İbn Sina (tam adı: Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli ibn Sina; latınlaşdırılmış adı Avisenna; 980 - 1037) — Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri.Türk mənşəli olduğu ehtimal olunur. Ən etibarlı əsəri "Göz həkiminin dəftəri"dir.Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı); Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s.

Ümumilikdə 29 elm sahəsi üzrə 450-dən çox əsər yazmışdır ki, onlardan yalnız 274-ü bizə çatmışdır.Orta əsrlər İslam dünyasının ən məşhur və nüfuzlu filosof-alimi

İbrətamiz kəlamlar 

  • Kainatın ruhu həqiqətdir.
  • Qoca adam gənclik atəşi ilə alovlana bilməz.
  • Daimi sərxoşluq zərərlidir, o qaraciyərin və beyinin təbiətini korlayır, əsəbləri zəiflədir, əsəb xəstəliyinə və qəfil ölümə səbəb olur.
  • Sadə və vaxtlı-vaxtında fiziki işlə məşğul olan bir insanın xəstəliyin aradan qaldırılmasına yönəlmiş müalicəyə heç bir ehtiyacı yoxdur.
  • Birinci tövsiyyə - yeməyin qərəlini bil, ikinci tövsiyyə - az şərab iç.
  • Əgər insanların ürəyinə yol tapa bilməsəm, onlar mənim lehimimə və ya əleyhimə olmasalar da, mənimlə ünsiyyət qurmayacaqlar.
  • Fiziki işlərlə məşğul olmayan insan tez-tez xəstələnir. Çünki, hərəkət etməyən insanın bədən üzvləri zəifləyir.
  • Əgər fiziki işlərlə məşğul olsanız və normal rejimə əməl etsəniz, müxtəlif xəstəliklərdə dərman qəbul etməyə ehtiyac qalmaz.
  • Xoşbəxtliyi qiymətləndirməyən bədbəxtliyə yaxınlaşır.
  • Ümidsiz xəstələr yoxdur, ümidsiz həkimlər var.
  • Qarnının ağrımasını xəstəyə söylə, sağlam adam səni başa düşməz.
  • Əgər dostum düşmənimlə dostluq edirsə, belə dostla dostluq etməməliyəm.
  • Zəhər qarışdırılmış şəkərdən, ölü ilana qonan milçəkdən uzaq dur.
  • Avaraqlıq və vaxtını boş keçirmə təkcə cəhalət yaratmır, eyni zamanda xəstəliklərin səbəbi olur.
  • İnsan təkbaşına yaşaya bilməz. O, ehtiyacı olan hər şeyi yalnız cəmiyyətin sayəsində alır.
  • Həkim şahin baxışa, qız əllərinə, ilan müdrikliyinə və şir ürəyinə malik olmalıdır.
  • Həkimin üç silahı var: söz,bitki, bıçaq.
  • Sevgi - zəriflik və gənclik.
  • Gözəl simada sevgi üç arzuyla müşayiət olunur: qucaqlamaq, öpmək və birləşmək.
  • Daş hədəfə çatmaya bilməz.
  • Həyat haqqında heç nə bilmədiyimizi yalnız ölüm ayağında başa düçəcəyik.
  • Rastlaşdığın hər bir adamı dost hesab etməyə tələsmə və sirrini də heç kimə vermə.
  • Qəlb şüşə çırağa oxşayır, bilik alov saçan işıqdır, Allahın müdrikliyi- yağdır. Əgər çıraq yanırsa, sən sağsan, sönübsə ölüsən.
  • Müdriklik bizi həyatdakı xoşbəxtliyə hazırlayan bir şeydir.
  • Hər kəsin söylədiyinə kor-koranə inanmaq cahillikdir.
  • Yarımçıq savadı olan savadsızdan da savadsızdır.
  • Kor adam göyə baxsa belə günəşi görmür. Cahillər üçün də həqiqətin mənası yeddi kilidin arxasında gizlənir.
  • Özü-özünə gələn xoşbəxtlik gedərgən lənət gətirir.
  • Hərəkət bir çox dərmanları əvəz edə bilər, amma dünyanın heç bir dərmanı hərəkəti əvəz etməyəcək.
  • Mən həqiqətimi yeddi möhür və qırx qıfıl arxasında gizlətdim ki, pis insanlar bu həqiqətdən şər üçün istifadə etməsin.
  • Əgər xəstəliyi müəyyən etmək çətindirsə, o zaman müdaxilə etmə və tələsmə. Sonda ya insan xəstəliyə qalib gələcək, ya da xəstəlik müəyyən ediləcəkdir!
  • Dünya, ağlı olan, amma dinə sahib olmayan və dinə sahib olub ağlı olmayan insanlara bölünmüşdür.
  • Müalicə edilə bilməyən xəstəliklər yoxdur, yalnız iradə yoxdur, faydasız otlar yoxdur, yalnız bilik çatışmamazlığı var.
  • Zaman keçmir, keçən bizik.
  • Dua dinin əsası, din isə ruhu təmizləmək vasitəsidir.
  • İnsanlar müdrikliyin qiymətsiz olduğunu söyləyirlər, amma heç kim onun üçün bir qara qəpik belə ödəmir.
  • Dua- birinci dərəcəli ibadət, dünyanın başlıca gücü, güc mənbəyidir.
  • Dünyəvi sevinclər yalnız əbədiyyət qarşısında bizi gözləyən bir andır.
  • Əgər nə vaxtsa həddindən artıq çox yemək yemisinizsə, ertəsi gün ac qalmalısınız.
  • Bizim üçün kiçik düşmən  böyük bədbəxtlikdir, amma ən böyük bədbəxtlik bunu unudaraq yaşamaqdır.
  • üzərində qorxunun hakim olduğu insanın ağlı susur.
  • Səma, sənə yalvarıram, Allah xatirinə cavab ver: sən fırlanırsan və bunun bir mənası var ya yox?
  • Atalarınızla yaxşı rəftar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəftar etsin.
  • Çoxalma gücünün təyinatı növləri qorumaqdır. Çünki uzun ömürlüyə cəhd ilahidən gələn bir tələbatdır. Amma bu tələbat bir fərd kimi mövcud ola bilməsə də, növün mövcudluğunu davam etdirməyə qadirdir və növü saxlamaq üçün müəyyən bir güc onun ardınca gələn fərdi əvəz edir. Beləliklə, əlverişli şərait fərddə, çoxalma qüvvəsi isə növdə parçalanan şeyləri əvəz edir.

Tərcümə etdi: Şakir QURBANOV

 

Napoleon Bonapart

  • Napoleon Bonapart(15.08.1769-05.05.1821) – Fransa imperatoru (1804 -1815-ci illər). Fransanın dahi sərkərdəsi və dövlət xadimi. Hesab edilir ki, müasir fransa dövlətinin əsasını məhz o qoymuşdur.

“Caliber” Yerevan  erməniləri ilə Qarabağ erməniləri arasında yaranan qarşıdurmadan bəhs edən süjet hazırlayıb. Süjetdə Dağlıq Qarabağı tərk edib Yerevanda yataqxanada məskunlaşan erməni ailələrinin yerli ermənilər tərfindən qovulmasından danışılır.Yerli ermənilər “Rədd olun Ermənistandan” kimi aqressiv tələblər də irəli sürüblər.

RABİNDRANAT TAQOR

(1861-1941)

Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqorun xatirə günüdür. O, 1861-ci il mayın 7-də Kəlküttə şəhərinin şimalındakı Corasanko qəsrində zəngin brahman ailəsində anadan olub. Kəlküttədəki Şərq Seminariyasında və Benqal Akademiyasında təhsil alıb. Yerli sakinlər arasında "Zəmindar Babu" kimi tanınan şair çoxsaylı poema, pyeslərin və nəsr əsərlərinin, ilk benqal romanının müəllifidir. 70 yaşında özünü rəssam kimi sınayaraq, Nyu-York, Paris, Moskva və Münhen kimi şəhərlərdə rəsm əsərlərini nümayiş etdirib. Rabindranat Taqor 1941-ci il avqustun 7-də doğulduğu Corasanko qəsrində vəfat edib.

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA