (1804 -1815-ci illər). Fransanın dahi sərkərdəsi və dövlət xadimi. Hesab edilir ki, müasir fransa dövlətinin əsasını məhz o qoymuşdur.

 Aforizmlər,fikirlər,sitatlar 

  • Şirin başçılıq etdiyi qoyunlardan ibarət qoşun, qoyunun başçılıq etdiyi şirlərdən ibarət qoşuna həmişə qalib gələcək.
  • Əvvəlcə ciddi döyüşə atılmalı, sonrası bəlli olacaq.
  • Cəsarətiniz varsa, hər şeyi özünüzə rəva bilərsiniz, amma əldə edə bilməzsiniz.
  • Axmaq adam ziyalı insandan böyük üstünlüyə malikdir. Çünki, o həmişə özündən razıdır.
  • Ucalıqla gülünc vəziyyət arasındakı məsafə yalnız bir addımdır.
  • Məni söyüb biyabır edənləri bağışlayarkən özümü onlardan həmişə yüksəkdə tuta bilərəm.
  • Dövlət xadiminin ürəyi başında olmalıdır.
  • Gözəl qadın gözlərə xoş gəlir, ürəyə xeyirxah. Biri gözəl şey, o biri isə xəzinə olur.
  • Bir-birini altı aydan az tanıyan cütlüyün nigahına icazə vermək lazım deyil.
  • Fırıldaqçını hamının önünə çıxardın, o vicdanlı insan kimi hərəkət edəcək.
  • Məni yalnız pis xəbərlər gələndə oyadın, yaxşı xəbərlər zamanı isə heç vaxt.
  • Müdriklərin düçar olduqları bədbəxtliklər onları ucaldır, axmaqları isə qəti olaraq sındırır.
  • Sevgidə yeganə qələbə qaçmaqdır.
  • Süngüylə hər şey etmək olar, amma onun üstündə oturmaq olmaz.
  • Uğur- dünyada gözəl və aydın danışmaq qabiliyyəti olan natiqdir.
  • Taxt- yalnız məxmərdən üz çəkilmiş bir kreslodur.
  • Adətən, döyüşdə əsgərlər qalib gəlir, şərəfi isə generallar qazanır.
  • Qalxma zamanı dayanmaq olar, enən vaxtı isə yox.
  • “Mümkün deyil” ifadəsi fransızsayağı deyil.
  • Özgələrin axmaqlıqları biz heç vaxt ağıllı etmir.
  • Hamının gözü qarşısında olan kəskin hərəkətlər etməməlidir.
  • İctimai rəy ictimai qızdır.
  • Fahişələr bir zərurətdir. Əks halda, kişilər küçələrdə layiqli qadınlara hücum edərdi.
  • Düşmən səhv edəndə ona mane olmaq lazım deyil. Bu, nəzakətsizlikdir.
  • Yaltaqlığı bacaran şər atmağa da qadirdir.
  • Şöhrət də köhnəlir.
  • Hər bir böyük işdə hansısa bir hissəni həmişə saxlamaq lazım gəlir.
  • Sözü saxlamağın ən düzgün üsulu onu verməməkdir.
  • İdarəetmə sənəti insanlara öz vəzifələrində qocalmamaq imkanı verməməkdən ibarətdir.
  • Mən gah tülkü, gah da şir oluram. İdarəetmənin bütün sirri ondadır ki, nə zaman tülkü, nə zaman isə şir olmağını biləsən.
  • Böyük karyeralar, böyük nailiyyətlər xarakterlərin, dahilərin və uğurun vəhdətindən yaranır.
  • Həqiqət təhqiredicidir.
  • İnsanları idarə etmənin iki qolu var: şəxsi fayda və pul.
  • Sizinlə razılaşmayanlarla yox, razılaşmayıb bunu sizə deməyə qorxanlardan qorxmaq lazımdır.
  • Dünyanı təxəyyül idarə edir.
  • Əgər bu dünyada uğur qazanmaq istəyirsinizsə, hər şeyi söz verin, amma heç nə yerinə yetirməyin.
  • Ağıl düşüncədən hesab edildiyindən də uzaqdır.
  • Müharibə nəzərdə tutulmamış hadisələrdən ibarətdir.
  • İnsanın yuvarlandığı alçaqlığın dərinliyi ölçüyə gəlməzdir.
  • Nigahın ləğv edilməsinin mümkünsüzlüyü cinayətə təhrik etmədir.
  • Uğur- böyük insanları yaradan budur.
  • Qeyri-mümkün- axmaqların lüğətindən olan sözdür.
  • Dahi insanlar öz əsrini işıqlandırmaq üçün yanan meteorlardırlar.
  • Sevgi, ikilikdə edilən axmaqlıqdır.
  • Hakimiyyətə seçki yolu ilə yox, varislik nəticəsində gələn hökmdarın yaxşı olması ehtimalı daha böyükdür.
  • İnqilab süngülərlə möhkəmləndirilmiş inamdır.
  • Hərbi sənətin sirri ondadır ki, lazımi anda və lazımi yerdə düşməndən güclü olasan.
  • General, siz boyca məndən bir baş ucasınız, amma əgər siz mənə qarşı kobudluq edəcəksinizsə, onda mən dərhal bu fərqi aradan qaldıracam.
  • Döyüşü yaxşı məsləhət verən yox, onun yerinə yerinə yetirilməsinin məsuliyyətini öz üzərinə götürüb yerinə yetirməyi əmr verən uddu.
  • Döyüşü udub vuruşmanı uduzmaq olar;
    Vuruşmanı udub kampaniyanı uduzmaq olar;
  • Tərəfinin saxlanıldığını hiss edən təkəbbürdən miskin heç nə yoxdur.
  • Rusiyada yollar yox, yalnız istiqamətlər var.
  • Sonuncular həmişə haqlıdırlar.
  • Jurnalist qələmlə işləyən küçə təmizləyicisidir.
  • Mən sevgini cəmiyyət üçün zərərli hesab edirəm. Oh,əgər allahlar dünyanı sevgidən azad etsəydilər!
  • Tarix, insanları qəbul etməyi qərara aldıqları keçmiş hadisələrin bir versiyasıdır.
  • Qadının onu incitməsinə imkan verən kişi nə kişi, nə də qadındır, o heç nədir.
  • Həqiqi qəhrəmanlıq özünü həyat uğursuzluğundan uca tutmaqdır.
  • Vətənə sevgi sivil insanın birinci ləyaqətidir.
  • Əgər mənim öhdəmdə kazaklar olsaydı, mən bütün dünyanı fəth edərdim.
  • Tarix, inanmağa razılaşdırılmış təmsildən başqa bir şey deyildir...
  • Axmaqlıqla izah edilə biləcək yerdə qəddar niyyət axtarmayın.
  • Bütün əxlaqsızlıqlardan ən böyüyü bacarmadığın işin qulpundan yapışmaqdır.
  • Sonuncu söz həmişə ictimai fikrindir.
  • Dinsiz cəmiyyət kompassız gəmi kimidir.
  • İnsana hakimiyyət ver, onun kim olduğunu biləcəksən.
  • Bütün dinlər insanlar tərəfindən düşünülüb.
  • İlham sürətli bir hesablamadır.
  • Dünyada iki əzəmətli güc var: qılınc və ruh. Sonda ruh qılınca qalib gəlir.
  • Öz ordusunu yedizdirmək istəməyən xalq tez bir zamanda yad ordunu yedizdirməyə məcbur olacaq.
  • Qamçı əvəzinə şərəflə idarə edirdim.
  • 30 yaşında öldürülməyən qusar yox, zibildir!
  • Elə oğrular var ki, onları cəzalandırmırlar. Onlar insanların ən qiymətli şeyini-vaxtını oğurlayan oğrulardır.
  • Siz məndən uca yox, uzunsunuz.
  • Çox danışan adam çox şey edə bilər!
  • Zənginlik, ona malik olmaqdan yox, ondan istifadə etmək bacarığından ibarətdir.
  • Kişi dörd, qadın altı saat yatmalıdır. Altı saatdan çox uşaqlar, bir də kütbeyin səfehlər yatır.

Tərcümə etdi: Şakir QURBANOV