booked.netbooked.net booked.net  

Erməni parlamentinin bir üzdəniraq deputatı var: Naira Zoqrabyan. Həftə səkiz, mən doqquz işi-peşəsi həyasızcasına Azərbaycan əleyhinə müxtəlif bəyanatlar yaymaqdır.Yeri gəlmişkən, bu həyasızlıq bütün ermənilərə aiddir.

Nə isə... Naira Zoqrabyan nə istəyir?O özünü çırıb dağıdır ki, bəs Azərbaycan 9 noyabr razılaşmasından sonra əsir düşmüş erməniləri geri qaytarmalıdır və s. Bu həyasızlığı azmış kimi, hələ müəyyən şərtlər,tələblər də irəli sürür. Lap elə bu yaxınlarda ATƏT PA-nın yaz sessiyasi çərçivəsində Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası zamanı yenə də bu məsələni qaldırıb. Azərbaycanın ATƏT PA –dakı nümayəndə heyətinin sədrii Səməd Seyidov Zoqrabyanın bu çərənləmələrinə cavab olaraq bildirib ki, rəsmi Bakı əsir götürülmüş erməni hərbi qulluqçuları terrorist hesab edir və əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlayarsa, bu barədə dialoq aparmaq olar.Amma, kimə deyirsən?

Ermənilər bu əsirlər məsələsinin az qala bütün dünyaya yayıblar. Fransa,Kanada və bir sıra başqa ölkələr də Azərbaycanı bu əsirləri azad etməyə çağırıb. Hətta ATƏT-in fəaliyyətdə olan sədri , İsveç XİN Ann Linde də gah nala vurur,gah da mıxa. Bizim ölkədə olanda bizim xeyirimizə, Ermənistanda olanda isə ermənilərin xeyirinə danışır və son çıxışında yenə də Azərbaycan dövlətini erməni əsirlərini azad etməyə çağırıb... İndi 1-2 günə də həmin bu ATƏT-in bir kaftar nümayəndəsi Bakıya gələcək və əsir məsələsini qaldıracaq.

İndi ermənilərin bu çığır-bağırını eşitdikcə, yadıma rusların bir məsəli düşür: “ Nippel sistemi”.Yəni birtərəfli. Belə çıxır ki, ermənilərin əsirləri göydən düşüb, amma azərbaycanlıların əsir və itgin düşmüş vətəndaşların heç bir qiyməti yoxdur?  Biz hələ də bu məsələni, yəni 1-ci Qarabağ müharibəsində əsir və girov götürülmüş insanlarımızın taleyini, əsirlikdə işgəncələrə məruz qalmalarını, diri-diri yandırılmalarını, kütləvi şəkildə qətlə yetirilməsini, orqanlarının çıxarılıb satılmasını dünya ictimaiyyətinə lazımi səviyyədə çatdıra bilməmişik.

Gəlin bir az yaxın keşmişə nəzər salaq:

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir:

Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

İşçi Qrupunun rəhbərinin sözlərinə görə, Ermənistan tərəfi əsir və itkinlərlə bağlı əməkdaşlığa maraq göstərmir: "Sözügedən əməkdaşlığa hamı maraq göstərir. Amma əməkdaşlığın əsasında konkret faktlar dayanmalıdır. Bu danışıqların bir nəticəsi yoxdursa, o sadəcə, ekskursiyaya bənzəyir. Bu məsələdə biz konkretliyə üstünlük veririk. Dəfələrlə erməni tərəfi ilə görüşümüz olub, amma nəticəsi olmayıb".

BMT-nin insan haqları üzrə şurası

BMT-nin insan haqları üzrə şurasının 7-ci sessiyasında silahlı münaqişələr zamanı itkin düşmüş azərbaycanlıların problemi ilə bağlı ölkəmizin nümayəndə heyətinin irəli sürdüyü qətnamə layihəsi 38 ölkənin yekdil rəyi ilə qəbul edilib. Bu barədə Azərbaycanın BMT-nin Cenevrədəki ofisi yanındakı daimi nümayəndəliyindən məlumat verilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərlə bağlı siyahıda ölkəmizdən 4 mindən artıq vətəndaşın itkin düşməsi faktı öz əksini tapıb. Layihədə silahlı münaqişədə iştirakçı tərəf dövlətlərin itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə hərtərəfli əməkdaşlıq etməsi barədə çağırış öz əkisni tapıb.

Qətnamə layihəsi istiqamətlərinin operativliyini təmin etmək məqsədilə Azərbaycan nümayəndə heyətinin BQXK, qeyri hökumət təşkilatlarının, insan haqları üzrə milli təsisatların və beynəlxalq təşkilatların, dövlətlərin iştirakı ilə insan haqları üzrə şuranın sentyabr ayında keçirilməsi planlaşdırılmış sessiyası çərçivəsində itkin düşmüş şəxslər probleminin açıq şəkildə müzakirəsinin keçirilməsi və sessiyanın nəticələri əsasında BMT İnsan Haqları üzrə Ali Komissarının rezyümə hazırlaması barədə təşəbbüsü yekdilliklə qəbul edilib.

Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınan Azərbaycan vətəndaşlarının sayı

“Hazırda Dövlət Komissiyasında Birinci Qarabağ Müharibəsinin nəticələrinə görə, 3890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı sahəsində zəruri tədbirləri davam etdirir”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov AZƏRTAC-a müsahibəsində deyib. 

Bütün bunları xatırlatmaqda məqsədim odur ki,ermənilər 1-ci Qarabağ müharibəsində  4000 mindən çox əsir götürdükləri Azərbaycan vətəndaşlarının  hər birinin taleyi barədə hesabat verməlidir və bunu təkidlə tələb etməliyik. Bir düşünün: 4 min əsir!

İndi,istəyir ATƏT-in, istəyir bəzi dövlətlərin, ermənilərin çağırışını,xahişini,tələbini bir dövlət olaraq rədd etməliyik.Bu məsələdə güzəştə getməyin yeri yoxdu və ola da bilməz.

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN