booked.netbooked.net booked.net  

 

İki-üç gün bundan qabaq  “Təbib”in nümayəndəsi elan elədi ki, koronanın Hindistan ştammı (ştamm sözünün nə olduğunu aydınlaşdırsaq yaxşıdır. Ştamm alman sözüdür. Tərcüməsi təxminən gövdə, növ deməkdir-Ş,Q.) Azərbaycanda hələlik qeydə alınmasa da, amma  virusun bizim ölkəyə də ayaq açacağı ehtimalı çox böyükdür.Qonşu Gürcüstanda, Rusiyada, Qazaxıstanda bu ştamma yoluxunlar qeydə alınıb.

Covid-19 kod adı ilə dünyanı “bürüyən” koronavirusdan təzəcə qurtarmışdıq ki, indi ondan da təhlükəliləri gəlir. ÜST bəşəriyyətin daha təhlükəli pandemiya ilə üzləşəcəyini bildirib. Virusun daha təhlükəli ştammları yaranıb. Britaniya ştammı "Alfa", Cənubi Afrika "Betta", Braziliya "Qamma", Hindistan ştammı "Delta"və nəhayət,Cənubi Amerika ştammı “Lambda” adlandırılıb. Belə düşünmək olar ki, daha yeni-yeni növlər əmələ gələcək və biz onları Yunan əlifbasındakı hərflərlə adlandıracağıq.Yunan əlifbasında isə nə az, nə də çox,düz 24 hərf var...

Virusun yeni-yeni bu növləri necə yaranıb və necə olur ki, dünyanın çox hissəsinə yayılıb? Məsələn, son məlumatlara görə, 98 ölkədə Hindistan ştammının olması müəyyən edilib.

Delta" ştammının "Delta+" variantı daha aqressiv, göstəriciləri daha yüksək olan bir variantdır. Koronavirus subklinik formada, yəni əlamətsiz keçirdisə, bunun konkret əlamətləri var. Bu ştamma yoluxanlarda mədə-bağırsaq problemi, yüksək temperatur, boğazda ağrılar kimi əlamətlər özünü göstərir. “Delta" və "Delta+" ştammları dünyada daha geniş yayılarsa, bu, yeni bir pandemiyanın, yaxud qorxulu dördüncü mərhələnin başlanğıcı ola bilər”.

Bunu Trend-ə açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla deyib.Çox hörmətli Qeybulla müəllim daha sonra qeyd edir ki, uşaqlar arasında da geniş yayıldığı haqda məlumatlar var. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı artıq uşaqların da vaksinasiyasını vacib hesab edir: "Təəssüf ki, ayrı-ayrı ölkələrdə, o cümlədən bizdə də insanlar elə bilir ki, karantin artıq bitib. Amma pandemiya hələ bitməyib, proses davam edir. ÜST karantinin son zəngi vurana qədər ehtiyatlı olmalıyıq. Qapalı mühitdən, təmaslardan yayınmalıyıq".

İnternet resurslarında belə bir xəbər də yayılıb ki,COVİD xəstəiyinə yoluxmuş və peyvənd olunmuş xəstələrdə "Delta+" virusu antitel yaranma fəallığını azaldır.

Rusiya elmlər akademiyasının akademiki, Qamalei tibb mərkəzinin rəhbəri  Aleksandr Ginsburqun verdiyi xəbərlər də ürəkaçan deyildir. Akademik deyir ki, “Sputnik V” vaksini “Delta +” Hindistan ştammından qorumaq təsirində deyil...

Daha bir qorxulu xəbər: “Lambda” ştammı daha yoluxucu və antitelləri neytrallışdırma xüsusiyyətinə malikdir və bu ştamm tez bir zamanda digər ştammları üstələyəcək.Cənubi Amerikadan gələn bu virusa yoluxanlarda yüksək temperatur,aramsız öskürək,iy və dadbilmə hissiyatların itirilməsi ilə müşahidə olunur.

Göründüyü kimi, bir-birini təkzib və təsdiq edən xəbərlər insanlar arasında müəyyən anlaşılmazlıqlara səbəb olur. İlk növbədə, insanlar virusun yarasalar tərəfindən yayıldığına şübhə ilə yanaşır və belə bir fikirdədirlər ki, indiyənə qədər koronavirusa yoluxanların sayı az qala 200 milyona yaxınlaşır, ölənlərin sayı isə 4 milyonu haqlamaqdadır.Dorudanmı dünyada bu qədər yarasa var və bu yarasalar əvvələr niyə üzə çıxmırdı?  

İkinci sual doğuran məqam: dünyada nə qədər canlı məxluqlar var.Şirdən-pələngdən tutmuş at-eşşəyə, it-pişiyə qədər.  Necə olur ki, ağ çiyəri “sevən” bu virus heyvanların ağ çiyərinə yox, ancaq insanın ağ ciyərinə “heyran olub?”. Belə bir məlumat da yayılıb ki, yarasa-filan boş söhbətdi, bu, insanları məhv etmək üçün laboratoriya şəraitində alınmış bioloji və ya kimyəvi bir silahdır və hava ilə yayılır. Kim yayır,nə üçün yayır, bilən yoxdu. Amerika prezidenti Bayden bu yaxınlarda bəyan etdi ki, bu viriusun hansı laboratoriyada və nə məqsədlə hazırlanmasını dünya ictimaiyyətinə bildirəcək. Sonra nə oldusa, gerilədi və bunu da onunla izah etdi ki, bəs həmin məlumatlar olan materiallar “itib”. Dünyanın altını-üstünü bilən, peykdən, internetdən hər birimizi izləmək gücündə olan Amerika materilları itirib. Amerika uşaq başı aldatmasın, korona virus bəlasını yayanların adlarını,məqsədlərini açıqlasın.

Müəmmalı çoxdu. Ortaya isə insanların sağlamlığı qoyulub. Bir də təəccüb doğuran o haldır ki, sərt karantin rejimində virusa yoluxanların və ölənlərin sayı “yumşaq” karantin rejimindən qat-qat çox olur. Gəl indi bu tampacanı tap görüm, necə tapırsan.

Yenə qadağalar, cərimələr, evdən çölə çıxma, peyvənd eksperimenti və s. kimi tədbirlərin qaçılmaz olduğunu etiraf edənlər, nəzarət edin,ayıq –sayıq olun, amma hər şeyi öz axarına buraxın,təbiətin minilliklərlə nizamına əngəl olmayın. O zaman nə virus olacaq, nə də “alfa”, “betta”, “qamma”, “delta”, “lambda”, “dzeta”...

 Şakir QURBANOV

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN